World of Tanks – Tanklar Dünyası 3

Müasir online MMO oyunları arasında ən çox reklam edilən və ən çox yüklənən – World of Tanks (Tanklar Dünyası) bu günki mövzumuz olacaqdır. Belorusiya oyun studiyası olan Wargaming.net tərəfindən istehsal olan oyun, ikinci dünya müharibəsi və ondan sonrakı dövrə təsadüf edən zirehli maşınların online döyüşünü təsfir edir.

wot2İstehsalçılar action, muharibə və strategiya janrları özündə birləşdirən kütləvi multiplayer online oyun kimi dünya bazarına çıxmışdılar. «World of Tanks» oyunun konsepsiyası isə PvP rejimində komanda şəklində vuruşmalara əsaslanır. 2010-cu ilin avqust ayında oyunun online versiyası təqdim olundu. 2011-ci ilin aprelində isə World of Tanks oyunun Avropa və Şimali Amerika ərazilərində online relizi baş tutdu.

Oyunda Free-to-play biznes modulu istifadə edilmişdir. Əvvəl oyunu hazırlayanlar modula əsasən oyunun yalnız pulsuz klientin yüklənilməsi və oyunda iştirakinı nəzərdə tutulurdu. 2013-cü ilin iyun ayında isə bisnes strategiyasını mövcüd və yeni istifadəçilərə «free-to-win» modulu təqdim olunacaq ki, bu da sənin oyun vaxtı, müharibə sahələrində premium istifadəçi kimi heç bir özəl üstünlük verməyəcəkdir. Bacarıqlısansa amma oyun profilin sadəsirsə – sən qazana bilərsən! İqromaniya jurnalına əsasən World of Tanks oyunu xalq oyunu adına layiq görülmüşdür.

World of Tanks oyunun rəsmi səhifəsindən:

p1[1]

World of Tanks — XX əsrin ortalarında istifadə də olmuş zirehli maşınlara həsr olunmuş kütləvi multiplayer online oyundur. Dünyanın hər küncündən oyuncular çiyin çiyinə verərək  polad nəhənglərin köməyi ilə dünya üzərində tankların hökmranlığını saxlamağa çalışırlar.

Oyunda istifadə olunmuş bütün texnikalarının qabaqcıl təlminləşdirmə və inkişaf sistemi tankların və digər döyüş texnikalarını sözün əsl mənasında həz verəcəkdir. Profesionalın əlində yüngül, orta və ağır yüklü “canavarlar” döyüş sahələrində dünyaya məhs bu maşının nəyə qadir olduğunu göstərmək çox asan olacaqdır.

Amma profesionallar belə təklikdə nailiyyətləri qazana bilməyəcəklər. World of Tanks oyununda hərşeyi kollektiv olaraq qərara alınır və döyüşlərdə məhs birlikdəlik qələbə gətirir ki, bu da hər bir oyununcunun oyunda öz rolunun əhəmiyətliliyini bir daha sübüt edir.

Tank batalyonların vahiməli atmosferası

World of TanksMMO – action janrına aid olmasına baxmayaraq, oyun tək bu janrla kifayətlənmir. World of Tanks klişə və biryönümlülüyü qəbul etmir və oyunçuya müxtəlif janrları bir oyunda hiss etdirməyo bacarır.

Atış (Shooter). Hərəkət ediləbilən aktiv kamera oyunda action janrından shooter oyununa – üçüncü şəxsdən birbaşa olaraq birinci şəxsə dəyişdirmək imkanı yaradır. Bu da düşman qüvvələrin adi və snayper rejimində rahat məhv edilməsi üçün ideal qrafika yaradır.

RPG. Sizin maşınınız sadəcə tırtıllı bronyalı qurğu deyildir — o həmdə daim inkişaf və yenilənmə tələb etdirən bir canlı obrazdır. Döyüşlərdə qazanmış təcrübə və kreditlər sizə növbəti mərhələlərə keçib, silah dostunuzun texniki göstəricilərini təkminləşdirmək üçün şərait yaradacqdır.

Action. Düşmən tanklarının komanda şəklində aşkar edilmə və məhv edilməsi, düşmən ilə ani toqquşmalar zamanı ildırım sürətilə hücümların dəf edilməsi sizin Tank və reaksiyanızdan asılı olacaqdır.

Strateqiya. World of Tanks-da sadə qayda mövcuddur: düşünülmədən qəhrəmanlıq etməmək. Ümumi uğurun açarı rolların düzgün paylanması və birgə yürüşlərin efektiv planlaşdırılmasındadır.

Dərhal döyüşə

World of TanksÜrəyi istəyən hər kəs World of Tanks oyun klientini yükləyib quraşdırdıqdan sonra dərhal oyuna qoşulub başlaya bilər. Üzün və can sıxıcı gözləmələr məhs bu oyunda olmayacaqdır: ekipajın inkişafı, yeni tanklara keçidin əldə edilməsi və daha üstün modifikasiyaların və döyüş sahələrinə qalxması dinamik PvP-döyüşlərdə ərzində baş verir və iştirak etmək demək olar ki hər zaman mümkün olur.

Döyüş xəritələrinin müxtəlifliyi

World of TanksŞərqi Avropanın geniş sahələri, alman şəhərlərinin dar küçələri – bu sadəcə oyuncunun görəcəyi kiçik bir hissədir. Açıq və geniş sahəli xəritələr və darısqal şəhər küçələri sizə real döyüş həzzini tək düşmən texnikasının məhv edilməsi ilə deyil, həm də ecazkar təbiət hadisələrinin sizə verəcək üstünlüyün vəy əksinə narahatçılığın hissini yaşamaq özü ayrı bir məqamdır.

Dünyanın bölüşdürülməsi

World of TanksŞərti ərazilərə bölünmüş böyük dünya xəritəsi, klanları saxlayan və klanlar arası müharibə həvəskarının ayrı bir maraq dairəsidir. Düşman ərazilərinin tutulması, ümumi düşmanı məhv etmək üşün digər klanlarla alyansa daxil olunması, sizə sərf edəcək tiracət və çevik diplomatiya aparılması – məhs World of Tanks oyunun əsas ideyası olmişdur ki, maraqsız bir janrlı oyun deyil, real dünyanı komputerdə canlandırmaq hədəfinə nail olmuşdur.

 

 

Oyunu oynamaq üçün aşağıdakı şəklə klik edin:

btn_ru_noalpha[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması