Windows 8 üçün ən yaxşı pulsuz oyunlar 5

Bu məqalədə ənənəvi olaraq hər hansı bir Windows problemindən deyil, bu əməliyyat sisteminin 8-ci versiyası üçün hazırlanmış pulsuz oyunlar haqqında danışacam. Mən o oyunları nəzərdə tuturam ki, siz bu oyunları Windows 8 tədbiqlər dükanından pulsuz yükləyə bilərsiniz.

Əlbətdə ki, bir çoxlarınız təqdim olan siyahıyla ən yaxşı sözünü uyğunlaşmadığını fikirləşirsiniz. Call Of Duty, Battlefield, GTA 4 kimi oyunları oynadıqdan sonra əlbətdəki aşağıdakı oyunlar sizə uşaq oyunları kimi gələcəkdir. Lakin siz onuda nəzərə alın ki, aşağıdakı oyunları siz lisenziyalı oynayırsınız, lakin misal gətirdiklərimi isə pirat (qeyri-qanuni) kopyalarını.

Asphalt 8 Airborne

asphalt-8-airborne[1]

Əvvəllər də mobil versiyalarından tanıdığımız Asphalt avtomobil yarışmasını, Need For Speed oyundan heç geri qalmayan oyundu. Bütün bu qəbil oyunlar kimi Asphalt 8 öz qrafikası və oyun rejimi ilə seçilir. Əgər “asfalt üstə” döyüşləri sevirsinizsə, oyunu qaçırmamağınızı məsləhət görərdim.

Guns 4 Hire

guns4hire[1]

Pulsuz üst görünüşlü rəngarəng aksion oyunu olan Guns 4 Hire, özündə Tower Defense adlı oyundan cəmləşdirən və güclü oyun taktikasına malikdir. Əsas qəhrəman bölük komandiri olub, səviyyələri keçərək müxtəlif silah, bronya və sair əşyalara sahib olursunuz.

Medieval Apocalypse

medieval-apocalypse[1]

Möhtəşəm qrafikalı aksion RPG. Oyunda əsas idea zombilərlə müharibədir.

TapTiles

taptiles[1]

Madjonq oyunu kimi vaxtını oyun ilə öldürənlər üçün 3D oyundur. Oyunda müxtəlif səviyyələr mövcuddur.

Radiant Defense

radiant-defense[1]

Tower Defense janrında yaradılmış bəlkədə ən yaxşı oyunlardan biridir. Yeri gəlmişkən oyunu həm də Android Play Marketdən də yükləyib mobil telefondan oynamaq mümkündür.

Royal Revolt

royal-revolt[1]

Tower Defense janrına əks olan oyundur ki, burada artıq siz qorunmurusunuz, qorunan qalaya hüçüm edib, oranı fəth edirsiniz. Oyunda müxtəlif taktik və can toplamaq üçün uzun bir vaxt sərf etməli olacaqsınız.

Pinball FX2

pinball-fx-2[1]

Pinbol oyunu hamısı tanıyır. Biz onunla XP-də tanış olmuşduq. Windows 8-də isə o artıq qeyri adı qrafikası ilə bizim diqqətimizi cəlb etməyi bacarır.

Robotek

robotek[1]

Bilmirəm hansı oyun janrına bu oyunu aid etmək olar, o zaman gəlin taktiki strategiya olsun. İlk öncə oyun sizə bir az mənasız gələ bilər, lakin oynadıqca siz ona istər-istəməz aludə olacaqsınız. Oyunda əsas proqres oyuncunun özündən asılıdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. eldar

    genceli…agali

  2. elcin

    PISDIR CUNKI YUKLEME YERI YOXDUR

Şərh forması