Pokemon Go nədir və niyə hamı onu çox sevdi? 15

İyun ayın 6-da Nintendo şirkəti dünyaya Pokemon GO oyununu təqdim etdi. Oyunun çıxışından bir həftə yarım keçməyinə az qalmış yapon şirkətinin səhimləri 1,5 dəfə artdı və dünyanı pokemon həyəcanı bürüdü. Virtual heyvancıqların ovuna artıq yüz minlərlə insanlar düşüblər. Onların arasında ali məhkəmə hakimlərindən tutmuş Suriyadan olan qaçqınlara qədər insanlar var. Bəs nədir bu oyunun sirri və niyə görə pokemonlar camaatı ağlından aldı?

pokish

Pokemon GO — Nintendo şirkəti tərəfindən hazırlanmış və Android və iOS əməliyyat sistemləriylə işləyən planşet və smartfonlar üçün bir oyundur. Heç ay yarımdan az vaxt keçməyərək oyun dünya səviyyəsində çox məşhurlaşdı. İnsanlar pokemonları ofislərdə parklarda müxtəlif iaşə obyeklərində axtarırlar və nahar fasilələrində yalnız onları müzakirə edirlər.

Necə oynamalı?

Çox sadə: pokemonları tuturuq və sonra onları məşq edirik. Oyun reallığa əlavə prinsipi ilə işləyir. Oyuncu smartfonun kamerası ilə öz ətrafına baxır lakin proqram həmən mühitə öz virtual  hədəflərini yerləşdirir. Həmən virtual hədəflər aşağıdakılardır:

  • Yalnız tərtibatçıya məlum olan meyarlara uyğun xəritə üzərində əmələ gələn Pokemonlar;
  • Pokestoplar — pokemonları tutmaq üçün istifadə olunan şarların və digər faydalı əşyaların əldə edildiyi yer;
  • Bir neçə mərhələ keçdikdən sonra Pokemonları məşq etdirmək üçün xüsusu meydançalar.

Bu oyunu divanda uzanaraq oynamaq alınmayacaq. Bolluca qəzmək lazım olacaq. Xəyali pokemonları axşamlar, meşə pokemonlarını parklarda, su pokemonlarını isə çay, göl və dəniz sahillərində axtarmaq lazımdır.

Oyunun mənası nədir?

Oyunun əsas məqsədi vaxtımızı daha aktiv və şən keçirməkdir. Bundan başqa da, topladığımız pokemonları dostlarımızla müzakirə etmək. Yeri gəlmişkən heyvanları tutmaq o qədər də asan deyil: oyunda artıq 150 dən çox pokemon növü vardır və görünür gələcəkdə dahada çox olacaqdır. Tərtibatçıların isə ümumilikdə 751 “cib divlərin” olduğu bildirilmişdir.

Pokemonları necə tutmalı?

Əgər sizin önünüzə pokemon çıxsa o zaman telefonun kamerasını ona tutun və ekranda görsənən qırmızı-ağ topu onun üstünə atın. Əgər top dəyməsə Pokemon qaçıb gizdənəcək. Əgər tutsaz o artıq sizin olacaq.

pokuwik

Oyun hələm də popluyardı?

Dəhşətli dərəcədə populyardı. Hesab edin ki Nintendo şirkətinin səhimləri birjalarda 1,5 dəfə qalxıb. Hal-hazırda oyunçu sayı dayanmadan artmaqdadı və oyunçular gün ərzində ortalama 45 dəqiqəsini bu oyunu sərf etməklə keçirirlər. Lakin oyunun populyar olmasının əsəs göstəricilərindən biridə , son sutka ərzində Pokemonu tutmaq üçün xüsusi əşyaların alınmasına Nintendo 1,5 milyondan çox pul qazanmışdır.

pokemongo

Pokemon GO oyunun populyar olmasının səbəbi?

İlk oncə Pokemon GO-nun qeyri-adi mexanikası vardır: küçələri çoxluca gəzmib müxtəlif yerləri araşdırmaq lazım gələckdir. Bu oyun evdə oturmağı sevənlər üçün deyil. İkincisidə, oyun pulsuzdur və Pokestoplara gedərək lazımlı əşyaları əldə etmək mümkündür. Yeri gəlmişkən həmən əşyaları pul ilə də əldə etmək mümkündür, bu zaman Pokestopdan əşyaları sizin üçün gətirəcəklər.

Və əlbətdəki, Pokemonların özlərinin də populyarlığını unutmuruq. Onlar haqqında mulfilmlərdə bir neçə nəsil böyümüşdür.

Yeri gəlmişkən Pokemonlar kimlərdi?

Pokemon — (ポケットモンスタ “poketto monsuta”) qeyri-adi bacarığa sahib olan “cib div“-ləridir. Heyvancıqları hələm 1997-ci ildə yapon şirkəti olan Nintendo fikirləşmişdir və bu mövzuda müxtəlif oyunlar hazırlamış və mulfilmlər çəkmişdir. Yeri gəlmişkən hələm də çəkilir.

Pokemon tarıxçəsi — müasirliyə alternativ janrında düçünülmüş xəyali aləmdir. Yəni bizim real dünyamızdan onunla fərqlənir ki, Pokemon dünyasında siz minlərlə divləri tutaraq onları əhəlləşdirirsiz və sonda ən yaxşı məşqçi statusunu əldə edirsiniz. Bundan başqa məşq etdiyiniz Pokemonlar hazır olandan sonra, başqalarının Pokemonlarını tutması üçün üzərilərinə buraxırsız. Və sonda sizin ən çox sayda Pokemonlrız və statusun olacaq.

nintendo

Pokemon Go oyununu hardan yükləmək olar?

Hal-hazırda  bütün ölkələr üçün server bazasının hazır olmadığı üçün oyun Google Play-da Azərbaycan üçün yoxdur. Lakin siz elə indici aşağıdakı linkə klik edərək digər resursdan yükləyib öz mobil cihazınıza quraşdıra bilərsiniz

Pokémon GO APK

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması