Zədələnmiş sektor və onun bərpası 0

Zədələnmiş sektorlar sərt diskdəki verilənlərin oxuna bilməyən kiçik klasterləridir. Sərt diskdə (HDD) zədələnmiş sektorların qarşısını almaq və bərpa etmək üçün bəzi sadə üsullar vardır.

Sektor nədir və sərt diskdə zədələnmiş sektorlar necə yaranır?

Sektor sadəcə sərt diskdə saxlanan informasiya vahididir. Standart sektor ölçüsü 512 baytdır. Sərt diskdə zədələnmiş sektorlar müxtəlif problemlərdən yarana bilər:

  • Windows əməliyyat sisteminin düzgün söndürülməməsi;
  • Sərt diskdə defekt olması, blok daxilində hava çirklənməsi və disk başlığının diskin səthinə toxunması;
  • Aşağı keyfiyyətli və ya köhnəlmiş qurğular, nasaz prosessor kuleri;
  • Zərərli proqramlar və s.

Fiziki və məntiqi zədələnmiş sektorlar

Zədələnmiş sektorların 2 tipi: fizikiməntiqi var. Əgər kompüter sərt disk məlumat yazarkən hər hansı fiziki təsirə məruz qalarsa, yüksək istilik və ya başlığın diskin səthi ilə toxunmasına imkan yaradan nasaz mexaniki hissə olarsa, fiziki zədələnmiş sektor yarana bilər. Fiziki zədələnmiş sektorlar bərpa edilə bilməz, lakin onların qarşısı alına bilər.

Məntiqi zədələnmiş sektorlar sektorda tapılan xəta korreksiya kodu (ECC) sektordakı kontent ilə uyğun gəlmədikdə yaranır. Onlar diskdəki hər şeyin üzərinə sıfırlar yazılmaqla bərpa oluna bilər.

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Windows XP əməliyyat sistemi Chkdsk adlı standart utilitə malikdir. Mütəmadi olaraq bu
utilitdən istifadə etməyi tövsiyə edirəm. Utilit diski səhvlər üzrə yoxlayır, məntiqi səhvləri
düzəldir, zədələnmiş sektorları tapır və onları qeyd edir və beləcə Windows XP əməliyyat
sistemi həmin zədələnmiş sektorları istifadə etmir. Check Disk bir qədər vaxt tələb edən utilitdir. O, bir çox şeylərdən: kompüterin sürətindən, diskdəki fayl və qovluqların sayından, əməli yaddaş tutumundan və sərt diskin tutumundan asılıdır. Ona görə Check Disk utilitini kompüterdə hər hansı bir işiniz olmadıqda icra etməniz məqsədəuyğundur. Həmçinin, utilit diskdəki bəzi fayllara xüsusi icazə istəyir. Buna görə də yenidən yükləmə (reboot) tələb edir və ondan sonra icra olunur. Chkdsk utilitini icra etmək üçün diski seçib üzərində siçanının sağ düyməsini sıxırıq. Açılan kontekst menyudan Properties əmrini seçirik:

disk

Açılan pəncərədə Tools vərəqinə daxil oluruq:

disk2

Yeni pəncərədə Check Now düyməsini sıxırıq:

disk3

Açılan pəncərədə hər 2 seçmə qutusunu seçib Start düyməsini sıxırıq:

disk4

Ola bilsin ki, Check Disk utilitinin diskdəki bəzi fayllara xüsusi icazə lazım olduğunu bildirən xəbərdarlıq pəncərəsi görsənsin. O zaman sadəcə Yes düyməsini sıxmaq lazımdır. Əməliyyat sistemi yenidən yüklənəcək (reboot) və utilit ondan sonra icra olunacaq.

Zədələnmiş sektorların qarşısını almaq

Siz kompüterin aparat və proqram təminatını nəzarətdə saxlamaqla sektorların zədələnməsinin qarşısını ala bilərsiniz. Aparat vasitəsilə yarana biləcək zədələnmiş sektorların qarşısını almaq üçün:

  • Əmin olun ki, kompüteriniz sərin saxlanılır və o qədər çox tozlanmır;
  • Əmin olun ki, yaxşı brend markadan olan keyfiyyətli qurğu almısınız;
  • Kompüteri ehtiyatla tərpədin (ehtiyac olduqda);
  • Sərt diski sistem blokda 4 bir tərəfdən möhkəm bərkidin;
  • Kompüteri düzgün söndürün. Əgər maddi imkanınız icazə verirsə, UPS işlədin.

Proqram təminatı vasitəsilə zədələnmiş sektorların qarşısının alınması üçün:

  • Yaxşı disk defraqmentasiya proqramı istifadə edin. Bununla bəzi problemlərin qarşısını ala bilərsiniz;
  • Antivirus proqramı istifadə edin.

Yuxarıda oxudğunuz məlumat e-book.az saytından götürülmüşdür.

Logo[1]Resurs 2013-cü ildən etibarən fəaliyyətə başlamışdır. Məqsədimiz ölkəmizdəki oxucular üçün Azərbaycan dilində olan elektron kitabları bir yerə cəmləmək və istifadəsini asanlaşdırmaqdır. Vebsaytımızdakı kitablar kateqoriyalara görə sıralanmışdır. Kitabların əksəriyyəti istifadəçilər tərəfindən yerləşdirilmişdir. Siz də, Azərbaycan dilində olan vəsaitləri resursa yerləşdirib oxuculara köməkçi ola bilərsiniz.

Resurs hal hazırda “beta” mərhələsində fəaliyyət göstərir. Hər hansı bir xəta ilə rastlaşdığnız zaman bizə müraciət edin. Vebsayta istifadəçi qeydiyyatı, istifadəçi reytinqi, kitab reytinqi kimi xüsusiyyətlər əlavə olunacaqdır.

Resursa yerləşdirilən kitablar təqdimat xarakteri daşıyır. Kitabın müəllifi tələb etdiyi təqdirdə vəsait vebsaytdan götürülə bilər.

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması