Hard Diskin hərfini dəyişmək 0

Preview[1]Bildiyiniz kimi proqram və fayllar, kompüterin sabit yaddaşı hesab olunan hard diskdə saxlanılır. Adətən kompüterdə fiziki olaraq bir hard disk olur. Lakin hard diski məntiqi olaraq bir neçə bölməyə bölürlər. Bu bölünmə ona görə aparılır ki, əməliyyat sistemi ilə istifadəçiyə aid fayl və qovluqlar ayrı-ayrı bölmələrdə yerləşsin.

Bunun da faydası ondan ibarətdir ki, kompüteri format etmək lazım gəldikdə istifadəçi məlumatlarını formatdan əvvəl başqa yaddaş daşıyıcısına köçürməyə ehtiyac olmayacaq.

Kompüterin yaddaş daşıyıcıları əlifbanın böyük hərfləri ilə qeyd olunurlar. Amma bu qeydolunmanı yaddaş daşıyıcılarının adlandırılması ilə qarışdırmamaq lazımdır.

Yaddaş daşıyıcılarının hərflərlə işarələnməsi sistem tərəfindən aparılır, adlandırmanı isə biz istifadəçilər həyata keçiririk. Məsələn hard diskin qeydiyyat hərfi D, adı isə Arxiv ola bilər. Bir qayda olaraq hard disklərin işarələnməsi C hərfindən başlayır. Məsələn əgər bir hard disk məntiqi olaraq 2 yerə bölünübsə, bölmələrin hərfləriC və D olacaq. Bundan başqa əgər kompüterdə CD/DVD qurğusu da varsa sistem ona da hərfini verəcək.

Bir qayda olaraq sistem tərəfindən disklərə hərflərin verilməsi ardıcıl qaydada aparılır və istifadəçi tərəfindən onların dəyişdirilməsinə də ehtiyac qalmır. Çünki istifadəçini istəsə bu disklərə ad verə bilər. Lakin müəyyən hallarda disklərin hərfini dəyişmək lazım gəlir. Məsələn deyək ki, bizim kompüterin hard diski iki məntiqi diskdən ibarətdir və hərfləri də C və D olaraq qeyd olunub. Və əlavə olaraq bizim CD/DVD qurğumuz da var ki, onun da hərfi E kimi işarələnib.

Və günlərin bir günü biz D diskini iki yerə bölmək qərarına gəlirik. Bu zaman sistem yeni məntiqi diskin hərfini Fkimi verəcək, çünki E hərfi CD/DVD qurğusuna verilib. Bax belə olan halda biz yeni məntiqi diskin hərfinin E, CD/DVD qurğusunun hərfinin də F olmasını istəyə bilərik. Bunun üçün onların hərflərini dəyişmək lazım gələcək.


Bugünkü məqaləmiz də bu məsələyə həsr olunub. Biz nümunə kimi məntiqi disklərdən birinin adını dəyişəcəyik. Aşağıdakı şəkildə yaddaş daşıyıcılarının hərflərinə nəzər yetirin:

Hard Diskin hərfini dəyişmək



Biz burada F diskinin hərfini dəyişib K edəcəyik. Gəlin addım-addım irəliləyək. Gəlin əvvəlcə onu qeyd edək ki, disklər ilə bağlı əməliyyatları həm kənar proqramlar, həm də əməliyyat sisteminin (indiki halda Windows) öz proqramı vasitəsilə də etmək mümkündür. Windows ƏS-də bu proqram Disk Management adlanır. Bu proqramı açmaq üçün masa üstündə Computer yarlığının üzərinə gəlin və mausun sağ düyməsini vurun, açılan kontekst menyudan Manage opsiyasını seçin:

Hard Diskin hərfini dəyişmək



Bu zaman qarşınıza Computer Management pəncərəsi çıxacaq. Burada Storage bölməsindən Disk Management opsiyasını seçin:

Hard Diskin hərfini dəyişmək



Bu pəncərədə F diskinin üzərində mausun sağ düyməsini vurun və açılan kontekst menyudan Change Drive Letter and Paths... opsiyasını seçin:

Hard Diskin hərfini dəyişmək


Bundan sonra növbəti dialoq pəncərəsi çıxacaq. Burada Change… düyməsinə basın:

Hard Diskin hərfini dəyişmək



Bu zaman ekrana çıxan pəncərədə hərflər siyahısından bizə lazım olan K hərfini seçib OK düyməsinə basın:

Hard Diskin hərfini dəyişmək



Bundan sonra qarşınıza belə bir təsdiqetmə ismarışı çıxacaq:

Hard Diskin hərfini dəyişmək


Bu ismarışda bildirilir ki, bu diskdə quraşdırılan proqramlar bundan sonra düzgün çalışmaya bilər. Sizdən davam edib-etməyəcəyiniz soruşulur. Bu zaman Yes düyməsinə basın. Adətən proqramlar C diskinə quraşdırılır, amma hətta hərfini dəyişdiyiniz diskə quraşdırılmış olsa belə daha sonra tənzimləmələrdən proqramların yolunu dəyişdirmək mümkün olacaq.

Beləliklə biz disk hərfini dəyişməyi öyrənmiş olduq. 

Mənbə :http://www.millibyte.az/index.php?do=news_read&id=131

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması