Windows 7 və 8 -də virtual sərt diskin yaradılması qaydaları 0

Windows 7, 8 və 8.1 versiyalarında virtual sərt diskini yaratmaq üçün bu əməliyyat sistemlərində müxtəlif funksiyalar mövcuddur. Və demək olar ki, yaradılmış həmən virtual diski adi disklər kimi Mənim Komputer işarəsinə kliklədiyimiz zaman açılan C və D diskləri kimi əlavə olaraq hər hansı bir hərflə işarələnmiş kimi olacaq və həmən diskdə ürəyiniz istədiyiniz əməliyyatı apara bilərsiniz.

Virtual Disk özündə VHD formatında bir fayl kimi təsvir edilir və sistəmi heç bir əlavə sürücülərin (drivers) ehtiyacı duymur. Onuda deyim ki, bu həmdə İSO faylın disk keçiricisinə montajlamaq (mount) funksiyasına oxşayır. Amma ondan fərqli cəhəti odur ki, siz həmən montaj edilmiş virtual diskə BitLocker proqramının köməyi ilə fayllarınızı şifrələyə, ora əlavə bir Windows ƏS yaza bilərsiniz və hətta vitual disk fayl xarakterini daşıdığı üçün onu digər bir komputerədə köçürə bilə və işlədə bilərsiniz.

Virtual Diski Necə yaratmaq olar

Windows 7 və  ya 8-də virtual disklərin yaradılması belədə bir fərqi yoxdur. Səkkizdəki fərqli cəhət sadəcə ondadır ki, siz VHD formatındakı olan faylın üzərinə iki dəfə klik edib onu montaj edə bilərsiniz və ona avtomatik olaraq bir hərf təyin olunacaq.

disk-management-windows-8-and-7[1]

Virtual Diski yaratmaq üçün Windowsun «Управление дисками» servisini açmaq lazımdır. Bunu Ayarlar Panelindən etmək olar Панели управления və  Windows 8-də isə bu Win + X düymələrini sixmaqla, və ya Win + R düymələrini sıxaraq  komanda (əmr)  sətrindən  diskmgmt.msc əmrini yığıb sonra  «Ок» düyməsini basaraq aça bilərsiniz.

Açılmış управления дисками servisində  «Действие» menyusuna klik edirik və siyahıda «Создать виртуальный жесткий диск» bəndinə klik edirik. (Yeri gəlmişkən, gördüyünüz kimi burada  «Присоединить виртуальный жесткий диск» bəndi də gözümüzə sataşdı. Bu funksiya bizə Windows 7-də bir komputerdən digər komputerə virtual diskin köçürülməsi üçün lazım ola bilər).

create-vhd-disk-management[2]

Bəndimizə kliklədiyimiz zaman balaca bir pəncərə açılacaqdır. Bu Virtual Disk yaradılması pəncərəsidir və burada virtual diskin harada yerləşəcəyi və onun həcmi nə qədər olacağı göstərilib. Bundan başqa burada həmçinin diskin hansı formatda olacağını: dinamik genişlənməli və ya statik həcmli kimi seçimləri yer almışdır.

virtual-hdd-create-wizard[1]

Ayarları istədiyiniz kimi quraşdırdıqdan sonra «Ок» düyməsinə kilk edirsiniz. Bu zaman управлении дисками servisində yenicə əlavə edilmiş bir disk görünəcəkdir. Amma onuda qeyd etmək  lazımdır ki, disk bu pəncərədə yaranmasına baxmayaraq komputerdə qeydiyyatdan keçmək və müəyyən fayl sistemi üzrə format olunmayıb.

initialize-vhd[1]

Növbəti addımda bizdən diski başlamaq funksiyasını aktivləşdirmək olacaq ki, onuda biz yenicə yarnmış diskin üzərinə siçanın sağ düyməsinə klik edərək  «Инициализировать диск» bəndinə klik edirik. Yeni Virtual diskin başladıması üçün bizə bölmənin stilini seçmək üçün iki variant tələb olunur: MBR və ya GPT. Biz  MBR variantı seçirik.

virual-hdd-create-partition[1]

Və sonuncu addım ondan ibarətdir ki, biz virtual diskimizə bir hərf təyin edək və onu digər disklər kimi normal olaraq istifadə edə bilək. Bunun üçün, yenədə siçanın sağ düyməsi ilə virtual diskin üzərinə klik edirik  və açılmış siyahıda «Создать простой том» bəndini seçirik.

assign-letter-virtual-hdd[1]

Burada Disk tomunun hərf işarəsini, virtual diskin həcmini  və formatlanma parametrlərini təyin edib prosesi tamamlamaq olar.

virtual-hdd-windows-explorer[1]

Bütün proses başa çatdıqdan sonra yaradılmış virtual disk şəkildə gördüyünüz kimi Komputer keçidindən aça bilərsiniz. Amma onuda unutmayın ki, virtual disk fiziki olaraq özü də başqa bir diskin içində bir fayl kimi mövcuddur. Həmən fayl və diskdən muğayat olun!

Məqalələrinizi info@compboard.org ünvanına, şərhlərinizi isə aşağıdakı formdan gözləyirəm.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması