Noutbukda Touchpad-ı necə söndürmək olar? 3

Bu gün bir komputer istifadəçisi məndən noutbukda taçpadı necə söndürməyi soruşdu. Mən bunu necə edildiyini göstərdim və sonra özümdə fikirləşdim ki, gorəsən internetə bu məsələ ilə bağlı neçə nəfər müraciət edib.  Odur bu günki məqaləm taçpad ilə bağlı olacaqdır.

Düymələrin köməyi ilə

Əksər muasir komputerlərdə klaviaturanın üzərində taçpadı söndürmək üçün xüsusi düymələr nəzərdə tutulmuşdur – Asus, Lenovo, Acer və Toshiba.

Onuda deyim ki, bir çox modellərdə bir düymə əvəzinə Fn və sensor panelin söndürülməsi/yandırılması şəkilli düyməsini sıxaraq taçpadı yandırıb söndürmək olar.

Ayarlar panelində Synaptics tənzimlənməsini istifadə etməklə

Əksər müasir noutbuklarda Synaptics tənzimləməli vardır ki, buda taçpadın idarə edilməsini daha da asanlaşdırır.

Siz hətda USB portuna siçan qoşduqda avtomatik olaraq taçpadın söndürülməsi və əksinə siçanı ayırarkən isə taçpadı yandırılması funksiyasını aktivləşdirə bilərsiniz. Bunun üçün də:

  1. Ayarlar panelinə (панель управления) daxil olun və «Вид» bəndində «Значки» seçilmiş olduğuna fikir verilməlidir. (yuxarıda sağda) Əgər «Категории» seçilibsə dəyişib «Значки» bəndini seçin.
  2. «Мышь» ayarının üzərinə klik edin.
  3. Açılmış pəncərədə Synaptics işarəsi ilə göstərilmiş «Параметры устройства»

synaptics-clickpad-settings[1]

Həmən menyunun altındakı ayarların köməyi ilə sensoru sazlaya bilərsiniz.

Beləliklə, yuxarıda göstərdiyimiz funksiyalar, komputerdə əvvəlcədən taçpad proqramının və drayverlərin quraşdırılmasını tələb etdiyindən bacara bildik. Əgər sözügedən drayver və proqram yoxdursa o zaman nə etməli? Bu sualın cavabını məqalənin ardından tapa bilərsiniz.

Driver və ya proqram olmadıqda taçpadı necə söndürmək olar.

Əgər yuxarıdakı üsullar alınmırsa, və siz əlavə proqram və drayver quraşdırmaq istəmirsinizsə, o zaman taçpadı aşağıdakı üsulla söndürmək olar. Bizə Windows-un cihazlar dispeçeri (диспетчер устройств) lazım olacaqdır.

dispetcher-ustroistv-zapusk1[1]

Cihazlar Dispeçerini siz müxtəlif vasitələri ilə işə sala bilərsiniz. Ən asan variantı Windows + R düymələrini sıxırıq. Açılmış balaca pəncərədə devmgmt.msc sözünü yazırıq və «Ок» düyməsini sıxırıq.

touchpad-in-device-manager[1]

Cihazlar Dispeçerində öz taçpadınızı axtarın və adətən o aşağıdakı bəndlərin altında olur:

  • Мыши и иные указывающие устройства (скорее всего)
  • Устройства HID

Cihazın adıda fərqlı ola bilər, məsələn: USB-устройство ввода, USB-мышь, və ya TouchPad.

Beləliklə, cihazı tapdıqda üzərində siçanın sağ düyməsini sıxırıq və açılmış kontekst menyusunda «Отключить» bəndini seçirik.

Asus noutbuklarında sensor panelinin söndürülməsi

Bu modellərdə taçpadı söndürmək üçün  Fn + F9 və ya Fn + F7 düymələrini sıxmaq lazımdır. Düymənin üzərində üzərindən xətt çəkilmiş taçpad işarəsi olacaqdır.

asus-touchpad-disable[1]

HP noutbuklarında

Bəzi HP noutbuk modellərində taçpadı söndürüb yandırmaq üçün xüsusi düymə və ya düymə kombinasiyaları istifadə olunmamışdır. Bunun üçündə sensor paneinin yanında balaca sensor tipli işə salma quyucuq vardır.

disable-touchpad-hp-laptop[1]

HP üçündə daha bir variant vardır ki. o da üst sol küncü 5 saniyə sıxırıq və taçpad avtomatik sönür.

Lenovo noutbuklarında

Lenovo noutbuklarında Fn + F5 və ya Fn + F8 düymələrindən istifadə edərək yandırıb söndürmək olar.

lenovo-disable-touchpad[1]

Həmçinin Lenovo noutbuklarında Synaptics proqramının sensor paneli mövcud olduqda, onun köməyi ilə də etmək olar.

Acer

Acer noutbukları üçün standart olaraq aşağıdakı şəkildəki kimi — Fn + F7 düymələrini sıxaraq sensoru yandırıb-söndürmək olar.

acer-laptop-disable-touchpad[1]

Sony Vaio

Əgər sizdə Sony üçün rəsmi proqrammlar quraşdırılıbsa, siz taçpadı Vaio Control Center (Vaio İdarəetmə Mərkəzi) «Клавиатура и мышь» bölməsindən idarə edə bilərsiniz.

sony-vaio-touchpad-disable[1]

Həmçinin bəzi Sony noutbuklarında yuxarıda göstərilmiş şəkildəki kimi də taçpadı söndürmək olar. Bunu Fn + F1 düymələrini sıxaraq edirik, lakin onuda unutmuruq ki, bu funksiya noutbukda Sony Notebook Utilities proqramının əvvəlcədən olması zəruridir.

Samsung

Digər modellərdəki kimi Samsung-dada düymələr kombinasiyalrından istifadə edilir. Samsungda bu Fn+ F5 düymələridir.

samsung-laptop-disable-touchpad[1]

Toshiba

Toshiba Satellite və digər noutbuklarda adətən  Fn + F5 düymələri ilə etmək olar.

disable-touchpad-toshiba-laptop[1]

Əksər Toshiba noutbuklarında Synaptics proqramının sensor paneli mövcuddur ki, onun köməyi ilə də etmək olar.

Ümüd edirəm ki, heçnəyi unutmadım. Əgər sualınız olsa aşağıdakı formadan birbaşa sayta yaza bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması