Sərt Disklə (HDD) bağlı problemlər 0

Kompyuterin hissələri ilə bağlı ən çox üzləşilən problemlərdən biri də Sərt disklə bağlı problemlərdir. Notbukun Sərt diskləri masaüstü kompyuterin Sərt diskləri ilə müqayisədə daha həssasdır. Notbuk işlək vəziyyətdə olarkən onun şiddətli təmasa məruz qalması və ya onun hətta qısa məsamədə olsa belə yerə düşməsi Sərt diskin zədələnməsi ilə nəticələnə bilər.

Sərt disklə bağlı problemlərin əsas əlamətləri:

1. Notbukunuz normal qaydada çalışmağa başlayır, lakin Windows açılarkən ekran mavi rəngdə olur və siz aşağıdakı xəbrdarlıqlardan biri ilə üzləşirsiniz:

  • <“UNMOUNTABLE_BOOT_VOLUME”>
  • <“hal.dll is missing or corrupt”> və ya
  • <“WINDOWS\SYSTEM32\CONFIG\SYSTEM(or similar) is missing or corrupt1321178849_unmountable[1]

Bu mesajların hamısı sistem faylından qaynaqlanan problemin mövcudluğundan xəbər verir. Bəzən bu problemləri Sərt diski sadə taramadan keçirməklə (scan) aradan qaldırmaq olur. Lakin bir çox hallarda bu mesajlar Sərt diskin üzərində zərərli sektorların formalaşmağa başlamasının göstəricisidir.

2. Notbukunuz normal qaydada çalışmağa başlayır, lakin “Windows” giriş ekranında donur. Mavi barın hərəkət etməsinə baxmayaraq, aşağı tonla davamlı təkrarlanan “klik” səsləri eşidilir. Sərt disk yenisi ilə əvəzlənməlidir.

3. Notbuk çalışmağa başladığı andan etibarən, yüksək tonlu “klik” və “qıcırtılı” səslər eşidilir və Windows açılımır. Sərt disk yenisi ilə əvəzlənməlidir.

4. Notbuk çalışmağa başladıqdan qısa müddət sonra (adətən qara ekranda) bu mesajla qarşılaşırıq:

<“SMART test failed. Backup your data immediately and replace the hard disk”> (“SMART test uğursuz oldu. Dərhal məlumatlarınızı kopyalayın və Sərt diski dəyişdirin”). Sərt disk yenisi ilə əvəzlənməlidir.

maxresdefault

Demək olar ki, bütün hallarda önyükləməyə malik CD (bootable CD) vasitəsilə Notbuku normal çalışdırmaq mümkündür. Nadir hallarda Sərt diskdə qısaqapanma və yanma halları baş verir. Belə hallarda Sərt disk dəyişdirilmədikcə Notbukunuz çalışmayacaq.

Bundan başqa:

Notbukunuz yuxarıda göstərilmiş sistem faylından qaynaqlanan problemlə üzləşdikdə bu problemi aradan qaldırmağın bir neçə yolu var. Əgər problem hansısa proqramdan yaranıbsa Sərt disk normal çalışmağa davam edəcək. Lakin nəzərə alın ki, bu Sərt diskin zədələndiyinin göstəricisi ola bilər. Ona görə də, Sərt diski gündəlik kopyalamağı unutmayın.

Bundan başqa, Sərt diskin normal çalışması üçün o ən azı həftədə bir dəfə mümkün problemlərə qarşı yoxlanılmalıdır. Bunun üçün admin hesabı ilə kompyuterə giriş edilməli, “C” diskinin üzərində sağ-klik edərək “Properties>Tools>Check Now” seçilməlidir.

1

 

2

3

Açılmış pəncərədə hər iki qrafa işarələnməli və “Start” düyməsi sıxılmalıdır. Bu halda Windows sizə Sərt diskin yoxlanılması üçün komputerin restart edilməli olduğunu bildirəcək.

4

Ok” düyməsini sıxın və Notbuku yenidən çalışdırın. Yoxlama 30-40 dəqiqədən 2 saata qədər vaxt apara bilər, ona görə də bu əməliyyatı kompyuterdən istifadəyə ehtiyacınız olmadığı zaman yerinə yetirin.

Məqalə Komputer Pc Servis adlı facebook səhifəsindən götürülüb.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması