Fayllarımızı Harda və Necə uzunmüddətli saxlayaq? 0

Bir çoxlarımız şəxsi fayllarımızı, fotoları, video faylları necə uzun müddət təhlükəsiz saxlamaq haqqında heç olmasa bircə dəfə düşünmüşük. Necə edək ki, 5-10-25 ildən sonra çəkdiyimiz şəkilləri, videoları və ya ümumiyyətlə bizə əziz olan bütün fayllarımızı bu günki kimi açıb bir daha baxa, izləyə bilək. Bu sual haqqında məndə düşündüm. İnternetdən çox maraqlı məlumatlar əldə etdim. Buyurun sizinlə paylaşıram.

Məqalədə çalışacam maksimal olaraq bu mövzuda dolğun bir informasiya ortaya çıxardım. Deməli bizim hədəfimiz minimum 100 ildən sonra bu gün yaddaşda saxlayacağımız şəkil, dokument və video fayllarını rahat şəkildə açıb oxutmamız olacaqdır.

Məlumatın üzunmüddətli saxlanılması üçün ümumi prinsiplər

Məlumatın üzunmüddətli saxlanılması üçün bir neçə prinsiplər mövcuddur ki, bunuda bütün növ fayllara aid etmək olar. Həmən prinsiplər aşağıdakı kimidir:

  • Nə qədər çox sürəti varsa, bir o qədərdə məlumatlar daha çox yaşayacaq: məsələn milyon tirajli kitab, hər qohum tanış üçün çıxardılmış və ya göndərilmiş şəkil və sairə.
  • Məlumatın qeyri standart formatda yaddaşa verilməsi, məsələn sənəd faylını hər hansı bir Linux və ya mənşəyi bilinməyən fayl formatında. Məsləhətli olar ki, mətn faylları TXT sənəd fayllarını isə DOC və ya RTF formatında yaddaşa verəsiniz.
  • Məlumatı və ya məlumatları arxivləşdirilmiş və ya kodlaşdırılmış halda yaddaşa verməmək – əgər arxivləşdirilmiş məlumata az-ca belə oxunmaz olarsa, bütün faylları oxumaq mümkün olmayacaqdır. Məsələn, əgər səs və ya musiqi üçün uzun müddətli yaddaşda saxlamağı düşünmüsünüzsə o zaman WAV formatında, şəkillər üçün sıxılmamış RAW, TIFF və BMP, video fayllar üçün isə  — kadrları sıxılmamış DV formatında saxlamaq ən ideal variantdır. Sonuncunun həcmi sizi narazı edə bilər 🙂
  • Və ən əsası məlumatı vaxt aşırı yoxlamaq və onun hal-hazırdakı durumu. Əgər hər-hansı bir xırda oxunmamazlıq olsa, o zaman mütləq faylları yeni texnologiya ilə birdə yazın.

Deməli, prinsipləri öyrəndikdən sonra artıq nəticələrimizə telefonla çəkdiyimiz şəkilləri rahatlıqla qoruyub ötürə bilərik. Bəs faylları harda saxlayaq?? Bax əsl sual budur.

Ənənəvi yaddaş cihazları və onların yaddaşda saxlama müddətləri

Hər növ faylların yaddaşda saxlamaq üçün ən çox yayılmış yaddaş qurğuları — sərt disklər, flash yaddaşlar (SSD, USB flashlar, Memory Kartlar), optik disklər (CD, DVD, Blu-Ray) və heç bir cihaza aid olmayan, lakin eyni funksiyanı həyata keçirən bulud texnologiyası (Dropbox, Яндекс Диск, Google Drive, OneDrive) kimi ayid edilə bilər.

Bəs sadalanlardan hansi bizim təyin etdiyimiz hədəfə daha çox yaxındır və daha etibarlıdır?:

  • Sərt Disklər — Ənənəvi HDD disklər müxtəlif məlumatın saxlanılması üçün çox istifadə etdiyimiz bir qurğudur. Adı istifadədə ortalama işləmə hdd-data-storage[1]müddəti 3-10 il arası dəyişir. Əgər sərt diskə məlumatı yazıb, sonra komputerdən ayırıb uzun müddətə saxlamaq istəyirsinizsə, o zaman siz bilməlisiniz ki, saxlama şəraiti, diskin daxili keyfiyyəti, kiçik silkələnmə və ya zərbə, maqnit dalğalar məlumatın gələcəkdə oxunmamasına gəlib çıxarda bilər. Əgər ümumiyyətlə heç bir bərpa əməliyyatı aparmadıqda, o zaman diskin tamamilə məhv olunmasına gəlib çıxarda bilər.
  • USB Flash, SSD — bu tip qurğuların xidmət müddəti ortalama 5 ildir. Onuda deyim ki, adı flash qurğular göstərdiyim müddətdən daha tez sıradan çıxır. Sıradan çıxması üçün isə komputerə qoşularkən bircə dəfə statik cərəyan boşalması olması kifayətdir. Əgər şərti olaraq götürsək ki, heç işlədilməmiş flash (SSD) qurğunu komputerə qoşub məlumatları köçürdüb və sonra bağlayıb seyfə yerləşdirsək, məlumatın maksimal qalma müddəti təqribən 7-8 arasında olacaqdır.

usb-flash-data-storage[1]

  • CD, DVD, Blu-Ray — yuxarıda sadaladığım yaddaş cihazlarında ən uzun müddətə məlumatın yaddaşda saxlmaq imkanı saxlayan qurğulardır. Məhs optik yaddaş qurğuları bizim hədəf müddəti üçün tam cavab verən yaddaş daşıyıcısıdır ki, düzgün saxlandıqda 100 ilə kimi ömrü olur. Amma, hamımız yaxşı bilirik ki, CD və DVD disklərin çox sayda nyuansları vardır. Optik yaddaşlar haqqında bu məqalənə biz geniş yer ayırmışıq.
  • Bulud TexnologiyasıОблачные хранилища — Google, Microsoft, Яндекс kimi nəhəng bulud yaddaşına malik olan şirkətlərin məlumatın saxlama müddəti qeyri-müəyyəndir. Düşünürəm ki, şirkətin fəaliyət göstərdiyi vaxta kimi fayllarınız yaddaşda saxlanacaqdır. Amma bu çox həssas bir məsələdir, deyək ki, tam şəxsi şəkilləriniz siz internetdə saxlmaq istəməyəcəksiniz, sonra, əgər xaker serverə hüçüm etsə, bu zaman nəyin ki məh sizin, serverdə yerləşən bir çox məlumatlar oğurlanacaqdır.

Deməli, nəticə etibarı ilə, bu günki gündə məlumatların uzunmüddətli saxlanılması üçün ən ideal variant optik disklərdə saxlanılmasıdır. Əgər belədirsə, niyə mənim yazdığı bir neçə CD disk artıq yararsız haldadır və məlumatlar çox çətinliklə oxunur?

Məlumatların CD, DVD və Blu-ray optik cihazlarında saxlanılması

Bir çoxlarınız yəginki internetdə CD və DVD disklərinə yazılan məlumatlar çox uzun bir müddət ərzində saxlamaq olar, məsələnə 10 il. Düşünürəm ki, aramızda elə istifadəçilər də tapılar ki, yazılmış məlumatları 2-3 ildən sonra oxutdurmaq istədikdə CD və ya DvD-nin işləmədiyini ortaya çıxır. Bəs bu nəyə görə belə olur?

Adətən belə hadisələr aşağı keyfiyyətli disklərin istifadəsi, düzgün disk növünü seçmədikdə və düzgün şəraitdə saxlamadıqda baş verir. Bununla bağlı daha geniş məlumat aşağıdakı kimidir:

  • Yazılıb və pozula bilən CD-RW, DVD-RW optik disklər məlumatın uzun müddətli saxlanılması üçün nəzərdə tutulmayıb! Müqaisə etdikdə isə məlumat CD-R-də  DVD-R-dən daha uzunmüddətli saxlamaq olur. Müstəqil araşdırmalar göstərib ki, CD-R disklərinin maksimal məlumat saxlama müddəti15 ildir.
  • Ucuz qəliblər (burda disklər) demək olar ki, hər yerdə satılır. Mən hətda ərzağ dükanında belə satıldığına rast gəlmişəm. Bunlarda nəinki məlumatları uzunmüddətli saxlamaq, hətda onlara yazdığınız faylları komputerdən silmək belə təhlükəlidir. Adətən belə disklər bir saat ərzində də xarab ola bilər.
  • Çox sessialı yazıdan istifadə etmək məsləhət görülmür, əgər söhbət uzun müddətli məlumatın saxlanılmasında gedirsə, o zaman ən minimal yazma sürətindən istifadə edəsiniz. Adətən optik disk yazan proqramlarda bunu tənzimləmək olur.
  • Diskləri günəş şualarından, mexaniki təsirdən, yüksək nəmişlikdən, hərarət dəyişmələrindən, turşulardan və bütün kimyəvi maddələrdən qorumanız vacibdir.
  • Yazan lazer başlığının yandırma gücü və keyfiyyəti də məlumatın düzgün və uzun müddətli saxlanılmasına təsir edə bilər.

Məlumatın yazılması üçün disk seçimi

Yazılabilən optik disklər öz materialından, əks etdirmə səthindən, polikarbonat örtüyünün qalınlığından və ən əsasıda keyfiyyətli istehsalından fərqlənə bilər. Sonuncu bəndə daha bir məlumat əlavə etmək istərdim ki, eyni firmanın lakin iki fərqli ölkələrdə istehsal edilmiş disklər bir-birindən tamamilə fərqlənə bilər.

Müasir oprik disklərdə yazılabilən səthi çianin, ftaloçianin və metallaşdırılmış Azo qatından istifadə edilir, və ək etdirən qatı isə — qızıl, gümüş və ya gümüş ərintisindən hazırlayırlar. Ən əsasıda diskin məhs bu quruluşudur ki, təsuflar olsun bu adı gözlə görülə bilmədiyində bəzən satıcılar tərəfindən alıcılar düzgün məlumatlandırılmır.

verbatim-disk-structure[1]

 

  1. Поверхность для печати – Sərt qoruyucu üst hissəsi;
  2. Дополнительный защитный слой – Əlavə qoruyucu qat;
  3. Защитный слой – Əsas qoruyucu qat;
  4. Отражающий слой – əks etdirici qat;
  5. Записываемый слой Azo – Yazılabilən Azo səthi;
  6. Поликарбонатная основа – Polikarbonat əsası.

Təsüflər olsun ki, Azərbaycanda arxiv üçün optik disklər tapmaq demək olar ki çox çətindir. İnternet dükanlarında satılan DVD-R Mitsui MAM-A Gold Archival və JVC Taiyo Yuden və Verbatim UltraLife Gold Archival, kimi ancaq Amerikadan gətirilən disklər uzunmüddətli məlumat saxlamasına görə çox populyar və ən çox satılan optik disklərdir. Mitsui şirkəti faylların 300 il saxlanmasına zəmanət verir.

İndi isə aşağıda göstərdiyimiz diaqrama fikir verməyinizi istəyirəm. Diaqramda müxtəlif istehsalçıların optik disklərinin aqressiv mühitdə eyni vaxtda saxlanılması və sonra məlumatların oxunuş səhvlərini göstərilmişdir. Düzdür qrafik daha çox marketinq xarakterini daşıyır, ən azından müddət dəqiqləşməyib. Amma buna baxmayaraq sualda yaranır ki, görəsən Millenniata markası hardan çıxıb və qorxu tanımır. Tələsməyin danışacam 🙂

writable-disks-tests[1]

Millenniata M-Disk

Millenniata şirkəti bazara birdəfə yazıla bilən M-Disk DVD-RM-Disk Blu-Ray disklərini təklif edir və video, şəkil, sənəd və digər yazılabilən məlumatların nə az nə çox düz 1000 il saxlanmasına təminat verir! M-Disk-in bütün disklərdən əsas özəlliyi ondadır ki, o diskin zədə və cızığlardan qoruyucu səthini qeyriüzvü karbon şüşədən istifadə etməsidir. Buda diskin yazılabilən səthini müxtəlif korroziyadan turşudan, qələvilərdən, cızıqlardan və hərarətlərdən qoruyur. Bərkliyi isə kvarsla bərabər tutulur.

millenniata-m-disk-dvd-structure[1]

Əgər adi disklərdə məlumatı yazdıqdan sonra disk yazandan çıxardıb diqqətlə baxsaq, o zaman yazılmış və yazılmamış səthi aydın fərqləndirmək mümkündür. M-Disk-də isə bu sədd olmur! Görünür bu disklərdə polikorbonat səthlərdə digərlərindən tamamilə fərqlənir. Deməli test videoların birində, sözügedən istehsalçının optik diskini suda qaynatdılar, sonra quru buzun üzərində bir müddət saxladıqdan sonra güya heçnə olmamış kimi disk oxuyana taxıb içindəki filmi izləmə başladılar.

Bakıda satışda mən bu diski tapa bilmədim. Amazon vebsaytında M-Disk DVD-R Blu-Ray növlərini tapdım. Onuda deyim ki, qiyməti də çox münasibdir, axı sən faylları düz 1000 il saxlaya bilərsən! 🙂

2014-ci ilin oktyabr ayından başlayaraq Millenniata və Verbatim şirkətləri əməkdaşlığa başlayıblar. Düşünürəm ki, bu disklər çox populyarlaşacaq. Amma Allah bizi çinin saxta nüsxələrindən qorusun – olara nə var üzərinə yazallar 1000 il saat 🙂

m-disk-dvd-blu-ray-recorder[1]

Qaldı ki M-Disk DVD-R disklərinin yazılması ki, yaxşı yerdə axşamladıq. Məlum oldu ki, hər disk yazanla məlumatı M-Disk qəlibinə yazmaq mümkün olmayacaqdır. Bunun üçün sizin disk yazan cihazınız M-Disk sertifikasiyası olmalıdır. Bunu cihazın üzərindəki M-Disk emblemi ilə tanımaq olar. Amma M-Disk Blu-Ray disklərini isə Blu-Ray yazan bütün cihazlarda yazmaq olar.

Onuda deyim, texnologiya o qeder sürətlə inkişaf edir ki, bəlkə 5 il ərzində bax oxuduğunuz bu məqalə sadəcə ensiklopediya üçün saxlanılsı. Kim bilir… 🙂

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması