Dünyanın ən sürətli super komputerləri 0

Dünyada milyonlarla stolüstü və dizüstü komputerlər mövcuddur. Bəs dünyada neçə super komputerlər var? Bu sual tək mənə deyil, bəlkə də birçoxlarımıza bu sualın cavabını bilmək maraqlı olardı. Bu günki məqaləmiz dünyada mövcud top 10 super komputerlər haqqında olacaq ki, bu da onun texniki xassəsindən başqa təyinatınıda əsaslanaraq müqayisə edilmişdir.

10. Storm CS Cray (Mystery).

Amerika Birləşmiş Ştatlarında yerləşdiyini deyilən və dəqiq yeri göstərilmiyən bu komputer öz sirli təyinatı ilə də diqqət cəlb edir.

TopSecret[1]

 

1 vat güc ilə 2386.42 meqaflops təmin edən bu superkomputer həmdə dünyanın ən az enerji sərf edən komputer sayıır. Nominal gücü isə 3.57 petaflops-a bərabərdir. Kompleksdə Intel Xeon E5-2660v2 10C 2.2Ggz prosesoru istifadə olunur ki, summar nüvə sayı 72800 bərabərdir.

FLOPS (həmçinin flops, flop/s) (ing. FLoating-point Operations Per Second-dən akronim, flops kimi tələffüz edilir) — kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahididir. Hesablama sisteminin bir saniyədə neçə əməliyyat həyata keçirmə göstəricisidir.

 

 

(wikipedia)

9. Vulcan

İBM şirkətinin Livermore Milli Laborotoriyasının komputeri olan Vulcan-da Amerika Birləşmiş Ştatlarında yerləşir. Fəaliyyətini 2013-cü ildən başlamışdır. Livermore’s High Performance Computing (HPC) inovativ mərkəzin müxtəlif elmi layihələri və o cumlədən Atom təhlükəsizliyinin administrasiyası üçün Vulcan-dan istifadə edilir.

Dayaqlar: 24
Nüvə sayı: 393216
İcra etmə sürəti Linpack (Rmax): 4293.31 TFlop/s
Teoretik pik icra etmə sürəti: 5033.16 TFlop/s
Gücü: 1972.00 kVat
Yaddaşı: 393216 GB
Prosessor: Power BQC 16C 1.6GHz
Əlaqələndirici: Daxili əlaqələndirici
Əməliyyat Sistemi: Linux

8. JUQUEEN

IBM şirkəti tərəfindən Yuliax araşdırılımalar mərkəzi üçün Almanıyada quraşdırılmışdır. Sözügedən superkomputer Blue Gene/P bazasına əsaslanır və öz sələfi olan JUBL komputerini əvəz etmişdir.

JUQUEEN, 5 Petaflop/s

İşə salınma vaxtı JUQUEEN dünyanın ikinci super komputeri hesab edilirdi.

Dayaqlar: 28
Nüvə sayı: 458752
İcra etmə sürəti Linpack (Rmax): 5008.86 TFlop/s
Teoretik pik icra etmə sürəti: 5872.03 TFlop/s
Gücü: 2301.00 kVat
Yaddaşı: 458752 GB
Prosessor: Power BQC 16C 1.6GHz
Əlaqələndirici: Daxili əlaqələndirici
Əməliyyat Sistemi: Linux

7. Stampede

Yenədə vətəni ABŞ olan bu superkomputer Ostin şəhərində yerləşən Texas universitetinin qabaqcıl hesablamalar mərkəzində istifadə olunur. Stampede Dell şirkətinin törəməsidir.

stampede

Dayaqlar: 182
Nüvə sayı: 462462
İcra etmə sürəti Linpack (Rmax): 5168.11 TFlop/s
Teoretik pik icra etmə sürəti: 8520.11 TFlop/s
Gücü: 4510.00 kVat
Yaddaşı: 192192 GB
Prosessor: Xeon E5-2680 8C 2.7GHz
Əlaqələndirici: Infiniband FDR
Əməliyyat Sistemi: Linux
Kompilyator: Intel
Riyazi Baza: MKL

6. Piz Daint (İsveçrə)

İsveçrənin Luqano şəhərində 2013-cü ildə işə salınıb. Superkomputer hələm 1991-ci ildə əsası qoyulmuş İsveçrə Milli Mərkəzində yerləşir.(Swiss National Supercomputing Centre / CSCS) Komputeri müxtəlif layihələr üçün istifadə edilir və ən əsası isə Komputer Modelləşdirmə sahəsində geniş istifadə olunur. Piz Daint superkomputeri Cray Inc. şirkəti tərəfindən istehsal edilmişdir.

piz_daint

Nüvə sayı: 115984
İcra etmə sürəti Linpack (Rmax): 6271 TFlop/s
Teoretik pik icra etmə sürəti: 7788.85 TFlop/s
Gücü: 2325.00  kVat
Prosessor: Xeon E5-2670 8C 2.6GHz
Əlaqələndirici: Aries interconnect
Əməliyyat Sistemi: Cray Linux Environment

5. Mira

Argonne Leadership Computing binasında yerləşən Mira superkomputeri IBM Blue Gene / Q texnologiyasına əsasən yaradılmışdır. 786432 nüvə, 768 terabayt yaddaş və pik etmə funksiyası 10 petaflops ilə təchiz edilmiş superkomputer PowerPC A2 1600 MGhz prosesu ilə işləyir.

mira

Mira supekomputerində 24 Pikobayt həcmli GPFS fayl sistemindən istifadə olunur və ötürmə sürəti isə 240 GB/s təşkil edir.

Dayaqlar: 48
Nüvə sayı: 786432
İcra etmə sürəti Linpack (Rmax): 8586.61 TFlop/s
Teoretik pik icra etmə sürəti: 10066.3 TFlop/s
Gücü: 3945.00 kVat
Yaddaşı: 768000 GB
Prosessor: Power BQC 16C 1.6GHz
Əlaqələndirici: 5D Torus Proprietary Network
Əməliyyat Sistemi: Linux

4. K Computer

2011-ci ildə işə salınmış superkomputer Fujitsu şirkəti tərəfindən istehsal olunmuşdur. Komputer Yaponiyanın Kobe şəhərinin Fizika-Kimya araşdırmalar İnstitutunda yerləşir.

k_komputer

Dayaqlar: 864
Nüvə sayı: 705024
İcra etmə sürəti Linpack (Rmax): 10510 TFlop/s
Teoretik pik icra etmə sürəti: 11280.4 TFlop/s
Gücü: 12659.89 kVat
Yaddaşı: 1410048 GB
Prosessor: SPARC64 VIIIfx 8C 2GHz
Əlaqələndirici: Daxili əlaqələndirici
Əməliyyat Sistemi: Linux

3. Sequoia

Superkomputer İBM şirkəti tərəfindən 2012-ci ildə istehsal olunmuşdur. Advanced Simulation and Computing proqramı üçün Milli Atom Təhlükəsizlik administrasiyası üçün istifadə edilir.

Sequoia

Dayaqlar: 96
Nüvə sayı: 1572864
İcra etmə sürəti Linpack (Rmax): 17173.2 TFlop/s
Teoretik pik icra etmə sürəti: 20132.7 TFlop/s
Gücü: 7890.00 kVat
Yaddaşı: 1572864 GB
Prosessor: Power BQC 16C 1.6GHz
Əlaqələndirici: Daxili əlaqələndirici
Əməliyyat Sistemi: Linux

2. Titan

Superkomputer Cray Inc. şirkəti tərəfindən 2012-ci ilin oktyabr ayında istehsal olunmuşdur. Titan öz sələfisi olan Jaguar superkomputerin yerinə gəlmişdir. Tennesi Universitetinin Ok-Ridge Milli Laborotoriyasında yerləşir. Komputer əsasən Amerika Birləşmiş Ştatlarının Enerqetika Nazirliyinin İşlərini görmək üçün istifadə olunur.

titan

Nüvə sayı: 560640
İcra etmə sürəti Linpack (Rmax): 17590 TFlop/s
Teoretik pik icra etmə sürəti: 27112.5 TFlop/s
Gücü: 8209.00  kVat
Yaddaşı: 710144 GB
Prosessor: Opteron 6274 16C 2.2GHz
Əlaqələndirici: Cray Gemini interconnect
Əməliyyat Sistemi: Cray Linux Environment

1. Tianhe-2 (Çin)

Belə bir stereotiplər yaranmışdır ki, ən ucuz və keyfiyyətsiz nə varsa Çin malıdır. Sən demə daxili istehsalatda çindən keyfiyyətli və ucuz ikinci ölkə yoxdur. Bunlardan biridə Tianhe-2 superkomputeri sayılır. Inspur şirkətinin istehsal etdiyi və 2013-cü ildə istifadəyə verilən ən güclü superkomputer Çin Xalq Respublikası Milli Ordusu və Elmi-Texniki Müdafiyəsi Universiteti ilə müştərək istifadə edilir. Bu qiqantın hazırlanmasına 200-300 milyon dollar pul sərf olunmuşdur. 1300-dən çox alim və mühəndis qrupu Tianhe-2 hazırlanmasında əməyi keçmişdir. Tianhe-2 sözün mənası «Süd yolu-2» (bizim qalaktikamızın adıdır) .

tianhe

Dayaqlar: 125
Nüvə sayı: 3120000
İcra etmə sürəti Linpack (Rmax): 33862.7 TFlop/s
Teoretik pik icra etmə sürəti: 54902.4 TFlop/s
Gücü: 17808.00kVat
Yaddaşı: 1024000 GB
Əlaqələndirici: TH Express-2
Əməliyyat Sistemi: Kylin Linux

P.S.

Gəldik çatdıq maraqlı bir məqalənin sonuna. Onuda deyim ki, sözügedən komputerləri Azərbaycanda da quraşdırmaq olar. Sadəcə bunun üçün xüsusi layihələr və küllü miqdarda sərmayə sərf olunmalıdır.

Bütün bu top 10 dünyanın ən güclü superkomputerlərində diqqətimi çəkən o oldu ki, onların hamısı Linux Əməliyyat sistemindən istifadə edilməsidir. Linux isə pulsuz lakin çox dayanıqlı və üzünömürlü əməliyyat sistemidir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması