CPU Fan Error xətasını necə düzəltmək olar? 0

Əgər masa üstü komputerinizi və ya noutbukunuzu işə salarkən CPU Fan Error Press F1 to Resume yazısını görürsünüzsə və sistemi başlatmaq üçün F1 düyməsini sıxırsınızsa, o zaman məqaləmizi axıra kimi oxumanız məsləhət görürük.

Ümumiyyətlə yazıdan belə bizə məlum olur ki, BİOS-un diaqnostika sistemi cihazın prosessorunun soyuducu sistemində nasazlıq olduğu haqqında xəbər verir.

CPU Fan Error xətasının baş vermə səbəbləri

İlk öncə gəlin yadımıza salaq, “Kulerin” (fanın) fırlanma sürətini BİOS ayarlarında dəyişmisiniz yoxsa yox. Və ya siz komputeri yaxın zamanda açımışdınız və bağlayarkən hansısa yerini zədələmisiniz? Komputeri hər dəfə yenidən işə salarkən vaxt və tarix ayarları sıfırlanır?

Əgər kulerin sürətini dəyişdirmisinizsə, o zaman BİOS-a daxil olub ayarları ilkin vəziyyətinə gətirməsniz lazımdır və ya ayarlarda elə bir seçim etmək lazımdır ki, CPU Fan Error xətası baş verməsin.

cpu-fan-error-message[1]

Əgər komputerinizin saat və tarix ayarları hər dəfə işə salınarkən avtomatik olaraq sıfırlanırsa, o zaman ana platanın batareyası öz funksiyasını itirmişdir və buna görə də CMOS yaddaşı sıfırlanır. Batareyanın necə dəyişdirilməsini siz “Komputerdə saat yaddaşda qalmır! – Nə edək?” adlı məqaləmizdə daha ətraflı oxuya bilərsiniz.

Əgər komputerin blokunu və ya noutbuku açıb kulerinə toxunmusunuzsa, o zaman çox gümanki sensor və ya qida kabeli düzgün taxılmayıbdır.

Kuleri yoxlayırıq

Əgər yuxarıda sözü gedən məsələlər ümumiyyətlə sizdə olmayıbsa, yaxşı olardı ki komputerin prosessor blokuna baxmağımız lazım gələcəkdir.

İlk öncə fikir vermək lazımdır ki, kuler üzərində toz qatı hansı həcmdədir və onun firlanmasına hər hasısa kabel və ya detal maneə yaratmır. Əgər prosessoru aça bilmirsinizsə o zaman blokun üzərində ventilyasiya üçün nəzərdə tutulmuş yumru deşiklərdən kulerin firlanıb fırlanmamasını dəqiqləşdirin. Əgər Kuler dayanıbsa, komputerinizi təcili söndürün!

dust-on-cpu-fan[1]

Bəzəndə yeni blokda belə xəta baş verir. Bunun əsas səbəbi komputer blokunu yığan zaman kuler sisteminin ana plataya düzgün montaj edilməməsindən olur. Adətən kuler 3 kabelli olur və eyni ilə üç taxması ana plata üzərində olur. Platada CPU FAN kimi yazılır ki, bu da sadə istifadəçi üçün pinlərin rahat tapılması üçün işarələnir.

cpu-fan-connect[1]

Əgər yuxarıdakı yazılanlar kömək etmədisə

Əgər qeyd olunan səbəbləri aradan qaldırdıqdan sonra yenədə xəta təkrarlanırsa o zaman ya kulerin sensoru sıradan çıxıb ya da komputerin ana platasında probləmlər yaşanır.

disable-f1-error-bios[1]

Bəzi BİOS versiyalarında F1 basılmanı avtomatik ləğv etmək olur. Adətən bu «Wait for F1 if error» bəndi kimi göstərilir və önündəki seçimi [Disabled] etdikdən sonra CPU Fan Error xətası qarşınıza çıxmayacaqdır.

Amma onuda nəzərinzidə saxlayın ki, xəbərdarlığın gizlədilməsi onun həlli demək deyildir. Bizim məsləhətimiz komputerinizi profesional servis mərkəzlərinə göstərmək olacaqdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması