Noutbukun ekran parlaqlığını necə artıraq 1

Noutbukda işləməyin əsas problemlərdən biri də onun avtonom işləmə vaxtıdır. Avtonom işləməni uzatmaq üçün həm istehsalçılar həmdə istifadəçilər muxtəlif proqramların köməyi ilə noutbukun akumlyatorunun enerjisini daha çox saxlamağa çalışırlar. Bu üsullardan ən çox yayılmış olanı noutbukun ekran parlaqlığının azaldılmasıdır.

Ekranın işıqlanması – noutbukda ən çox enerjini tükətən hissəsidir. Ona görədə avtonom işlədilərkən noutbukun ekran parlaqlığını aşağı səviyyədə saxlamanızı məsləhət görülür.

Zəif ekran parıltısı bir tərəfdən akumlyatorun enerjisini uzatmasına baxmayaraq diqər tərəfdən bizə narahtçılıq gətirir. Bəs necə ekran parıltısını noutbuklarda tənzimləmək olar? Bu sualın cavabı mövcüd 3 variantda aşağıdakı kimi sizə təqdim edirəm:

Variant № 1. «Центр мобильности Windows» funksiyası ilə ekran parlaqlığın artırılması.

Windows əməliyyat sistemində «Центр мобильности Windows» adlı çox faydalı bir funksiya mövcuddur. İşə salmaq üçün akumlyator işarəsinin üzərində siçanın sağ düyməsinə klik edirik və açılmış menudan «Центр мобильности Windows» bəndinə klik edirik.

092313_1010_1

Açılmış pəncərədə akumlyatorun enerjisini uzadılması üçün bir çox funsiyaları tənzimləyə bilərsiniz.

092313_1010_2

Burada ektanın parlaqlığını və dinamiklərin səs hündürlüyü tənzimləyə, simsiz bağlantını söndürə və işləmə rejimlərini seçə bilərsiniz.

Variant № 2. Noutbukun klaviaturasından istifadə edərək

Demək olar ki əksər müasir noutbuklarda ekran parıltısı klaviatuarada düymələr kombinasiyasının köməyi ilə etmək olar. Bunun üçün klaviaturanıza dıqqət yetirin və Fn düyməsi ilə lampa işarələrini eyni anda sıxaraq yoxlayın.

092313_1010_3

Bununlada siz əlavə heç bir pəncərə açmayaraq klaviaturanın köməyi ilə noutbukunuzun ekran işığını tənzimləyə bilərsiniz.

Variant № 3. İdarəetmə Panelindən istifadə edərək parlaqığını tənzimlənməsi

Bu variant digərlərində fərqli olaraq, parlaqlıq sisteminin əsasını təşkil edir. Əgər fikir vermisinzəs komputeri adaptordan ayırarkən ekran parlaqlığı özü dəyişir. Bu ona görə baş verir ki, komputerdə Akumlyator və Statik tokda işləmək üçün iki fərqli enerji rejimi vardır. Bu ayarlara daxil olmaq üçün Ayarlar Paneli (Панель управления) —> Sistem və Təhlükəsizlik (Система и безопасность) —> Elektrik (Электропитание) —> Ekran (Настройка отключения дисплея) kimi keçərək təqribən aşağıdakı şəkildə göstərilmiş kimi bir pəncərə olacaqdır.

092313_1010_4

Burada dediyim kimi hər iki rejiminin incə ayarlarını birdəfəlik qura bilərsiniz. Sistem sonra avtomatik olaraq hər dəfə sizin akumlyatordan və ya bir başa statik tokdan istifadəyə əsasən ekran parlaqlığınız tənzimləyəcəkdir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması