Klaviatura 1

Klaviatura Elektron Hesablama Maşınlara müxtəlif növ məlumatları daxil etmək üçün istifadə edilən əsas cihazlardan biridir.

Daxil edilən informasiyanın növü proqramdan asılı olaraq düymələrin sıxılıb buraxılması ilə müxtəlif interpretasiya olunur. Klaviaturanın vasitəsi ilə rəqəm, hərf, ieroqlif və hətda musiqi notları daxil etmək mümkündür. Klaviatura bir sözlə komputerin idarə edilməsi və proseslərin aparılması üçün ən vacib periferiyalarından biridir.

Komputer klaviaturası ön hissədən çap maşının oxşayır və deyərdim ki sonuncuyla oxşarlığı elə burdaca bitir. Əgər çap maşınında biz düymələrə sıxaraq düymənin üzərindəki hərf mexanizm kimi kağıza həkk olunursa, klaviaturada basılan hər bir düymə operatora elektrik siqnalları göndərir ki, komputer həmən siqnalları operatordan alaraq prosessorda həyata keçiri. Belə desək həmən siqnalları komputer dilinə tərcümə edir.

Klaviatura Cihazı

Görəsən klaviaturanın içində nə var? Sən demə içində komputer var imiş! Bəli komputer, lakin bu komputer bir mikrosxemadan ibarətdir və yalnız xüsusi funksiyaları yerinə yetiri. O, basılmış düymənin nömrəsini əsas komputerə göndərir.

Əgər aşaxıdakı şəkilə nəzər yetirsək, burada klaviaturanın sadə iş prinsipini görə bilərik ki, bu da bütün düymələrin matrisanın birləşmə yerlərində yerləşdiyinin şahidi oluruq:

matrica

Klaviaturanın İş prinsipi

Matrisanın bütün horizontal xətləri rezistorların köməyi ilə +5 V güclü toka bağlıdır. Komputer klaviaturasının iki portu mövcuddur – giriş və çıxış portları. Giriş port matrisanın üfüqi xətlərinə (şəkildə X0-X4), çıxış portu isə şaquli xətlərə birləşmişdir  (şəkildə Y0-Y5).

Bütün şaquli xətlərdə gərginlik səviyyəsini məntiqi 0 ilə tənzimləyərək, komputer klaviaturası üfüqi xətlərdə gərginliyin hansı səviyyədə olduğunu sorğulayır. Əgər klaviaturada heç bir düymə sıxılmayıbsa, o zaman üfüqi xətlərdə gərkinlik səviyyəsi məntiqi 1 bərabər olur. (Buna səbəb bütün üfüq xətlərdə rezistorla birləşdirilmiş statik +5 V gərginliyin olmasıdır).

Əgər istifadəçi klaviaturada hər hansısa bir düyməni sıxsa, o zaman üfüqi və şaquli xətlər bir-biri ilə bağlanacaqdır. Bu zaman prosessor şaquli xətlərdə olan məntiqi 0 dəyəri üfüqi xətlərə transver edir və nitəcədə də üfüqi xətdə məntiqi dəyər də 0-ra bərabər olur.

Əgər hər hansısa bir üfüqi xətdə mətiqi 0 səviyyəsi yaranırsa, bu zaman klaviatura prosessoru düymə basılmasını fiksasiya edir. Sonra o mərkəzi komputerə matrisada sıxılmış düymənin sıxılma intesivini və düymənin nömrəsini göndərir.

membran

Klaviaturanın mikroprosessoru komputerə siqnalı göndərərkən  o yalnız basılan düymənin harda yerləşdiyini söyləyir. Siqnalın emal edilməsi üçün, komputer aldığı siqnalı sıxılmış düyməyə əsasən lazımı dəyərə çevirir. Xüsusi elektron siyahıda – kodirovka cədvəli – hər klaviatura düyməsinə uyğun olaraq ikili simvolla təhlil edir. Gələcəkdə isə məlumatların emalı prosesi sözügedən ikili simvollardan istifadə ediləcəkdir.

Klaviatura düymələri qrupu

Standart İBM PC klaviaturası bir neçə düymələr qrupu mövcuddur:

  1. Alfavit-rəgəm və simvol düymələri;
  2. Xüsusi düymələr: <Esc>, <Tab>, <Enter>, <BackSpace>.
  3. Funksiyonal düymələr: <F1>…<F10…>.
  4. Kursorun hərəkət etdirmək üçün köməkçi düymələr (<Up>, <Down>, <Left>, <Right>, <Home>, <End>, <PgUp>, <PgDn>).
  5. Redaktə üçün xidməti düymələr <Ins> <Del>.
  6. Reqistrin dəyişdirilməsi və digər düymələrin kodlarını dəyişdirən xidməti düymələr  <Alt>, <Ctrl>, <Shift>.
  7. Registerləri təsbit etmək üçün xidməti düymələr <CapsLock>, <Scroll-Lock>, <NumLock>.
  8. Müxtəlif köməkçi düymələr <PrtSc>, <Break>, <Grey +>, <Grey ->.

Windows Əməliyyat Sistemində istifadə olunan klaviş birləşmələri

Düymələr Təsviri
Ctrl + Escape və ya Win “Пуск” (Startt) menusunu açır
Ctrl + Shift + Escape Tapşırıqlar menecerinin (диспетчера задач) ən asan açılması yoludur!
Ctrl + Alt + Delete Windows-un təhlükəsizlik ekranın çağırışı.
Shift + F10
AppsKey
Hər hansısa bir faylın üzərində bu kombinasıya siçanın sağ düyməsini sıxdığımız an açılan menusudur. (Kontekst menu)
Win + E Mənim Komputerim qovluğunun açılması.
Win + R Əmr daxil edilmə pəncərəsinin çağırılması. (“Выполнить”).
Win + M Bütün açıq pəncərələri aşağı qatdalamaq (iş stolunu göstərmək).
Win + Shift + M Bütün qatdalanmış pəncərələrin açılması.
Win + D Pəncərələrin aşağı qatdalanıb və açılması.
Win + B Fokusu sistem treyinə ötürür (aşağıda sağ tərəfdə yerləşən sahə saatın olduğu yer). Proses işarələri seçimini dəyişmək üçün ox şəkilli düymələrdən istifadə etmək olar. Açmaq üçün isə Enter düyməsinə bir dəfə sıxılmalıdır.
Win + L İş stansiyasının blok edilməsi.
Win + F
Win + Control + F
Axtarış panelini aktiv edərək keçiricinin açılması.
F3 Windows ƏS-də axtarış panelin açılması və ya gizlədilməsi.
Win + F1 Windows ƏS-in istifadə qaydaları.
Win + Pause Sistem xassələri pəncərəsini açan əmr.
Win + Tab
Win + Shift + Tab
Pəncərələrin xüsusi efektlə çevirilməsi.
Alt + Tab
Alt + Shift + Tab
İşlək vəziyytdə olan proqram pəncərələrinin çevirilməsi.
Alt + F4 Aktiv pəncərənin bağlanması. Əgər aktiv pəncərə yoxdursa  zaman iş stolu rejimində Windows-un söndürülməsi pəncərəsini çağırır.
Shift USB və ya CD taxıldığı zaman düyməni sıxıb saxladığınız zaman, avto çağırış pəncərəsi açılmayacaqdır.
Printscreen (PrtSc) Komputerin buferinə ekran şəklinin kopyalaması. Paint proqramını açıb Ctrl+V düymələrini sıxsanızbunun şahidi olarsınız.
Alt + Printscreen Yalnız aktiv olan pəncərənin şəklinin çəkilməsi.
F6
Tab
Siçan fokusunu əvəz edən xassəyə malikdir. Məsələn əgər Start düyməsinə siçanın kliki olmadan keçmək istəyirsinizsə, Tab bir neçə dəfə sıxıb seçim işarəsinin ekra üzrə hərəkət etdiyini görəcəksiniz.
Alt + Enter Bəzi proqramlarda xassələri çağırır.
F2 Faylın üzərinə bir dəfə klik edib bu düyməni sıxdıqda, o zaman faylın adının dəyişmək imkanını yaradır.
Delete İş stolunda və ya müxtəlif qovluqardan fayl və ya qovluların sislinməsi.
Shift + Delete Zibil qabına atmayaraq fayl və ya qovluğun birdəfəlik silinməsi.
F5 Qovluğun içərisində və ya brauzerdə saytı yeniləmək istəyirsinizsə, o zaman bircə dəfə sıxın.
Backspace Əgər brauzerdə əvvəlki səhifəyə və ya iç-içə olan qovluqların bir üst qovluğuna qayıtmaq üçün bir neçə dəfə sıxılmalıdır.
F4 İnternet explorer və qovluqda olarkən ünvan sətrinə keçid edilməsi.

Windows iş stolunda və müxtəlif qovluqlarda istifadə olunan kombinasiyalar

Düymələr Təsviri
Ctrl + C
Ctrl + Insert
Obyektin mübadilə buferinə kopyalanması.
Ctrl + X
Shift + Delete
Obyektin mübadilə buferinə köçürülməsi.
Ctrl + V
Shift + Insert
Mübadilə buferindən kopyalanmış və ya köçürülmüş obyektin qoyulması.
Ctrl + N Yeni sənədin, layihənin yaradılması və ya buna bənzər əməliyyatın aparılması. Müxtəlif brauzerlərdə yeni səhifə açır.
Ctrl + S Hal-hazırdakı sənədi, layihəni və s. yaddaşa vermək.
Ctrl + O Sənədin, layihənin və s. proqram üzrə seçim pəncərəsini çağırı.
Ctrl + P Çap etmək.
Ctrl + Z Sonuncu edilən əməliyyatı geri qaytarmaq.
Ctrl + A Hamısını seçmək.
Ctrl + F Axtarış pəncərəni çağırmaq.
Ctrl + F4 Proqramın daxilində açıq olan pəncərələrin bağlanılması.
Ctrl + F6 Bir proqram içində olan müxtəlif pəncərələr arasında keçid.
F1 İstifadə Qaydaları və kömək pəncərəsinin açmaq.
F11 Brauzerdə, proqramda və ya qovluqda olarkən tam ekranlı rejimə keçmək üçün istifadə olunur.
Alt + Enter Tam ekranlı rejimə keçirilməsi – yalnız proqrmalar üzrə aktivdir.
Alt + Space Kiçik sistem pəncərəsinin açılması.
Alt
F10
Pəncərənin menyusunun çağırılışı.
Ctrl + Tab
Ctrl + Shift + Tab
Ctrl + PageDown
Ctrl + PageUp
Qoşmalar üzrə keçid.
Space Müxtəlif formalarda “quş qoymaq”.
Ctrl + Left
Ctrl + Right
Mətndə söz bə söz keçid etmək üçün istifadə olunur.
Ctrl + Up
Ctrl + Down
Mətnin vertikal hərəkət etdirilməsi və ya yuxarı – aşağı istiqamətlərdə abzasın dəyişdirilməsi.
Shift + Left
Shift + Right
Shift + Up
Shift + Down
Mətnin seçilməsi.
Ctrl + Shift + Left
Ctrl + Shift + Right
Kursordan sol və ya sağ istiqamətdə sözün seçilməsi.
Home
End
Ctrl + Home
Ctrl + End
Mətndə sətrlərin əvvəlinə və ya axırına keçilməsi.

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

4 şərh

  1. Gunay

    Salam.bagislayin narahat edirem.amma mene komeklik etseniz cox sevinerdim.Demeli dekabr ayindan etibaren komputerimin klaviaturasinda problem yarandi.problem klaviaturada yazilan yazilarin qarismasidir.meselen silmek isaresini vurdugumda beraber yazilmasi, “\=\=\=\=\=lolo meselen bele bir sey frfrfrghhhhh” bunun sebebinin ne oldudugundan ve ne etmeliyem mene komeklik etseniz sevinerdim.hal hazirda elave alinmis taxilma klviatura ile isleyirem.evvelceden oz minnetdarligimi bildirirem

    1. Gunay xanım,

      İlk öncə yoxlayın ki NumLock funksiyası notebook-unuzda aktivdirdir yoxsa yox. Bunun üçün klaviaturada Fn və Num Lk yazılmış düymələrini sıxın. Susmuş halda bu funksiya sönmüş olmalıdır.

      İkinci variant isə dil parametrlərin düzgü əlavə edilməməsi. Bunun üçün ilk öncə daxil oluruq пуск (start) — панель управления (ayarlar panelinə) — язык и рег. настройки (dil və regional ayarlara). Burada языки (dillər) adlı alt menunu tapırıq və mövcüd dilləri siyahıdan silib yenidən əlavə edirik.

      1. togrul

        Salam. Klaviaturada 6 düyməsinin üstündəki papağı istənilən bir hərfin üstünə necə yerləşdirə bilərəm?

      2. Salam Togrul. Onu yalnız hazır formada internetdə kopyalamaq olar:

        Â â
        Ĉ ĉ
        Ê ê
        Ĝ ĝ
        Ĥ ĥ
        Î î
        Ĵ ĵ
        Ô ô
        Ŝ ŝ
        Û û
        Ŵ ŵ
        X̂ x̂
        Ŷ ŷ
        Ẑ ẑ

Şərh forması