Komputerin söndürmə vaxtını necə planlaşdıraq? 1

shutdownWindows əməliyyat sistemində «shutdown.exe» əmrinin köməyi ilə siz komputerin avtomatik olaraq təyin etdiyiniz vaxtdan sonra söndürə bilərsiniz.

Bunun üçün Start «Пуск» menusunu klikləyin, sonra Bütün proqramlar «Все программы» — Standart «Стандартные» kimi keçib , siçanın sağ düyməsini Əmrlər sətri «Командная строка» proqramın üzərinə klikləyib, açılmış kontekst menusundan Administrator adından «Запуск от имени администратора» başlat bəndini sıxırıq. Əgər administrator profili komputerdə şifrə ilə qorunursa, o zaman admin şifrəsini daxil etməniz lazım olacaqdır. Açılmış “qara” əmrlər pəncərəsinə shutdown.exe -s -f -t 720 əmrini daxil edin və «Enter» düyməsini sıxın.

«-s» açarı sistemə komputerin söndürülməsi əmrini verir. Əgər «-s» açarını məsələn «-r» açarı ilə əvəz etsək o zaman komputer sadəcə söndürülüb yenidən işə düşəcəkdir. «-l» açarı isə hal-hazırda aktiv istifadəçi profilin işini bitirib Profil seçimi pəncərəsinə yönləndirəcəkdir.

«-f» açarı açıq olan bütün proqramları icbari olaraq dayandırılması əmrini sistemə göndərir.

«-t» açarı sizə hansı vaxtdan sonra komputerin söndürülməsini həyata keçirilsin əmrini sistemə bildiri. Hesablama yalnız saniyə ilə aparıldığından, vaxt saniyə ilə hesablanıb daxil edilməlidir. Bizim təqdim etdiyimiz misalda bu 720 saniyə, yəni 12 dəqiqədir.

Bu əməliyyatı XP-də yoxlamaq üçün aşağıdakı kimi etmək lazımdır:

1. Windows+R düymələrini sıxırıq və açılmış pəncərədə shutdown.exe -s -f -t 720 əmrini daxil edib və Enteri sıxırıq

input

2. Açılmış balaca pəncərəyə əlimizdən heçnə gəlməyərək komputerin 12 dəqiqədən sonra necə sönəcəyini izləyirik.

result

3. Yada… 🙂 Yaxşı daha kefinizi pozmayacam. Əgər Xp-sə yenidən Windows+R düymələrini sıxıb shutdown.exe -a əmrini daxil edib Enteri, daha müasir Windows versiyalarında isə Əmrlər sətrinə shutdown.exe -a əmrini daxil edib Enteri sxırıq.

output

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması