NTFS-i Fat32-yə format etməyərək necə çevirmək olar? 3

hhƏgər sizə fləş yaddaş qurğusuna böyük həcmli fayl kopyalamaq üçün fləşin fayl sistemini FAT32-dən NTFS-ə dəyişmək lazımdırsa, bunun üçün əlbətdə ki ilk ağıla gələn addım fləşi lazım olan fayl sisteminə format etmək gələcəkdir. Sözsüz fləşdəki lazımlı faylları müvəqqəti olaraq sərt diskə və ya başqa yerə köçürməyiniz lazım gələcəkdir. Lakin elə bir hallar olur ki, fləşin və ya qoşula bilən xarici yaddaşın daxilində olan faylların həcmi komputerin yaddaşından daha çox olur və onların komputerə köçürülməsi demək olar ki mümkün kimi görünmür. Bəs belə halda nə etmək olar? Necə dəyişək fayl sistemini?

Məqaləmiz məhs bu suala həsr olunduğu üçün səbr edək 🙂 Deməli proqramistlərə əsasən fləşin və ya xarici yaddaş diskin fayl sistemini, faxilində faylların saxlanılması şərti ilə FAT32-dən NTFS-ə çevirmək olurmuş. Bəs yaxşı niyə əksər xarici yaddaşlar FAT32-i ilə gəlir? Çünki NTFS-dən fərqli olaraq, bu fayl sistemi əksər Windows olmayan digər əməliyyat sistemlərində yaxşı oxunur. Biz bütün Windows istifadəçilərinə NTFS fayl sistemini istifadə etməklərini məsləhət görürük

Uzun-uzadı danışmayaraq, keçirik mətləbə. Deməli belə, bir fayl sistemindən digər fayl sisteminə keçmək üçün bizə Əmrlər Sətri proqramını administrator adından işə salmaq lazımdır. Bünün üçün Windows+R düymələrini sıxıb açılmış pəncərədə cmd əmrini yazıb Ok düyməsini sıxırıq. Açılacaq pəncərədə aşağıdakı əmri daxil edirik:

convert {diskin hərfi} /fs:ntfs

burada {diskin hərfi} – sistem tərəfindən təyin olunmuş fləş və ya xarici yaddaş qurğusunun şərti hərfidir. Məsələn mənim fləşim G hərfi ilə tanınır:

convert g: /fs:ntfs

Əmrlər sətri pəncərəsində təqribən belə görsənir:

1

daxil etdikdən sonra Enter düyməsini sıxırıq.

Sonra fləşin/diskin şərti adının təyin edilməsi haqqında seçim çəxacaqdır. Məsləhətimiz ümumiyyətlə heç-bir dəyişikliyin aparılmamasıdır.

2

Enter-i sıxıb gözləyirik.

Sonra yaddaşın FAT32-dən NTFS-ə konvertasiyası başlayacaqdır. Fləşi və ya diski tərpətmək, çıxartmaq və ya onunla heç-bir əməliyyat aparmaq olmaz.

3

Konvertasiya bitdikdən sonra, Mənim Komputerim qovluğundan və ya Windows+E düyməsini sıxıb fləşinizə daxil olub faylların orada qalıb-qalmamasını yoxlaya bilərsiniz.

Belə fayl sistemi dəyişmə prosesin bəzi nyuansları:

1) Əgər əksinə NTFS-dən FAT-a dəyişiklik aparmaq istəsəniz yuxarıdakı əmr sizə artıq yaramayacaq. İndi yalnız aşağıdakı əmrdən istifadə etməyiniz lazım gələcəkdir:

convert diskin hərfi: /fs:ntfs /nosecurity /x

2) Məsləhət görərdik ki, fləşin fayl sistemini dəyişməzdən əvvəl onun xassələrinə keçib bir dəfə səhvlərə görə yoxlamaq prosesini işə salardınızı. Bu sizə gələcəkdə SRC və digər səhvlərini aradan qaldırmaq üçün lazım ola bilər.

3) Bu cür fayl sistemi dəyişikliyi zamanı fraqmantasiya prosesi disk üçün çox Auslogics Disk Defrag logoçətin olur. Əlbətdə ki, bu da diskin oxunma/yazma/kopyalama funksiyanal sürəti enmiş olacaqdır.

4) Əgər fləşdə və ya daşına bilinən diskdə quraşdırılmış proqram və ya tədbiq vardırsa, çox gümanki konvertasiyadan sonra işləməyəcəkdir. Daha doğrusu işə düşməyəcəkdir.

Düşünürəm ki daşıyıcı yaddaşların fayl sisteminin dəyişdirilməsi prosesi o qədər də çətin bir proses deyildir. Lakin ənənəvi üsulun həmişə tərəfdarı olan CompBoard komandası siz fləşin və ya daşınan sərt yaddaşının fayl sisteminin format yolu ilə edilmsini məsləhət görür.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Həsən

    sagolun işime yaradı. Təşəkkürlər

Şərh forması