Kontekst menusuna “Qovluğa kopyala” bəndinin əlavə edilməsi 0

Adətən faylı bir qovluqdan digərinə kopyalamaq üçün biz ilk öncə faylın üzərində siçanın sağ düyməsini sıxırıq, kontekst menudan «Копировать» bəndinə klik edirik, sonra isə kopyalayacağımız qovluqun içərisində yenə siçanın sağ düyməsinə klik edin sözügedən menudan «Вставить» bəndini sıxırıq.

Bu cür fayl kopyalama prosesini asanlaşdıracaq bir üsul bilirəm. Üsul isə kontekst menusuna əlavə olaraq «Копировать в папку…» bəndinin əlavə edilməsi olacaqdır. Bunu etmək üçün isə bizə Windows əməliyyat sisteminin reyestrində bəzi dəyişiklər etmək lazım gələcəkdir.

İlk olaraq «Пуск» düyməsini sıxırıq və axtarış sətrinə regedit sözünü daxil edirik. Axtarış nəticəsi olaraq «regedit.exe» adlı proqram görəcəksiniz. Üzərində siçanın sağ düyməsini klik edib kontekst menudan «Запустить от имени администратора» bəndini seçirik. Əgər siz adi istifadəçi kimi sistemə daxil olmusunuzsa, çox güman ki sizdən administrator şifrəsinin daxil edilməsi tələb olunacaqdır.

Reyestrin redaktəsi pəncərəsində bu ardıcıllıqla keçirik:

  • HKEY_CLASSES_ROOT \
    • Directory \
      • ShellEx \
        • ContextMenuHandlers

Sonra ContextMenuHandlers qovluq adının üzərinə klik edib, pəncərənin Правка menusuna edirik. Açılmış menudan ilk öncə Создать sonra isə Раздел bəndinə klik edirik. Yeni qovluğun adını Copy To kimi adlandırırq.

Üzərinə bir dəfə klik edirik. Sağ tərəfdəki paneldə По умолчанию adlı parametr faylı görəcəksiniz. Üzərinə iki dəfə klik edirik. Açılmış kiçik pəncərədə «Значение» formasına bu kodu daxil edirik: {C2FBB630-2971-11D1-A18C-00C04FD75D13}

1321834415_21[1]

 

Eyni əməliyyatı reyestrdə

  • HKEY_CLASSES_ROOT \
    • AllFilesystemObjects \
      • ShellEx \
        • ContextMenuHandlers

kimi keçib həyata keçirin. (Copy To yaradaılması və sairə)

Redaktordan Файл və sonra Выход kimi çıxdıqdan sonra kontekst menusunda «Копировать в папку…» adlı yeni bənd yaranacaqdır. Əgər bir və ya bir neçə fayl seçib bu bəndi klikləsək, o zaman kopyalanan yeri göstərmək üçün xüsusi pəncərə açılacaqdır. Həmən pəncərədə qovluğu seçib «Копировать» düyməsini sıxmaq kifayət edəcək ki, fayllar uğurla kopyalanmış olsun.

Xüsusi qeyd:

  • HKEY_CLASSES_ROOT \
    • Directory \
      • ShellEx \
        • ContextMenuHandlers

  • HKEY_CLASSES_ROOT \
    • AllFilesystemObjects \
      • ShellEx \
        • ContextMenuHandlers

keçidlərə keçərək Copy To əvəzinə «Move To» qovluğunu yaradıb «По умолчанию» faylından Значение sətrinə {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13} daxil etsəniz o zaman kontekst menusunda «Переместить в папку…» qovluğa köçürmək yaranacaqdır.

CopyTo[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Anar

    Salam. Rus dilinin yerinə ingilis dilində yazsaydınız daha yaxşı olardı. Gənc nəsil artıq rus dili yox ingilis dilinə üstünlük verir(öz dilimiz olmadığı təqdirdə)

Şərh forması