USB Fləş ikonkası və ya necə bəzəməli 0

Fləş qurğunu komputerə taxırıq və aşağıdakı təlimatları bir-bir həyata keçiririk. Sonda sizin fləş qurğunuzun individual ikon şəkli görünəcəkdir. Bu prosesin ən maraqlı cəhətidə odur ki, əgər usb fləşinizi tez-tez digər komputerlərə taxırsınızsa, ikon gəlmədiyi təqdirdə, qurğunuzun viruslu olub-olmamasını həmən an təyin edə biləcəksiniz.

Təlimat qaydaları:
1-ci addım. Fləş qurğumuzu komputerə taxırıq və içərisində bir mətn faylı yaraqdırıq: Текстовый документ.txt . Yaratmış olduğumuz mətn faylını autorun.inf kimi dəyişirik. Qeyd! Əgər sizdə .txt görəsnmirsə, o zaman “свойтвах папки” qovluqların xassələrində “вид” bölməsində “скрывать расширение” bəndinin önündəki işarəni götürürük.

1

2

3

2-ci addım. İnternetdə xoşumuza gələn bir ikon faylını axtarırıq. İkon işarəsinin cəhətləri 64×64 olmalıdır. Aşağıdakı sayt sizin köməyinizə çata bilər.

www.iconfinder.com

3-cü addım. Adını dəyişdirdiyimiz faylı mətn redaktoru ilə açırıq və aşağıdakı iki sətri kopyalıyırıq:

[autorun]

icon=1.ico

Yüklədiyimiz ikon faylının adını dəyişdirib 1.ico edirik və onuda autoran.inf mətnin yanına yerləşdiririk.

4

5

4-cü addım. Vəssalam! 🙂  Usb fləşi komputerdən ayırın və yenidən qoşun. Sonra keçin “Мой компьютер” Mənim Komputerim qovluğuna və fləşin ikonkası avtomatik olaraq dəyişəcəkdir.

Əgər fləşinizə virus düşsə, o zaman avtomatik olaraq yaratmış olduğunuz autorun.inf faylının daxilindəki yazılar dəyişdiriləcək və ikonka daha görsənməyəcəkdir. O zaman həyəcan təbini çalmaq lazımdır.

CxqE_L5NdPg[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. orxan ibrahimov

    Salam sizin dediyiniz kimi eledim amma mende nese alinmadi cunki .txt fayli alinmadi windows 8.1 di

Şərh forması