Sök Öyrən: HDD (Sərt Disk) 0

Salam dostlar. Bu gün biz sizinlə birlikdə, sərt diski (HDD) sökərək parçalara ayıracaq və incələyərək haqqında ətraflı öyrənəcəyik. Əvvəlcə sərt disklər haqqında araşdıraraq tapdığım bütün məlumatları sizin diqqətinizə çatdırıram. Sərt disklərdə məlumatlar; metal, şüşə və plastik üzərinə çəkilmiş dəmir oksid ya da başqa bir maqnetik xassəli maddə ilə örtülmüş səthə yazılır. Bu yazılma maqnitləşmə yolu ilə baş verdiyi üçün öz arzunuzla silinənə qədər yaddaşda sabit qalır.

Bundan başqa elektrik enerjisinin kəsilməsi anında mikrosxemlərdə (RAM) olduğu kimi yaddaşın itməsi halları olmur. Sərt diskin daxilində bir və ya daha çox sayda yaddaş diskləri olur. Metal disk yaxud disklər 3600, 4200, 5400, 5900, 7200, 10000, 15000 d/d (dövr/dəqiqə) sürəti ilə fırlanarkən, üzərlərində gəzən başlıq və ya başlıqlar yazma və silmə vəzifəsini yerinə yetirir. Texnalogiyanın inkişafı sərt disklərin həcminin bir neçə megobaytdan terabaytlara qədər artmasına səbəb olmuşdur. Günümüzdə əsasən masaüstü kompüterlərdə 3.5 və dizüstü kompüterlərdə 2.5 inç qabaritli sərt disklərdən istifadə olunur.

Nisbətən kiçik tutumlu, az enerji sərf edən və zərbələrə daha dayanıqlı 2.5 və 1.8 inç qabaritli sərt disklər daşına bilən yaddaş kimi istifadə olunmaqdadır. Bundan başqa daha kiçik tutumlu, qabarit ölçüləri də çox kiçik olan yaddaş qurğuları da var ki, bunlar bildiyimiz flash yaddaşlardır. Sərt disklərlə kompüterlərin bir-biri ilə əlaqə yaratmaları üçün müxtəlif vasitələr vardır. Həmçinin bu vasitələr həm kompüter, həm də sərt disk tərəfindən dəstəklənməlidir. Bu vasitələrdən aşağıdakıları göstərmək olar:

– ST506 – Dövrümüzdə artıq bu vasitədən istifadə olunmur, çünki yazma və oxuma sürəti çox zəifdir. Ən çox 16 başlıq dəstəkləyir.

– IDE-1989-cu ildə Westeren Digital firması tərəfindən tətbiq olunmuş standart, ən çox istifadə olunmuş vasitələrdəndir.

– S-ATA (SATA və ya Serial ATA)-2000-ci illərdə müxtəlif kompüter firmaları tərəfindən razılaşdırılmış yeni və daha sürətli bir vasitədir. 2005-ci ildən sonra daha çox yayılara istifadə olunmuşdur.

– SCSI-1986-cı illərdən istifadə olunan çox sürətli və çox bahalı olan standartdır.

– USB və ya Firewire- Daşınabilən disklərin və ya başqa qurğuların komputerə bağlanmasında istifadə olunan bir standartdır.

Sərt disklərdə sürət məsələsi çox vacibdir. Sərt diskin sürəti dedikdə; fırlanma sürəti, qəbul etmə vaxtı və ötürmə sürətləri birlikdə nəzərdə tutulur. Bunlardan yalnız birinin bilinməsi sərt diskin sürəti haqqında söz demək üçün kifayət etmir.

Fırlama sürəti, maqnit diskinin fırlanma sürətidir və dövr/dəqiqə ilə ifadə olunur.

Ötürmə sürəti, oxuyucu başlığın məlumata çatması və bu məlumatın ana sistemə çatdırılması arasında olan ötürmə sürətidir. Ön yaddaş əməliyyat zamanı vaxt itgisini aradan götürmək üçün istifadə olunur. Sərt disk istehsalçıları yaddaş diskindən ön yaddaşa və ön yaddaşdan ana sistemə ötürmə sürətlərini arıca olaraq göstərirlər. Ön yaddaşa ötürmə sürəti Mbit/sn, anasistemə ötürmə isə MB/sn ilə ifadə olunur.

FAT (File Allocation Table) Azərbaycan dilində təxminən Sənəd Tapşırıqlar Cədvəli kimi tərcümə olunur. Bu sistemdə partisyon hərbiri müəyyən miqdarda sektordan ibarət cluster adlanan hissələr ibarətdir. Hansı sənədlərin bu cluster hissələrindən hansılarında yerləşdiyi və hansı cluster hissələrinin boş, hansılarının dolu olduğu kimi məlumatlar FAT üzərində yazılır. Əlaqə sistemi isə hər hansı sənədə çatmaq istədikdə sənədi tapmaq üçün FAT üzərində yazılan bu məlumatlardan faydalanır. Hər ehtimala görə sərt disk üzərində bir nüsxəsi yerləşdirilir.

FAT16 sistemi DOS, Windows 3.1 və OSR2 əməliyyat sistemlərindən əvvəl Windows 95-in istifadə etdiyi bir sistemdir.

FAT32 sistemi Windows 95 OSR2, Windows 98, Windows 2000 və Linux tərəfindən tanınan FAT16 dan daha çox təkminləşdirilmiş bir sitemdir.

NTFS sistemi ən müasir sistemdir və çox əlverişlidir. Windows əməliyyat sisteminin son versiyaları da bu sistem əsasında çalışır.

İndi istifadə etdiyimiz sərt disklər təkminləşdirilərək Hibrid Sərt Disk və bütünləşmiş flash yaddaşdan ibarət olan Solid State Drive-a çevrilmişdir.

Bildiyimiz sərt disklərin bir neçə mənfi cəhətləri də vardır. 4500, 5400, 7200 və ya 10.000 d/d sürəti ilə işləyən zaman baş verə biləcək şok zərbələr oxuma qolunun disk səthinə təmas etməsinə səbəb olar. Bu sektordan olan mexaniki zərbələr nəticəsində (bad sectors) baş verən oxunmayan sektorlar, məlumatların əbədi olaraq yox olmasına səbəb olar. Bu zədə zaman keçdikcə böyüyərək sərt diskin (Head Crash) tamamilə məhv olması ilə sonlanar. Buna qarşı görülən tədbirlərdən biri də HITACHI/IBM-in kəşfi olan Harddisk Anti Shock mexanizmidir. Hər hansı bir şiddət anında oxuma-yazma qolu qısa müddətlik park vəziyyətinə gətirilir. Sərt disklər xüsusilə istifadə zamanı çox həssas olurlar. Sərt disklərdə ola biləcək xətaların baş vermə səbəblərindən bəziləri aşağıdakılardır.

– Elektrik nasazlıqları,

– Zərbə kimi səbəblər və s.

İndi isə sərt diskimizi sökərək oxuduqlarımızı gözlərimizlə görək…

Müəllif: Elgun Hasanov @Mikrospark.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Amil

    Salam

    Mənin sizin köməyinizə ehtiyacım var.Kompyuterimdə olan şəkilləri ( 1 il ərzində çəkdiyim ) sildim
    R-Studio bərpa proqramı ilə geri qaytarmağa çalışdım və şəkilləri tam ölçüdə qaytarır ( yəni 5 və ya 10 mb həcmində ) lakın şəkillər açılmır.Sizdən çox xahiş edirəm öz köməkliyinizi göstərəsiniz.
    Əlaqə nömrəm 050 570 90 99
    055 570 90 99

    Sizdən səbirsizliklə zəng gözləyirəm

    Hörmətlə, Amil

    1. Salam Amil. Bu növ problemlərin həllini biz yalnız http://compboard.org/support/ keçidində hazırladığımız Online Dəstək sistemində həyata keçiririk. Lakin faylların bərpası ilə əlaqədar bu keçidi yoxlayın: http://compboard.org/proqramlar/2290

Şərh forması