Windows-da silinməyən qovluğu necə silək 1

Periodik olaraq istifadəçilər mənə sual verirlər ki, iş stolunda (ekranda) bir qovluq var və silmək mümkün deyil. Nə edim? İlk öncə istifadəçilər qovluğun virus olduğunu düşünüb ehtiyat edirlər. Həlli bizdədir 🙂

İlk öncə qovluğu silərkən ortaya çıxan sistem səhvi pəncərəsini tez bağlamazdan öncə onu bir dəqiq oxuyun.

1.error_[1]

Bəzən sistem özü istifadəçiyə problemin nədən qaynaqlandığını bildiri. Ola bilsin ki, həmən qovluğun içində elə bil fayl var ki, oynatıcıda və ya hər hansısa digər proqramda açıq qalmışdır. Odur ki, bütün proqramları balayıb qovluğu silməyə birdə cəhd edin.

Əgər qovluq silinmədirsə o zaman:

  • Komputerinizi söndürüb yenidən çalışdırın – əksər hallarda kömək edir.
  • Nəzər yetirin ki, silinən obyekt hər hansısa prosesi yerinə yetirmir.
  • Yoxlayın ki, sistem qovluğunun adı ilə üst üstə düşmürmü.
  • Və pulsuz antiviruslardan birini yazıb sistemi tam yoxlamaq. Mən özem 360 Total Security istifadə edirəm və antivirusumla çox razıyam.
  • Problemli qovluğun silinməsində sizə Total Commander və ya Far manager kimi proqramlar yardımçı ola bilər. Onlar gizli və bloklanmış bütün sistem və sizin yaratdığınız qovluqları göstərməyə qadir fayl menecerləri proqramlarıdırlar.

4.far_-600x440[1]

5.total-commander-600x456[1]

Daha profesional istifadəçilərə məsləhətim bu tip əməliyyatarı sistein ayrılmaz hissəsi olan əmrlər sətrindən istifadə etmək olardır. Silmək üçün istifadə olunan əmr — RMDIR əmridir.  Bu əmr haqqında geniş məlumat almaq üçün rmdir /? yazmaq kifayətdir.

7.rmdir_-600x304[1]

Misal üçün C diskində Games adlı qovluq var. O qovluq boş olmağına baxmayaraq silinmək istəmir. O zaman Əmrlər sətrini açırıq və aşağıdakı əmri daxil edib Enter düyməsini sıxırıq:

RMDIR /S /Q c:\Games

7.rmdir-finish-600x304[1]

Games qovluğu qeyri-şərtsiz komputerdən silinəcəkdir!

P.S.

Demək olar ki, əksər məqalələrdə bu altlığı yazıram və hər zaman yazmağa çalışacam: Probeminizi bizə danışın ki, biz milyonlarla insanlara komək etmiş olaq!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması