Komputerin MAC ünvanını necə öyrənmək olar? 29

Bu günlərdə bir diskusiya zamanı MAC ünvanlar haqqında söhbət açıldı. Əgər bunun nə olduğunu bilmirsinizsə o zaman aşağıdakı vikipediya sitatını oxuya bilərsiniz.

MAC-ünvan (ing. Media Access Control — müraciətin idarə olunması) — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter “node” adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar.

Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir.

Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir:

100100000110101001010010100011001101100000011

İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar:

12 0D 4A 51 9B 03

Üsul № 1: Əksər şəbəkə kartlarının qutusunda və ya elə üzərində texniki göstəriciləri vardır. Bu o cümlədən marşrutlayıcının, modemin və access point-un alt hissəsində də olur. Əksər noutbukların al örtüyündə istehsalçı bu cur məlumatları yerləşdirir.

Üsul № 2:  ipconfig əmrin köməyi ilə

Bunun üçün Start (Пуск) düyməsini sıxırıq və sonra axtarış sətrinə cmd yazıb Enter-i sıxırıq.
Açılmış pəncərədə ipconfig /all əmrini yazıb Enter-i sıxırıq. Göstəriləcək məlumat yazılarında təqribən bu yazını axtarırıq Физический адрес. Bu MAC-ünvan deməkdir. Yeri gəlmişkən, əgər komputerdə bir neçə şəbəkə platası quraştırılıbsa, o zaman siyahıda hər platanın öz MAC-ünvanı götəriləcəkdir.

11

Üsul № 3: Çox vaxt işləməyən lakin ən çox danışılan bir üsul. Bu arp əmrinin istifadəsidir.

Eyni qayda ilə cmd proqramını işə salırıq və arp -a əmrini daxil edib Enter-i sıxırıq. Nəticədə proqramda cədvəl olacaqdır ki, bu da şəbəkədə olan qurğuların İP ünvanlarını və önlərində MAC-ünvanlarını sıralayacaqdır.

22

Üsul № 4:  Bu üsül yalnız Windows 2003/XP/Vista/2008 əməliyyat sistemlərində işləyən komputerlərdə işləyir. Bu ƏS-lərdə susmuş halda GetMac.exe adlı bir proqram vardır ki, bunun köməyi ilə sistemin MAC-ünvanını rahatlıqla öyrənmək mümkündür. Proqram RPC əsasında işləyir.

İşə salmaq üçün cmd-ni işə salırıq:

Start (Пуск) ->Axtarış sətri->cmd -> Enter

C:\Documents and Settings\user>getmac /s localhost

33

Əgər şəbəkədə hansısa komputerin MAC-ünvanını öyrənmək istəyirsinizə, o zaman localhost yerinə həmən komputerin İP ünvanını yazmaq lazımdır. Əgər həmin komputer şəbəkə üçün məxvi deyilsə 🙂

Üsul № 5: Windows əməliyyat sistemindən başqa digər populyar sistemlərdə MAC-ünvanını aşağıdakı əmrlərin köməyi ilə əldə etmək mümkündür:

  • Linux — ifconfig -a | grep HWaddr
  • FreeBSD — ifconfig|grep ether
  • HP-UX — /usr/sbin/lanscan
  • Mac OS X — ifconfig, və ya Sistem ayarları > Сеть (Şəbəkə) > выбрать подключение (bağlantının seçimi) > Дополнительно (Daha)> Ethernet > Идентификатор Ethernet (Ethernet təyinedicisi)
  • QNX4 — netinfo -l
  • QNX6 — ifconfig və ya nicinfo
  • Solaris – ifconfig -a
Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Daha bir üsulu elə bu məqaləni dərc etdikdən bir necə dəqiqə sonra tapdım:

    getmac /v /fo list

    cmd ilə daxil edilir.

Şərh forması