Şifrələnmiş Excel kitabının açılması 1

Salam hərkəsə! Bu gun sizinlə çox maraqlı bir məqalə ilə paylaşacam. Hansısa bir ingilis dilli saytdan özümə bunu note etmişdim. indi isə forumda paylaşıram ki, düşündüyümüz şifrələnmə bu qədər hasand olsun. odur ki gəlin başlayaq. Onuda deyim ki, bu cur şifrə qırma metodu yalnız Excel 2007 və 2010 versiyalarında yoxlanılmışdır. Əgər siz yeni 2013-cü versiyasında bunu etməyi bacarmısınızsa lütfən bu mövzuda öz fikirlərinizi paylaşın.

Deməli belə:

1. Addım: İlk öncə şifrəli Excel faylını bağlayın. Sonra onun formatını xlsx dan zip formatına dəyişin.

2. Addım: Sonra sizə Arxivator proqramlarından biri lazım olacaqdır. (Məsələn: 7zip, Winzip, Winrar) Şəxsən mən bütün əməliyyatları 7zip arxivatoru ilə görürəm. Formatını dəyişdiyiniz Excel faylını Arxivator ilə açınız:

009

3. Addım: Sonra worksheets qovluğuna daxil olun:

09999

4. Addım: Qovluğun içində faylda olan kitabların siyahısı qədər də xml formatında fayl var. Şifrəsini açmaq istədiyiniz kitabın üstünə Mouse-nin sağ düyməsini klik edin və Edit seçin.

888

5. Addım: Bu aşama çox vacibdir! Diqqətli olun: Açılmış kodlar səhifəsindən qorxmayın  😉 Orada aşağıdakı kodu axtarın:

sheetProtection

Siz onu tapdıqda avtomatik belə bir sətr görəcəksiniz:

<sheetProtection password="96E1" sheet="1" objects="1" scenarios="1"/>

Bax budur şifrənin səbəbkarı!  😮 Gördüyünüz password teqinin qabağında şifrələnmiş bir şifrə vardır. Gəlin o sözləri silək və nümunə kimi aşağıdakı koda baxaq:

<sheetProtection password="" sheet="1" objects="1" scenarios="1"/>

6. Addım: Ən çox sevdiyim hissə! Test etmə zamanı  Text editoru bağlayaq və bizdən tələb olunacaq butun məlumatları yaddaşa verək. (Save). Əgər arxivin içinin yenilənməsi tələb olunsa bu zaman da ok düyməsini basaraq razılaşaq. Sonra yenidən faylı zip formatından öz doğma, yəni xlsx formatına qaytaraq.

Vəssalam! Faylı açırıq və şifrəsiz işlədirik 😎 Paylaşmağı unutmayaq 😉

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması