Excel faylının fərqli pəncərələrdə açılması 2

Salam dostlar. Bu gün nəhayət ki bezdirici bir əməliyyata son qoydum: 2003-cü il Excel fayllarına klik edərəl hər birisi ayrılıqda açılırdı. 4 il qabaq 2010-cu il Microsoft Office paketini yenilədikdən sonra bu “gözəllik” əlimizdən getdi. Çox axtardıq həllini tapa bilmədik. Məcbur olub hər yeni Excel faylını ayrılıqda açmaq üçün kustar üsulu ilə etməyə: Start –> Yeni Microsoft Excel, sonra File –> Open və faylın yerləşdiyi yer. (Excel-də tez-tez istifadə edənlər məni artıq anladı)

How-to-open-multiple-Worksheets-in-Excel-2010-3[1]

Xüsusi təşəkkürlər əlbətdə ki, Technet.Az komandasına ünvanlanır. Onların səyi nəticəsində müxtəlif suallar AzNet istifadəçilərinə başadüşülən bir dildə izah edə bilinir.

Bü günki məqalənin müəllifi Elvin Əmirovdur və Tecnet.Az saytından götürülmüşdür.

Bu yaxınlarda əməkdaşlarımızın excel fayllarından daha səmərəli istifadə və iki fərqli fayllardakı məlumatları müqayisə edə bilmələri üçün “Excel faylının fərqli pəncərələrdə açılması”  kimi bir tələb irəli sürdülər. İnternet axtarışlarının nəticəsi olaraq iki fərqli həll yolu tapdım.

1)  Dynamic Data Exchange (DDE) istifadəsini qadağan etmək;

2) regedit.exe -də dəyişiklik etməklə. 

1-ci həll yolunun mənfi cəhətlərindən biri digər proqramlarla (Application) dinamik məlumat mübadiləsinin qadağan edilməsidir. Bu şirkət daxilində istifadə olunan mühasibatlıq proqramları ilə ziddiyyət yarada və normal işləməsini korlaya bilər.  Hər ehtimala qarşı bu həll yolunu da göstərmək fikirindəyəm.

ExcelFerqliPencerede-001

Advanced-dən  “Ignore Other Applications That Use Dynamic Data Exchange (DDE)” seçimini işarələyirik.

ExcelFerqliPencerede-002

2-ci həll yolu üçün WIN + R birləşməsindən sonra açılan pəncərəyə regedit.exe yazırıq və ENTER düyməsini sıxırıq.

ExcelFerqliPencerede-003

Qeyd: Registr faylları ilə işləyərkən öncədən ehtiyyat nüsxəni götürməyi unutmayın. Burda etdiyiniz yanlış dəyişikliklər bilgisayarınızın normal işləməsinə təsir edə bilər.

Sonra aşağıdakı  HKEY_CLASSES_ROOT/Excel.Sheet.12/shell/Open/command  keçidlərlə getməliyik.

ExcelFerqliPencerede-004

ExcelFerqliPencerede-005

Command qovluğunun içindəki command dəyərinin üzərində sağ düymə açırıq və dəyiş deyirik.

ExcelFerqliPencerede-006

Dəyərin sonuna “%1” yazısını əlavə edirik.

ExcelFerqliPencerede-007

 

Sonra command qovluğunda olan command dəyərinin adını dəyişərək sonuna 2 rəqəmini əlavə edirik.

ExcelFerqliPencerede-008

 

Sonra, ddeexec qovluğunun adını dəyişirik, (HKEY_CLASSES_ROOT/Excel.Sheet.12/shell/Open/ddeexec), sonluğuna 2 əlavə edirik. (ddeexec2) 

ExcelFerqliPencerede-009

Yuxarıdakı dəyişiklikləri ExcelSheet8 üzərində də eynilə həyata keçiririk.

Regedit.exe-ni bağlayırıq.  İki fərqli Excel faylını aşırıq və nəticəni test edirik. WİN düyməsi və sağ / sol istiqamət düymələrilə faylı səhifənin tən ortasından iki tərəfə sığdırırq. Beləcə iki fərqli excel faylındakı dəyərləri rahat müqayisə edə bilərik.

Qeyd edim ki, bu problem Office 2013-də həll olunub.

ExcelFerqliPencerede-010

Vəssalam. Kiçik, amma lazımlı məqalə olacağına və kiminsə işinə yarayacağına ümid edirəm. Təşəkkürlər.

technetaz-logo

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması