Linux-a Microsoft Office 2010-nu necə quraşdırmaq olar 1

Salam dostlar! Bir neçə müddət olar ki Windows XP-dən imtina etdiyim üçün ona alternativ olan tamamilə pulsuz və həmişə yenilənən, virus tanımayan, çox sürətli və ən azından mənim köhnə noutbukumda özünü doğruldan Linux Mint-ə keçmişəm. Sistem özəyi bir-birindən tamamilə fərqli olan Linux və Windows bir müddət mənim üçün çətin olmuşdur. Lakin Linux-u işlətdikçə öyrəşməyə başlayaırsan.

Mən işdə Microsoft Office məhsulundan tez-tez istifadə etdiyim üçün, evdə də bu proqramsız alınmır. Linux-un özündə LibreOffice adlı Microsoft Office-in analoqu artıq quraşdırılıb. Lakin Libre-də olan interfeys və faylların oxunuşu problem yaradır. Qərarar gəldim ki, Linux-da Microsoft Office 2010-nu quraşdırım. Mən bunu belə etdim.

Qeyd edim ki, Linux Mint və Ubuntu distributivləri bir-birinə arxitektura çəhətdən oxşadığı üçün siz hər ikisindədə aşağıdakı təlimatları yerinə yetirə bilərsiz.

İlk öncə aşağıda sol küncdə olan Меню düyməsinə klik edib, windows-da olduğu kimi Start pəncərəsi kimi açılmış menudan Менеджер программ bəndinə klik edirik. Tələb olunan şifrəni daxil edirik və proqram mərkəzində axtarış sətrində playonlinux yazıb Enter düyməsini sıxırıq.

1

Üzərinə iki dəfə klik edib proqramın geniş təsvirinə keçirik. Burada Установить düyməsinə klik edib, proqramı quraşdırırıq.

2

Proqram quraşdırılandan sonra axtarış sətrinə winbind yazıb proqramı axtarıb onuda quraşdırırıq.

3

və ya

Bütün proqramlar quraşdırıldıqdan sonra yenidən Меню düyməsini sıxırıq və Playonlinux proqramnını axtarış sətrində tapırıq.

4

Üzərinə iki dəfə klik edirib işə salırıq.

5

Burada Установка düyməsinə bir dəfə klik edib açılmış pəncərədə yüklənməni gözləyirik:

6

Yüklənmə başa çatdıqdan sonra yuxarıdakı menudan Офис düyməsinə klik edib, açılmış siyahıdan Microsoft Office 2010 seçirik.

7

Sonra aşağıdakı şəkildəkilərdə göstərildiyi kimi təkrar edilməlidir.

8

Bu pəncərə açıldıqdan sonra Microsoft Office 2010 dvd diskini komputerə taxırıq. Siyahıdan isə proqramın kompakt diskdən quraşdırılacağını seçirik.

9 10 11

Proqram avtomatik olaraq lazımı olan platformaları internetdən yükləyib quraşdıracaqdır.

  1. Wine
  2. Wine_gecko
  3. Wine_mono

12 13 14 15

Wine-nin komputerdə müvafiq dəyişikləri quraşdırılmasını gözləyirik.

16

Və budur, proqramın quraşdırılma pəncərəsi açıldı.

17

18 19 20

Proqram ilə yüklənən bütün Windows proqramları bu siyahıda çıxacaqdır.

21

Vəssalam Linuxda Microsoft Office 2010 proqramını uğurla quraşdırdıq. Proqramın məhsulları olan Word, Excel, Outlook, OneNoteOutlook gördüyünüz kimi İş masasında da keçidləri yaranmışdır.

22

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Perviz

    Salam.
    Siz indi də Linux quraşdıra bilirsiniz?
    Sizinlə necə əlaqə saxlaya bilərəm?

    Mumkunsə cavab yazın.

    1. Salam Pərviz. Linux Mint-in komputerə quraşdırılması haqqında yazılmış məqalə ilə bu keçiddə tanış ola bilərsiniz: http://compboard.org/os/2231

Şərh forması