Exceldə hər 5 sətirdən bir xananın seçilməsi 2

Fərz edin ki, Sizə rəhbərlik tərəfindən hər beş sətirdən bir olan xanadakı məlumatların yoxlanılması tapşırığı verilmişdir. (Məsələn B sütunu üzrə 5-ci,10-cu,15-ci, 20-ci sətirdə yerləşən məlumatları yoxlamaq). Bunun üçün biz bir neçə metoddan istifadə edə bilərik. Birinci çətin yol ondan ibarətdir ki, biz fərdi qaydada heç bir düstur və filterləmə əməliyyatlarından istifadə etmədən məlumatları fərdi qaydada yoxlayaq.

untitled110[1]

Düşünürəm ki, bundan daha effektli yollar vardır və bunlardan da biri aşağıda göstərdiyim üsul ola bilər.

1. Sətirlərin nömrələrini tapaq. Bunun üçün C2 xanasına =ROW() düsturunu yazıb C22 xanasına kimi tutub çəkərək bu düsturu C sütununda olan digər xanalara da şamil edək.

untitled21[1]

2. Sətirlərdən beşə bölünməsindən qalan qalıqı tapaq. Exceldə bir ədədin bir ədədə bölünməsinə olan nisbətindən qalan qalığı tapmaq üçün MOD düsturundan istifadə edilir. Bizim misalda isə B2 xanasına =MOD(ROW();5) düsturunu yazaq. Qırmızı şriftlə yazdığım ROW() bizə sətrin nömrəsini qaytarır, göy şriftlə yazdığım 5 isə bölünəni ifadə edir.

untitled20[1]

3. Qalıqda 0 olan ədədlər beşə qalıqsız bölünən ədədlərdir ki, bu ədədlərin təkrarlanması da hər növbəti beş sətirdən bir baş verir. Bunun üçün C sütunu üzrə dəyəri 0-a bərabər olan xanaları filter edək.

untitled22[1]

Beləliklə, şəkildə gördüyünüz kimi hər 5 sətirdən bir xanaları seçmiş olduq. Yoxlamağa başlaya bilərsiniz. 5 rəqəmini digər rəqəmlərlə əvəz etsəniz, filterləmənin də aralıqlarını dəyişə bilərsiniz.

Yuxarıda qeyd etdiyim düsturu öz xəyal gücünüzdən asılı olaraq fərqli yerlərdə istifadə edə bilərsiniz.

Məqalə nahidnesirov.wordpress.com blogundan götürülmüşdür.
Məqalənin müəllifi: Nahid Nəsirov

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması