Exceldə xanaya blok qoyulması 2

İlk öncə qeyd etmək istəyirəm ki, blogda paylaşılan yazıların daha da təkmilləşdirilməsi üçün hər birinizin bu günə kimi olan və olacaq geri bildirimlərinizi, dəstəyinizi çox müsbət qiymətləndirirəm.  Blogumuzun oxucusu Orxan Abdullayevin xahişi ilə bu dəfəki yazımda Exceldə xanalara yazılan məlumatlara icazələrin verilməməsi haqqında yazacam.

Fərz edək ki, Bizə aşağıdakı kimi bir cədvəl verilmişdir. Cədvəldə İşçilərin adları və onlara cari il ərzində veriləcək hədəflərə nümunələri verilmişdir. Bizdən tələb olunur ki, istifadəçilərə yalnız C sütununa məlumatları daxil etmə və ya dəyişmə icazəsinin verilməsidir. (A və B sütunlarına dəyişiklik edilə bilinməyəcək).

Bunun üçün aşağıdakı ardıcıllıqla əməliyyatları etmək lazımdır.

  1. C sütununu seçin
  2. Bu sütunda hər hansı xananın üzərinə gələrək siçanın sağ düyməsinə tıklayın
  3. Format Cells menyusunu seçin
  4. Protection tab menyusunda Locked hissəsində olan seçimi aradan qaldırın
  5. Review menyusunda Protect Sheet seçin.
  6. Açılan pəncərədə xananı bloklamaq üçün şifrəni daxil edin.
  7. Açılan yeni pəncərədə bir daha şifrəni daxil edin.

1

2

3 4

5 6

7

Beləliklə, İstidadəçilər ancaq C sütununa məlumatları daxil edə və dəyişə biləcəklər. A və.B xabalarındakı məlumatları dəyişmək istəsələr ekrana xəta mətni çıxacaqdır. Ümid edirəm, yazı gündəlik iş həyatında Sizə çox faydalı olacaqdır.

Müəllif: Nahid Nəsirov
Blog: nahidnesirov.wordpress.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması