Exceldə elektron testlərin hazırlanması 2

Müasir İnformasiya texnologiyalarından istifadə üçün müxtəlif kateqoriyalı proqramlardan istifadə edilir. Onlardan ən geniş yayılanları Office proqramlarıdır. Bu proqramlar geniş istifadəçi diapazonuna malikdirlər. Office proqramlarından olan MS Excel – elektron cədvəl prosessoru adlanır.  Excel proqramında istifadə edilən müxtəlif kateqoriyalı funksiyalar (maliyyə, statistik, riyazı, məntiqi, vaxt və tarix, çoxluq və massivlər, verilənlər bazası, mühəndis-texniki tipli) istifadəçilər tərəfindən müxtəlif məqsədlə istifadə olunurlar.

Excel proqramında funksiyaların köməyilə bir çox məsələləri yerinə yetirmək mümkündür. Onlara misal olaraq əmək haqqı cədvəlində tələb olunanların hesablanması, tələbələrin müvəfəqiyyət faizinin hesablanması, testlərin hazırlanması, bir sıra proqram (məs., lüğətin hazırlanması) və oyunların (məs, kim uddu?) hazırlanması və s. misal göstərmək olar.

İF funksiyası məntiqi funksiyalar, ümumiyyətlə, bütün funksiyalar içərisində ən geniş istifadə edilən funksiyalardan biridir. Tələbələrin biliklərinin yoxlanması üçün elektron testlərdən istifadə etmək mümkündür.

Elektron test vəsaitinin hazırlanması aşağıdakı mərhələləri əhatə edir:

  1. Birinci mərhələdə müxtəlif bölmələr üzrə test sualları və cavab variantları hazırlanır:
  2. Nümunədə (cədvəl 1) birinci bölmə üçün sual və cavab variantları göstərilib.

1

Cədvəl 1

Daha sonra cavablar üçün sahə yaradılır. Bu sahədə hər bir test sualının cavab variantını tələbə daxil edir. (cədvəl 2). Məs. birinci sualın cavabı üçün A,  İkinci sualın cavabı üçün B və s. bu ardıcıllıqla cavabları yazır.

2

Cədvəl 2

Verilmiş cavabların doğru və ya yanlış olduğunu başqa cədvəldə görə bilərik. Bu cədvəldə hər bir sual üçün İF funksiyasından istifadə etməklə formula qurulub:  (Cədvəl 3)

3

Cədvəl 3

IF funksiyası hər hansı bir şərtə (logical_test) əsaslanaraq şərt düz olarsa bir (value_if_true), səhv olarsa başqa bir əməliyyatı (value_if_false) yerinə yetirir.

Məsələn, A1 ünvanında 1 və ya 2 yazıla bilər. A2 ünvanında isə A11 olarsa «one», 2 olarsa «two» yazılmalıdır. A2 ünvanında belə bir düstur yazılır:

=IF(A1=1,”one”,”two”)

İkinci əməliyyatın yerinə yenidən IF funksiyasından istifadə etmək olar məs.:

=IF(A1=1,”one”, IF(A1=2,”two”,IF(A1=3,”three)))

 Məs. birinci sual üçün bu funksiyadan istifadə etməklə formula aşağıdakı kimi yazılıb:

 =IF(Sheet4!F4=”A”,”doğru”,IF(Sheet4!F4=” “,””,”yanlış”))

Başqa bir cədvəldə (Cədvəl 4) cəmi sualların sayi, doğru, yanlış və cavabsız sualların sayı görünür.

4

Cədvəl 4

 STATİSTİCAL  kateqoriyaya aid olan COUNT funksiyası seçilmiş diapazonda ədədlər olan xanaları  sayır. Tutaq ki, A1, B1, C1  xanasına mətn, A2, B2, C2 xanalarına ədədlər yazılıb. =COUNT(A1:C2) funksiyası bu diapazondakı ədədləri sayaraq “3” cavabını verir.

Cədvəl 4-də bu funksiya =COUNT(Sheet4!B2:B22) kimi istifadə edilib, cəmi sualların miqdarını göstərir.

Doğru cavabların sayı üçün =H2-H5-H6 formulası istifadə edilib, cəmi sualların sayından yanlış və cavabsız sualların sayı çıxılır.

STATİSTİCAL  kateqoriyaya aid olan COUNTİF funksiyası seçilmiş diapazonda axtarılan mətni və ya ədədləri  sayır.

Məsələn, A1-A5  xanalarında müvafiq olaraq 5, 4, 3,12, 5, B1-B5 xanalarında 4, 5, 7, 2, 6, C1-C5 xanalarında 4, 6,7,1,5 ədədləri yazılmışsa,

=COUNTIF(A1:C5;5) funksiyası icra edildikdə, nəticədə 4 alınacaq. Yəni bu diapazonda 4 sayda “5” var.

Cədvəl 4-də yanlış cavabların sayı üçün =COUNTIF(B1:B7,”yanlış”) funksiyası istifadə edilib. Burada yanlış cavabların sayını cədvəl 3-dən sayıb göstərir.

STATİSTİCAL  kateqoriyaya aid olan COUNTBLANK funksiyası seçilmiş diapazondakı boş xanaları sayır. Məs. A1:C2 diapazonunda A2, B1,C1 xanaları boş olarsa, =COUNTBLANK(A1:C2) funksiyasının qiyməti 3 olar.

Bu funksiyadan istifadə edərək cavabsız sualların sayı  =COUNTBLANK(B1:B7) funksiyası ilə hesablanıb. Yəni cədvəl 3-dəki boş xanalar sayılib.

İkinci bölmənin suallarına keçib-keçməmək haqqında məlumat görünür. Əgər doğru cavabların sayı cəmi sualların sayının yarısından çox olsa, onda  “keç ikinci bölməyə”, əks halda “Keçmədin, bir daha sına” məlumatı görünür.

5

HYPERLİNK funksiyası hər hansı sahəyə hiperistinad üçün istifadə edilir. Yuxarıdakı şəkildən istifadə etməklə bir başa müxtəlif bölmələrin suallarına bu funksiya vasitəsilə keçid etmək olar.

Nəticəni görmək, analiz etmək üçün isə aşağıdakı hiperistinad sahəsi yaradılıb.

Alınan nəticələri görmək üçün  HYPERLİNK funksiyasından istifadə edilib:

6

Test proqramının hazırlanması qaydasınl hissələrlə göstərdik. Ümumiyyətlə, bu cədvəllərin yerləşdiyi sahəni  aşağıdakı şəkillərdə görə bilərsiniz. (Şəkil 1, Şəkil 3)

7

Şəkil 1. Test suallarının siyahısı, cavablar üçün cədvəl və nəticəyə müraciət

 Şəkildə görünənlər Exsel kitabının bir vərəqində hazırlanıb. Cavablar cədvəli parolla qorunur. Yəni ona parolu daxil edərək cavabları yazmaq olar. Vərəqin digər hissələri kənar müdaxilədən tamamilə qorunub. Qorunma aşağıdakı qaydada aparılıb:

Cavablar cədvəliinə aid olan diapazon seçilərək, TOOLS → PROTECTİON → ALLOW USERS TO EDİT RANGES əməliyyatlar ardıcıllığı yerinə yetirilərək, açılan pəncərədən (şəkil 2,a)  NEW əmri verilir. Açllan növbəti pəncərədən (şəkil 2,b) Title (başlıq), Refers to cells (seçilmiş xanalar diapazonu), Range password (müraciət parolu) sahələri doldurulur OK əmri verilir. Parol yenidən təkrarlanir, OK əmri verilir. Növbəti açılan pəncərədən (şəkil 2,c) Protect Sheet  əmri verilərək, seçilən diapazondan kənarda qalan xanaları müdaxilədən tamamilə qorumaq üçün parol daxil edilir, təkrarlanır.

şəkil 2,a(a)  

şəkil 2,b

(b)

şəkil 2, c

Şəkil 2.(c)

11

Şəkil 3. Nəticəyə baxış cədvəlləri

Bu hissə Excel kitabının başqa bir vərəqində hazırlanıb. Bu vərəq də qorunur. Bunun üçün TOOLS → PROTECTİON → PROTECT SHEET əməliyyatlar ardıcıllığından istifadə edilib. Açılan pəncərədən (şəkil 4) müvafiq qorunma parametrləri seçilir  və parol daxil edilərək, təkrarlanır. Bütün vərəq kənar müdaxilədən qorunmuş olur.

12

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması