Exceldə İF funksiyası 3

Mesaj qutuma gələn müraciətləri nəzərə alaraq nisbətən asan və vacib mövzulara da yer ayırmaq istəyirəm. Bu yazımda İF şərt funksiyası haqqında yazacam. İF şərt funksiyası bir şərtin yoxlanılması zamanı istifadə edilir. Şərtin doğru olduğu zaman bir əməliyyatın icra edilir, səhv olduğu zaman isə digər əməliyyat yerinə yetirilir. 

Funksiyanın sintaksisi =IF(şərt;”şərtin düzgün olduğu zaman icra edilən əməliyyat”;”şərtin səhv olduğu zaman icra edilən əməliyyat”)

Fərz edək ki,  bizə şagird adları və onların qiymətləri verilmişdir. Şagirdlərin aldığı qiymətə görə onların imtahandan keçib – keçməməsi durumunu müəyyən edəcəyik. Belə ki, 2 qiyməti alanlar imtahandan keçməyəcək, 2 dən böyük qiymət alanlar isə imtahanı keçmiş hesab ediləcəklər. Bunun üçün aşağıdakı əməliyyatları yerinə yetirək.

C2 xanasının üzərinə gəlib =IF(B2>2;”Imtahanı keçib”;”İmtahanı keçməyib”) düsturunu yazaq və eyni düsturu aşağı xanalara da şamil edək.

1 2 3 4

Beləliklə, İF şərt funksiyasını öyrənmiş olduq.

#BilikPaylashdiqcaArtar

Müəllif: Nahid Nəsirov
Blog: nahidnesirov.wordpress.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması