Word 2007, 2010, 2013 mətni necə gizlədək 1

Salam Compboard oxucuları. Səhər sübdən ingilis dilli saytların birində Microsoft Word ilə bağlı maraqlı bir məqalə oxudum. Məqalənin məzmunu ofis işçilərinin ayrılmaz alətinə çevrilmiş MS Word-də necə müəyiyən mətni gizlətmək olduğundan danışır. Həmən məqaləni sizə təqdim edirəm.

İlk öncə redaktə etmək istədiyiniz Word faylını açırıq. Aşağıdakı şəkil fraqmentində mənim təqdim etdiyim misal olacaqdır.

word-text[1]

Qizlətmək istədiyiniz mətni seçirik və siçanın sağ düyməsini üzərində klik edərək Font (Шрифт) seçirik.

right-click-font[1]

Açılmış Font (Шрифт) pəncərəsində Effects (Видоизменение) bölməsinin altında Hidden (скрытый) bəndini tapırıq və işarə qoyub aktivləşdirik.

font-hidden-word[1]

Ok düyməsini sıxdıqdan sonra paraqraf (seçdiyim mətn) yoxa çıxdı. Əslində o heç bir yerə itməyib.

hidden-paragraph-word[1]

Ağlıma gələn ilk sual o oldu ki, bəs görəsən mən həmən gizlənmiş paraqrafın üzərində bir mətn yazsam nə olar? Bunu yoxlamaq üçün yuxarıda gizlətdiyim paraqrafın həmən üstündən başladım yeni mətn yazmağa.

overwrite-hidden-text[1]

Bunu anlamaq üçün əvvəlki proseduru yenidən həyata keçirərək mətni gizlilik xassəsindən çıxrdırıq. Ən asan yolu bütün mətni CTRL + A düyməsi ilə seçirik, siçanın sağ düyməsini üzərində klik edirik və Font bəndinin önündəki işarəni götürüb Ok düyməsini sıxırıq.

viewhiddentext[1]

İndi gizlətdiyimiz mətn artıq faylda görünür. Lakin həmən mətn öz yerində deyil və yerini dəyişərək yenicə yazdığımız paraqrafın altına düşüb. Bəs necə edək ki, gizli mətn öz yerini dəyişməsin.

view-hidden-text[1]

Bunun üçün Word-ün alətlər panelində  Show/Hide Paragraph Marks düyməsi vardır. Mətni yenidən gizlədib ona klik etsək, gizlətdiyimiz paraqraf görsənmiş olacaqdır.

show-hide-paragraph-marks[1]

Artıq görünən gizli mətnin həm üst həmdə alt hissəsində rahatça paraqraf artırmaq mümkündür.

Mətnin necə gizlətməsi haqqında danışdıqdan sonra, növbəti başlıqda həmən faylın çapından bir az danışaq.

Gizli mətnin çapı

Gizli mətnin çapı üçün ilk öncə daxil olmalıyıq Print pəncərəsinə. Bunun üçün File (Файл)– Print (Печать) kimi keçirik və aşağıda yerləşən Page Setup (Параметры страницы) keçidini klikləyirik.

page-setup-word[1]

Açılmış Page Setup (Параметры страницы) pəncərəsində Paper (Размер бумаги) alt pəncərəsinə daxil oluruq və Print Options (Параметры печати…) düyməsinə klik edirik.

page-setup-options[1]

Word Options (Праметры Word) pəncərəsində sol sütündakı Display (Экран) menusuna keçib Print hidden text (Печать скрытого текста) yazısını aktiv edirik.

print-hidden-text[1]

Əgər əksinə, siz hər hansısa bir gizlədilmiş mətni çapa vermək istəmirsinizsə, o zaman Print hidden text (Печать скрытого текста) bəndinin önündən işarəsi götürülməlidir.

Məqalə ilə bağlı suallar və təklifləri aşağıdakı formamızdan bizə ünvanlaya bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması