Excel-də üst xana başlıqlarında rəqəmləri necə hərflərə qaytarmalı 6

Bir neçə gün əvvəl iş yoldaşıma email vasitəsi ilə excel sənəd almışdır. Lakin həmən Exceldə üst xana başlıqları yan başlıqlar kimi rəqəmlə işarələnmişdir. Biz bir müddət ayarlarda axtardıqdan sonra məsələnin nə olduğunu anladıq.

Əgər məsələnin nə olduğunu anlamadınızsa, o zaman aşağıdakı şəklə diqqət yetirin. Soldakı şəkildə bütün Excel-lərin normal açdığı başlıqlardı yəni Hərf başlıqlarlı. Belə olduğu təqdirdə xanalara daxil edilən formulalar biz öyrəşdiyimiz kimi əks olunur. Sağdakı şəkildə isə, həm başlıq həmdə yan tərəflər rəqəmnən işarələnib. Bu zaman formulalarda tamamilə fərqli olur və əksər istifadəçilər formulalarda çətinlik çəkirlər.

excel_column_style1

Həlli aşağıdakı kimidir:

Excel 2003 versiyasında ilk öncə Сервис -> Параметры kimi keçirik, sonra Общие alt pəncərəsində “Стиль ссылок R1C1” bəndin önündəki işarəni götürürük.

excel_column_style_edit_2003

Excel 2010 versiyasında Файл -> Параметры kimi daxil olduqdan sonra, sol sütünda Формулы menyusununun üzərinə klik edib, sağda açılmış ayarlarda eynilə “Стиль ссылок R1C1” bəndin önündəki işarəni götürürük.

excel_column_style_edit_2010

Nəticədə siz R1C1 formasından qurtulmuş oldunuz.

+Bonus

Əgər siz dostlarınız və iş yoldaşlarınız qarşısında dahada bilikli və qeyri-adi görsənmək istəyirsinizsə, o zaman aşağıdakı üsulu sadəcə əzbərləyin.

– Klaviaturada Alt+F11 düymələrini sıxırıq
– Sonra Ctrl+G düymələrini
– Aşağıdakı xanaya: Application.ReferenceStyle=xlA1 əmrini yazıb Enter düyməsini sıxırıq.

Əvvəlki vəziyyətə qaytarmaq üçün isə, Application.ReferenceStyle=xlR1C1 əmrini daxil edirik.

P.S. Əziz dostlar bildiyiniz və qarşılaşdığınız məlumatı bizimlə paylaşın və ya bir başa saytımızda dərc edin.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması