Web Səhifəniz Üçün Ping Xidmətləri 0

Ping Nədir

Web səhifənizdə yeni açdığınız mövzular axtarış mühərriklərinin botları tərəfindən gec ziyarət edilirsə və çox gec indexlənirsə əl ilə botları çağırmaq üçün (Ping Websites) pulsuz ping xidmətlərindən istifadə edə bilərsiniz.

Bəzən saytınızda nəşr olunan mövzular kopyalanır və başqa saytlarda nəşr edilir. Əgər botlar saytınızı gec ziyarət edərsə məzmununuzu kopyalayan sayt sizdən öncə indexlənir və ilk sırada çıxar. Bu problemlərlə daha çox yeni saytlar qarşılaşır. Köhnə və köklü saytlar axtarış mühərrikləri tərəfindən davamlı ziyarət edildiyi üçün ping xidmətlərinə ehtiyac yoxdur.

Çox sayda ping xidmətlərindən istifadə etməyinizi tövsiyə etmirik. Həddindən artıq bot göndərmək saytınıza zərər verə bilər. Lakin yazılarınız çox gec index alırsa aşağıda verəcəyimiz ping xidmətləri siyahısından istədiklərinizi istifadə edə bilər və yazılarınızın daha qısa zamanda sürətlə indexlənməsini təmin edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması