Tor Brauzeri – qarşılayın! 0

Salam dostlar. Rusya araşdırmalar mərkəzinin rəyinə əsasən 80% ofis işçiləri internetdə işdən başqa müxtəlif saytlarda serfinq edildiyini bəyan etmişdilər. Bunun da səbəbi olaraq iş keyfiyyətinin digər illərdən müqaisədə aşağı düşdüyünü vurğulamışdılar.

Demək olar ki, Bakıda da əksər böyük və orta şirkətlərdə müxtəlif sosial şəbəkələrə giriş qadağası qoyulub. Hətta elə olur ki, heç normal olaraq internetdə serf etmək belə mümkün olmur.

Bunun həllini bir qrup entuziast proqramçılar tapdılar. Və həlli sadəcə interfeys cəhətdən ilk öncə Mozilla Firefox brouzerini xatırladan amma xüsusi modifikasialı bir brouzerin – Tor brouzerini yaratmaqda oldu.

THS-4[1]

İlk öncə vikipediadan “Tor“-un nə olduğunu anlayaq:

Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir.

Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun.

Onuda qeyd edim ki, ofis idarə heyyətinin müxtəlif bahalı qadağanedici serverlərin alışını puç edən bu brouzer tamamilə pulsuzdur. Hətta bir maraqlı məlumati da diqqətinizə çatdırım: Rusiya Federasiyasını Daxili İşlər Nazirliyi bu sistemi sındırmaq üçün konkurs elan edib. Beləki, sındırılması sübüta yetirən məlumat nümunələrin təqdim olunduğu təqdirdə həmin şəxsə 3,9 mln rubl (təq: 87 961.28 azn) məbləğində pul mükafatı veriləcəkdir.

Tor Brouzerini siz aşağıdakı linklərin birinə klik edərək yükləyə bilərsiniz:

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

3 şərh

  1. Bu proqram yüklənmir. Başqa bir yolu varmı ? Bəzi işçilər onu komputerdə hansısa bir yerdən açıb istifadə edib sonra bağlaya bilirllər elə bir yol varmı ?

    1. Bu yeganə brouzer proqramıdır ki, komputerə sazlamaq gərəkdirmir. Əgər proqram yüklənmirsə, o zaman hər hansı bir digər komputerdən (internetə girişi məhdud olmayan) bu proqramı yükləyib flash Card-a yükləyin sonra isə birbaşa oradan istifadə edin. Bundan başqa siz saytlara ssl protokolu iləq daxil olun: Məsələn, əgər facebook saytına daxil olmaq istəyirsinizsə, o zaman brouzerin ünvan sətrinə https://facebook.com daxil edin və yoxlayin.

  2. Humay

    Zehmet olmasa mene tor brauzer haqqinda genis melumat verin.Referant yazmaliyam.

Şərh forması