Google Chrome Haqqında 0

Google_Chrome_icon_(2011)[1]Böyük ehtimalla siz Google Chrome-dan istifadə etmisiniz . Bəlkə , elə indi də Google Chrome istifadə edirsiz.Google Chrome-dan çox istifadə edirik , bəs onun haqqında nə qədər bilirik?

Google Chrome (Google Xrom) Google tərəfindən yaradılan açıq-qaynaqlı İnternet brauzeridir. Chromium Google Chrome arxasındakı açıq qaynaq kodlu layihəyə verilən addır.

Microsoft Windows üçün inkişaf etdirilən beta versiyası 2 Sentyabr 2008 tarixində, 43 fərqli dildə istifadəyə verilmişdir. Daha sonra Mac OS X və Linux versiyaları da istifadəyə verilmişdir.

Tarixi

Rəsmi çıxış tarixi 3 sentyabr 2008 olan bu yeni brauzerin xüsusiyyətlərini və səbəbini açıqlayan, Scott McCloud tərəfindən yaradılan karikatura jurnalistlərə və bloglara göndərilmişdir. Avropa üçün hazırlanan kopyalayar Philipp Lenssennin Google Blogoscopedda verilmişdir. 38 səhifəlik karikatura 1 Sentyabr 2008 tarixindən etibarən səhifələrində yer almaqdadır. Dərhal ardından Google, Google Books adıyla karikaturaları öz saytında yayımlamağa başladı və rəsmi blogunda bundan bəhs etdi.

Dizayn

İlk öncə dizayn məqsədləri, mövcud olan brauzerlərin arasında təhlükəsizliyi inkişaf etdirmək, sürət və dayanıqlılığı təmin etmək. Bunlarla yanaşı, geniş bir istifadəçi interfeysi dəyişməsi edilmişdir.Chrome, Google və Netscape kimi digər üçüncü tərəf proqramlardan ibarət olan 26 fərqli kod kitabxanasında yaradılmışdır.

Təhlükəsizlik

Chrome periodik olaraq iki ədəd qara listəni (phishing və malware) yeniləməkdədir.Və istifadəçilər zərərli saytları ziyarət etməyi yoxlayanda onları xəbərdar edər. Bu xidmət digər istifadəçilər tərəfindən, “Google Safe Browsing API” adıyla xatırlanan cəmiyyətə açıq sahə vasitəsiylə istifadə edilir.

Görünüşü

İstifadəçi interfeysi əsas olaraq geri, irəli, yenilə, saytlar, get və ləğv seçimləri daxildir. Bu seçimləri Safari ilə bənzərdir. Parametrləri isə İnternet Explorer 7 / 8 ilə oxşardır.pəncərəni bağlama düymələri isə Windows Vistya əsas alınmışdır.

Qiymətləndirmə

“The Daily Telegraph” yazarı Matthew Moore, proqramı ilk yoxlayanlardan biri olaraq bu qiymətləndirməyi etmişdir:” Google Chrome göz oxşayan, sürətli və təsirli yeni xüsusiyyətlərə malik lakin hələ Microsoftu təhdid edən bir rəqib deyil“

Microsoft’dan edilən şərh: “Chrome tərəfindən gələn hədəni ciddiyə almırıq” və “bir çox insanın İnternet Explorer 8-i seçəcəyini təxmin edirik”

Opera Software: “Chrome, ən böyük tətbiq platforması olaraq İnternetdə güclənəcəkdir.”

Mozilla isə Chromenin veb brauzer bazarına girməsinin sürpriz olmadığını və Chromenin Firefoxun rəqibi olma kimi bir hədəfi olmadığını bildirib.

CompBoard-dan yuxarıdakı məqaləyə əlavə olaraq Google Chrome brauzerinin gizli amma çox faydalı sirlərini sizlərə təqdim edir.

1. Müxtəlif saytlara daxil oluruq və bezdirici reklamlar bəzən olur ki avtomatik olaraq açılır və həmən saytı bağlaya bilmədiyimiz üçün Google Chrome-u bağlamalı oluruq. Necə edək ki, bağlanmayan reklam xarakterli saytı bağlayaq və bu bizim işimizə zərər yetirməsin? Cavabı çox sadədir. Klaviaturada ilk öncə Shift sıxırıq sonra isə Esc düyməsini. Belə bir pəncərə açılacaqdır:

Диспетчер задач - Google Chrome

İndi isə bağlaya bilmədiyimiz saytın üzərinə klik edək və Зaвершить процесс düyməsini sıxaq. Vəssalam Google Chromu bağlamadan spam saytından qurtulduq.

2. Google Chromun görünməyən ayarlar pəncərəsi vardır. Bu pəncərəni açamaq üçün saytları daxil etdiyimiz url sətrinə chrome://flags/ daxi edin və enter düyməsini sıxın. Diqqət: Bu səhifədə dəyiklik etməniz üçün ən azından kmputer haqqında yaxşı bilikləriniz olmalıdır. Bu sizin təhlükəsizliyinizlə bağlıdır. 

3. Ctrl+Shift+N düymələrini sıxaraq Google Chrome-da gizli işləmək imkanından yararlanmaq olar. Bu nədir? Deyək ki, siz müvəqqəti olaraq ümumi istifadə olan komputerdə, təhlükəsizliyi şubhə doğuran hər hansı bir komputerdə işləyirsiniz və işlədiyiniz dövr ərzindən daxil olduğunuz saytların, daxil etdiyiniz şifrələrin, loqin adlarınızın və s. yaddaşa yazılmamasını istəyirsiniz. O zaman Ctrl+Shift+N – İnkoqnito Rejimi sizin üçün ən ideal variantdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması