WordPress CMS-in Denwer lokal serverinə quraşdırılması 0

Bir neçə gün əvvəl Denwer lokal serveri haqqında geniş məlumat yazmışdıq. Bu gün isə geniş yayılmış sayt işlətim sistemi olan WordPress sisteminin lokal serverdə qaldırmağa çalışacağıq. Yeri gəlmişkən saytımız sözügedən sistemdə işləyir. Bəyəndiniz? 😉

Əksər vebmasterlər sistemləri, onlar üçün nəzərdə tutlmuş plaqinləri (genişləndirilmələr) lokal serverdə test edirlər. Denwer başlayan vebmasterlər üçün həqiqətəndə əvəzedilməz alətdir.

Əgər sizin Wordpress sistemində artıq saytınız vardırsa, o zaman siz lokal serverdə quraşdırdğınız WordPress kopyasında müxtəlif plaqinləri və mövzüları test edə bilərsiniz. Real internetdə olan WordPress saytında plaqinlərin test edilməsi təhlükəlidir – plaqin xətası sizin saytınızın dayanmasına səbəb ola bilər. 

Sözü çox uzatmadan gəlin başlayaq:

I WordPress sisteminin Denwer lokal serverinə quraşdırılması

Ilk öncə WordPress-in təzə azəri dillində olan versiyasını http://az.wordpress.org/ linki ilə keçərək yükləyək. Denweri işə salırıq. Bunun üçün iş stolunda «Start Denwer» keçidinə iki dəfə klik edək. «Z» virtual diskində home qovluğuna daxil oluruq. Bu qovluğun içində yeni bir qovluq yaradırıq. Mən qovluğun adını sayt adı kimi yaratdım mysite.test. Yaratdığımız qovluğu açırıq və içərisində www adlı yeni qovluq yaradırıq. Yüklədiyimiz WordPress sistemini arxiv faylından çıxardıb bu qovluqa kopyalıyaq. Unutmayın www qovluğunun içərisində bir qovluq yox, bir neçə qovluqlar və fayllar olmalıdır.установка вордпресс на денверSistem fayllarını düzgün kopyaladıqdan sonra verilənlər bazasını yaratmaq lazımdır.

II Denwerdə verilənlər bazasının yaradılması

Brouzerdə http://localhost/Tools/phpMyAdmin daxil edirik və Enter düyməsini sıxırıq. Açılacaq phpMyAdmin paneli ilə siz bütün sistemlər üçün verilənlər bazası yarada bilərsiniz. WordPress sistemidə verilnlər bazası ilə işlədiyi üçün bizdə bu bazanı yartmalıyq.

«Базы данных» menusuna keçərək baza yaradaq. Burada mütləq «utf8_general_ci» kodirovkanı seçirik. Bütün xanaları doldurdukdan sonra «Создать» düyməsini sıxmağı unutmuruq. Baza yarandıqdan sonra verilənlər baza istifadəçisi adını yaratmaq lazımdır.
база данных

III Verilənlər bazası istifadəçi adının əlavə edilməsi

Susmuş halda Denverdə super istifadəçi adı «root» kimi yazılıbdır. Şifrəni ümumiyyətlə yaratmasanızda olar. Amma istifadəçi yaratmamız yaxşı olardı.

Deməli, «Пользователи» menusuna daxil oluruq, sonra isə «Добавить пользователя» klik edib, formanı doldururuq.

добавление пользователяAşağıda formada «Отметить все» seçirik. Bu funksiya istifadəçi hesabının verilənlər bazası üzərində hansı imtiyazlara sahib olduğunu göstərir.
создание пользователя1

IV wp-config.php faylının redaktəsi

İndi ən önəmli məsələlərdən biridir. Tapşırığımız WordPress sistemini verilənlər bazası ilə “görüşdürməmiz” lazımdır. WordPress sistemində bütün ayarlara çavab verən wp-config.php faylı vardır.

Deməli, WordPress fayllarını arxivdən çıxartdığımız yerə daxil oluruq. wp-config-sample.php faylını tapaq və sadə mətn redaktoru ilə faylı açaq. Mənim məsləhətim Notepad++ proqramından istifadə edərək aşağıdakı əməliyyatları aparmağınız olacaqdır.

Faylı açırıq və şəkildə göstərdiyimiz kimi məlumatları daxil edirik:

  • Verilənlər bazasının adıdnı (məndə mysite.test).
  • Verilənlər bazası istifadəçisi (çaşmamaq üçün mən baza adı ilə istifadəçi adını bir yazmışdım mysite.test).
  • Şifrə (baza yaradərkən «1234» təyin etmişdim).

редактирование файла wp-config

Daha heçnəyə toxunmuruq. Sonra Notepadda «Файл» menyusuna klik edib – «Сохранить как» bəndini seçirik. Sizdən yeni faylın adını seçməyini tələb edəcəkdir. Yeni adı wp-config.php yazıb həmin qovluqda yaddaşa veririk.

İndi ən vacib an! Denwer sistemini yenidən sondürüb işə salmalısınız. Bunun üçün iş stolunuzdakı «Restart Denwer» keçidinə iki dəfə klik edək.

V Denverdə olan sayta necə daxil olaq?

Lokal server uğurla yenidən işə düşdükdən sonra brouzerimizə dail oluruq və əvvəlcə yaratdığımız qovluq adını daxil edirik – mysite.test. Uraaa! WordPress-in veb quraşdırma səhifəsi işə düşdü! Gəlin dolduraq:

  • Заголовок сайта – Saytın adı.
  • Пользователь – istifadəçi. Mən «admin» yazdım. Real hostingdə «admin» adı məsləhət görülmür. Belə saytları daha tez sındırmaq olar.
  • Пароль от админ. – Admin paneli üçün şifrə. Verilənlər bazası üçün təzin etdiyiniz şifrə ilə fərqli olmalıdır.
  • Ürəyiniz istədiyi email ünvanını daxil edirik.
  • Приватность. Lokal server üçün bu funksiya ümumiyyətlə heç lazım deyil.

установка вордпрессArdından «Установить WordPress» düyməsini sıxırıq.
установкаBir neçə dəqiqə əvvəl daxil etdiyimiz login və şifrəni daxil edib daxil oluruq WordPress admin panelinə.
войти в админ.панель админ.панель
Vəssalam! Admin panelinizə xoş gəlmisiniz! Gələcəkdə admin panelinizə daxil olmanız üçün sizinsayt.com/wp-admin/ ünvanı kimi brouzerdə yazaraq daxil ola bilərsiniz.

Əgər WordPress panelində ilk dəfəsinizsə o zaman onu öyrənməkdə, yox əgər bilirsinizsə o zaman test etməkdə sizə uğurlar arzulayıram! Unutmayın bilik paylaşdıqca artan sərvətdir.

P.S. Bu material rus dilindən CompBoard saytı üçün tərcümə olunmuşdur. Öz veb resursunuzda yerləşdirə bilərsiniz. Amma müəlliflik hüququmuzu sizin vicdanınız qoruyur.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması