Denwer – başlayan vebmasterlər üçün əvəz edilməz alət 0

Əksər vebmasterlər Denwerin nə olduğunu gec-tez öyrənməyə çalışırlar. Təsüflər olsun ki bu proqram haqqında azərbaycan dilində məlumat yoxdur. Bu məqalədə proqram haqqında geniş məlumat verəcəyik.

Denwer – adi komputerlərə çox asanlıqla quraşdırılan lokal serverdir. Proqram serveri sadə komputerlərdə imitasiya etmək üçün hazırlanmışdır ki, bu da komputerinizdə saytları və bloqları internetə çıxış olmadan işə sala bilərsiniz. Bir sözlə siz komputerinizin yaddaşında hosting qaldıra bilərsiniz.

Onuda qeyd etmək lazımdır ki, işə salacağınız saytlar ancaq lokal maşında işləyəcəkdir. Saytları tam hazır etdikdən sonra isə onu artıq onlayn olaraq real hostingə köçürtmək olar.

Bununlada nəticəyə gəlmək olar ki, Denwer vebmasterlər üçün işlərini asanlaşdırmaq üçün ən ideal alətdir. 

Denwer-də yaradılmış sayt real hostingdəki saytlardan ancaq sonuncunun qlobal internetdə çıxışı ilə fərqlənəcəksir. Yuarıda qeyd etdiyim kimi öz komputerinizdəki bütün layihələri hostinqə asanlıqla köçürə bilərsiniz.

Bir momenti də qeyd etmək olar ki, Denwer həmişə hərəkətdə olanlar üçün əvəz edilməz bir proqramdır. Siz proqramı flesh card-ınıza quraşdırıb müxtəlif komputerlərdə işə sala bilərsiniz.

Denwer-in quraşdırılması

Proqramı yükləmək üçün rəsmi veb səhifəyə daxil olun və proqramı asanlıqla yükləyin http://www.denwer.ru/base.html. Bunun üçün saytda qeydiyyatdan keçməlisiniz və qeydiyyat zamanı göstərdiyiniz email adresinizə proqramın yükləmə linki göndəriləcəkdir.

Proqramı yüklədikdən sonra üzərinə iki dəfə klik edərək işə salın.

1

Proqram quraşdırılması həqiqətndə çox asan bir prosesdən ibarətdir. Yükləmə prosesi «Enter» düyməsinə klik edərək davam edin. Yeni açılmış pəncərədə serverin hansı qovluqda yerləşəcəyini seçirik. Susmuş halda C:\WebServers qovluğuna quraşdırılacaqdır. Prosesi davam etdirmək üçün «Enter» düyməsinə sıxaraq davam edirik. Вы действительно хотите начать установку Denwer в данную директорию? sualına — klaviaturada «y» düyməsinə  sıxaraq davam edək.

2
Sonra komputerdə virtual disk yaranacaqdır. Bu disk məhs sizin üçün hosting rolunu oynayacaqır. Burada sizin yaradacağınız bütün saytlar yerləşəcəkdir. Yenədə  «Enter» düyməsinə sıxaraq və virtual diskə hərf təyin edirik. Məsələn, «Z» hərfi və «Enter» düyməsinə klik edirik.

3
«Enter» düyməsinə sıxaraq faylların kopyalanmasına başlayırıq. Sonra sizdən lokal serverin komputerdə başlatma variantını seçirik. Susmuş halda məsləhət görülmüş «1-ci» variantı seçirik, bunun üçündə 1 düyməsindən sonra – «Enter» düyməsinə sıxırıq.

4
Quraşdırma pəncərəsi sizdən proqramın keçidlərini (yarlık) yardılmasını soruşacaqdır. Standart olaraq 3 keçid yaradılmalıdrı ki, bu da serverin başladılması, serverin dayandırılması və yenidən başladılmasıdır. Klaviaturada Y düyməsinə klik edərək davam edirik.

5

Bu etap Denwer-in quraşdırılmasının sonuncu mərhələsidir. Avtomatik olaraq brouzer açılacaqdır ki, burada server ilə istifadə qaydaları öz əksini tapmışdır.

Denwer serverinin test edilməsi

Lokal serverinizi işə salmaq üçün ekranda yaranmış «Start Denwer» keçidinə klik edin. Bir müddət terminala bənzər pəncərə açılacaqdır və treydə proqramın işarələri yaranacaqdır: qara papaq və çəhrayi lələk.

6

Brouzeri açırıq və http://localhost, yazırıq və  «Enter» düyməsini sıxırıq. Əgər hərşey düzgün quraşdırılıbsa o zaman siz «Ура, заработало» səhifəsini görəcəksiniz. Bu səhifə Denwer-in uğurla quraşdırıldığını göstərir.

7

8

 

Denwer-ə daxildir:

  • Apache, SSL, SSI, mod_rewrite, mod_php.
  • PHP5 – GD, MySQL, sqLite dəstəyi ilə.
  • MySQL5 transakciya dəstəyi ilə.
  • Virtual hostların idarəetmə paneli.
  • phpMyAdmin — veb interfeysdən MySQL darəetmə paneli.
  • sendmail və SMTP-server emulyatoru; PHP, Perl, Parser dəstəyi.

Növbəti məqaləmizdə WordPress sistemini Denwer lokal serverində necə quraşdırılmasını araşdıracayıq. Bizimlə qalın!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması