Flash Player-in komputerə quraşdırılması 0

Bu məqaləmizdə komputerə flash playerin necə quraşdırıldığnı göstərəcəyik. Burada tək brauzer üçün nəzərdə tutulmuş Flash Player Plugin və ActiveX Control kimi artırmaları deyil, offline olaraq bu tip proqramın qurulması və swf flash faylların oxudulmasını izah edəcəyik.

Flash özlüyündə çox böyük həcmdə olmamasına baxmayaraq, bugünkü gündə brauzerdən tam şəkildə istifadə etmək üçün – videoya baxmaq, müxtəlif mini-oyunların oynanılması, interaktiv işlərin aparılması və s. – lazımdır.

Flash-ın brauzerlər üçün quraşdırılması

Müxtəlif müasir brauzerlər üçün flash oynatıcının yüklənməsi Adobe şirkətinə məxsus olan link aşağıdakı kimidir:

http://get.adobe.com/ru/flashplayer/

Linkə klik etdikdən sonra, açılmış veb səhifədə fləş oynatıcının yüklənməsi üçün kompleks yükləmə təlimatı olacaqdır. Aşağıdakı ekran şəkilində görüldüyü kimi ilk olaraq birinci dairədə göstərilən işarəni götürük (bizə Adobe tərəfindən təqdim olunan McAfee antivirusudur) və aşağıda sağ tərəfdə yerləşən düyməni sıxırıq. Fləş oynatıcı proqramı yüklənməyə başlayır.

flsh

Flash yükləndikdən sonra üzərinə iki dəfə klik edirik və açılmış pəncərədə “Далее” düyməsinə sıxırıq:

11

Yüklənmə prosesi başlanacaqdır və avtomatik olaraq komputerinizə quraşdırılacaqdır:

 

ustanovka-adobe-flash-player[1]

Завершить” düyməsini sıxdıqda sonra növbəti pəncərədə flash player-in gələcəkdə özü avtomatik olaraq yenilənib-yenilənməməsini seçirik:

Skachat-Adobe-Flash-Player[1]

Onuda qeyd etmək lazımdır ki, Google Chrome, Windows 8-də olan İnternet Explorerdə artıq flash player susmuş halda quraşdırılmışdır. Əgər siz flash player yükləmə səhifəsinə daxil olub orada sizə bildirirlər ki sizdə flash artıq quraşdırılıb lakin siz hələmdə videoya baxa və ya oyun oynaya bilmirsiniz sə, o zaman brazuerinizin ayarlarını mütləq yoxlayın. Çox gümanki brauzerinizdə fləş artırılması dayandırılmışdır.

SWF faylların açılması

swfƏgər siz internetdə swf tipli faylların açılması üçün hər hansı sa proqram axtarırsınızsa o zaman sizə kiçik sirr açım. Bütün brauzerlədə gördüyümüz hərəkətli reklam banerləri, HTML5 texnologiyası ilə oxudulmayan bütün videolar, bütün mini oyunlar swf fləş fayllardır! Odur ki, komputerinizdə olan bütün swf fayllarını siz rahatlıqla öz sevimli brazuerinizdə açıb işlədə bilərsiniz.

Bünün üçün ilk olaraq faylın üzərində siçanın sağ düyməsinə klik edib “Свойства” seçirik:

1

 

Açılmış pəncərədə “Изменить” seçirik

2

Sevimli brauzerimizi seçib Ok düyməsini sıxırıq:

3

Flash player-in offline quraşdırılması

Əgər siz internetə çıxışı olmayan komputerə fləş playeri quraşdırmaq istəsəniz, o zaman aşağıdakı Adobe səhifəsinə keçə bilərsiniz:

http://www.adobe.com/products/players/fpsh_distribution1.html.

Bu səhifədə sizdən müxtəlif məlumatların doldurulması tələb olunacaqdır. Bu yükləmə qaydası yeganə qanuni olduğundan, sizdən proqram paketini hansı məqsədlə yükləndiyi, harda yayılacağı barədə və sair kimi suallar olacaqdır. Formanı doldurub göndərdikən sonra təqdim olunan email ünvanına yükləmək üçün link göndəriləcəkdir.

Çalışdıq fləş oynatıcının yüklənib quraşdırılmasını tam formada izah edək. Lakin bu tədbiq o qədər geniş istifadə olunur ki, onunla bağlı yaranacaq suallar bəzən sonsuz sayda görünür. Odur ki, belə suallar yarandıqda aşağıdakı formadan istifadə edərək bizimlə paylaşmanızı xahiş edirik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması