Linux Mint-də Google Chrome video oynatma problemi 0

Bu yaxınlarda çox maraqlı bir problemlə üzləşdim. Facebookda və youtube-dən başqa digər saytlarda video oynatmaq demək olar ki mümkün olmurdu: ya donurdu ya da səs qırıq-qırıq eşidilirdi. İlk öncə düşündüm ki, komputerin səs sürücüləri (drivers) və ya fləş oynatıcı sıradan çıxıb və ya yeni versiyaları ilə əvəz edilməlidir.

Sürücülər yenilənmə tələb etmədiyi halda fləş oynatıcını yenilədim. Sonra Adobe saytında oxudum ki, Google Chrome brauzeri üçün fləşin komputerdə olması vacib deyil, çünki bu funksional artıq brauzerin daxilindədir.

Məsələnin komputerdə yoxsa brauzerdə olub olmamasını digər brauzer olan Mozilla Firefox-la yoxladım. Sən demə məsələ Google Chrome-də imiş. İnternetdə uzun sürən axtarışımın nəticəsi olaraq ingilis dilli saytların birində çox maraqlı bir məqalə tapdım. Tərcümə edib sizinlə paylaşıram.

Addım 1: İlk öncə Google Chrome brazuerinin ayarlarını açmalıyıq. Bunun üçün brauzerin yuxarı sağ küncündəki işarəyə klik edirik.

11

Addım 2: Açılmış siyahıdan Settings (Настройки) bəndinə bir dəfə klik edirik.

222

Addım 3: Açılmış səhifənin ən sonuna gəlib Show advanced settings (Показать дополнительные настройки) keçidini klik edirik.

333

Addım 4: Açılmış əlavə siyahının ən sonuna keçib burdan Use hardware acceleration when available (Использовать аппаратное ускорение (при наличии)) bəndinin önündəki işarəni götürürük.

444

Və sonda Chrome brauzerini bağlayırıq və yenidən işə salırıq ki, dəyişiklər qüvvəyə minsin.

Onuda qeyd etmək istərdim ki, bu təlimat problemin 100% həlli demək deyildir, beləki, sistemin yüklü olması müəyyən proseslərin fləş tələb edən audio və ya video faylların brauzer üzərində oynatılmasında bəzi narahatçılıqlar yaşada bilər.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması