Sadələşdirilmiş verginin bəyannaməsinin hazırlanması və göndərilməsi 0

Sadələşdirilmiş verginin bəyannaməsinin (SVB) BTP proqramından istifadə etmədən alternativ üsulla – onlayn rejimdə tərtib edilərək göndərilməsi vergi ödəyicilərinin işini daha da asanlaşdırır.

Belə ki, bu zaman əlavə proqramlardan (BTP, JAVA, Acrobat Reader) istifadəyə ehtiyac yaranmır. Bunun üçün istifadəçi İnternet Vergi İdarəsindəki hesabına daxil olur və Onlayn sadələşdirilmiş bəyannamə menyusunu seçir.

Hansı üsuldan istifadə edəcəyini vergi ödəyicisinin özü müəyyən edir. Bu xidmət hal-hazırda yalnız “Sadələşdirilmiş verginin bəyannaməsi”nə aiddir. Digər bəyannamələr əvvəlki qaydada ─ BTP proqramından istifadə etməklə tərtib edilir və göndərilir(oflayn rejimdə).

Vergi orqanında qeydiyyatdan keçmiş bütün vergi ödəyiciləri proqramdan istifadə edə bilərlər.

Sadələşdirilmiş verginin bəyannaməsinin onlayn rejimdə göndərilməsi

“Sadələşdirilmiş verginin bəyannaməsi”-nin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır.

Sonra sistemə daxil olma qaydalarından (istifadəçi kodu, parol, şifrə ilə və ya “e-İmza” ilə) biri seçilir. Bölmə adlı siyahıdan  “e-Bəyannamə & ƏDV DH & ŞHV”  təyin edilir və Daxil ol düyməsi basılır.

Açılan aşağıdakı pəncərədə e-Bəyannamə -> On-line sadələşdirilmiş bəyannamə altmenyusu  seçilir.

image003[1]

On-line sadələşdirilmiş bəyannamə ekranı aşağıdakı 3 ədəd tabdan ibarətdir:

  • Ümumi məlumat;
  • Verginin hesablanması;
  • Əlavə.

Ümumi məlumat tabı Bəyannamə tərtibatı proqramın (BTP) 1-ci tabının ekranı ilə eynidir. Ekranda məlumatlar açılan düymələrdən daxil edilir.

image005[1]

Sonra Verginin hesablanması tabına keçilir  və müvafiq məlumatlar daxil edilir.

image007[1]

Əgər Əlavəni daxil etmək lazımdırsa (sadələşdirilmiş bəyannamənin əlavəsi ancaq 4-cü rüb üzrə və ya bəyannamə növü ləğv etmə olduqda daxil edilir), aşağıdakı qaydada doldurulur.

image009[1]

Bütün məlumatlar daxil edildikdən sonra Göndər düyməsi basılır. Proqram aşağıdakı sorğunu ekrana çıxardır.

image011[1]

Təsdiq üçün OK, rədd üçün isə Cancel düymələrdən biri basılır.

Bəyannamənin yoxlanılması

Bəyannamə tam doldurulduqdan və doğruluğu təsdiq edildikdən sonra, bəyannamə məlumatlarının sistem tərəfindən yoxlanılması üçün Yoxla düyməsi basılır.

image012[1]

Bu əməliyyatdan sonra bəyannamədə səhvin olub-olmaması sistem tərəfindən analiz edilir.

Bəyannamənin təsdiq edilməsi

Bəyannamə sistem tərəfindən yoxlanıldıqdan sonra,  əgər səhv yoxdursa, onun göndərilməsinin  təsdiqlənməsi üçün aşağıdakı pəncərə açılır:

image014[1]

Bu pəncərədə bəyannamə faylının vəziyyəti Təsdiq gözləyir olur. Bu o deməkdir ki, bəyannamədə səhv yoxdur və onun göndərilməsi tam hazırdır.

Bu zaman istifdəçi bəyannaməni göndərmək üçün əvvəlcə bəyannamə faylının qarşısındakı boş xananı qeyd edir və Təsdiqlə düyməsini basır.

Göndərməkdən imtina etmək üçün isə Ləğv et düyməsi icra olunur.

Təsdiqləmə əməliyyatından sonra ekrana sistem tərəfindən “Seçdiyiniz bəyannaməni təsdiqləmək istəyirsinizmi?” mesajı çıxır.

Təsdiq üçün OK, əks halda Cancel düyməsi basılır.

image016[1]

OK düyməsindən sonra təsdiqlənmiş bəyannamə məlumatları Şəxsi Hesab Vərəqəyə (ŞHV)  qeyd olunur və aşağıdakı məlumat tipli informasiya ekrana çıxır:

image017[1]

Əgər bəyannamənin yoxlanılması zamanı səhv tapılarsa, bəyannamə faylının vəziyyəti Səhv tapıldı  olacaq. Bu o deməkdir, bəyannamə məlumatlarında səhv vardır və həmin bəyannamə göndərilmək üçün hazır deyildir. Bu zaman həmin bəyannamə yenidən hazırlanmalı, səhv aradan qaldırılmalıdır.

Bəyannamədəki səhvə baxmaq üçün “Mesaj” sütunundakı zərf işarəsini tıklamaq lazımdır. Nəticədə səhvin izahı və səbəbi  ekranda əks olunacaq. İstifadəçi həmin məlumatla tanış olduqdan sonra Geriyə düyməsini basmalı və həmin bəyannaməni yenidən hazırlayıb göndərməlidir.

Bəyannamənin göndərilməsi barədə bildirişə baxmaq  üçün Bildiriş linki basılır.

Avtomatlaşdırılmış bəyannamə tərtibi

Avtomatlaşdırılmış Bəyannamə Tərtibi (ABT) proqram təminatı vergi ödəyicisinin əvvəlki vergi dövrü üzrə bəyannamə məlumatlarından istifadə edilməklə cari vergi dövrü üçün bəyannamənin əvvəlcədən avtomatlaşdırlmış tərtib edilməsi imkanı yaradır.

Avtomatlaşdırılmış Bəyannamə Tərtibi (ABT) üçün istifadəçi “İnternet Vergi İdarəsinin” Avtomatlaşdırılmış Bəyannamə Tərtibi (ABT) menyusuna daxil olur:

avto_beyenneme1[1]

I. “Yol vergisinin bəyannaməsi”nin və “Torpaq vergisinin bəyannaməsi”nin avtomatlaşdırılmış tərtibi.

Avtomatlaşdırılmış Bəyannamə Tərtibi (ABT) menyusu vasitəsilə “Yol vergisinin bəyannaməsi”nin və “Torpaq vergisinin bəyannaməsi”nin cari bəyannamələrinin əvvəlki dövr bəyannamə göstəriciləri əsasında avtomatlaşdırılmış tərtib və on-line təqdim edilməsi mümkündür.

Bunun üçün istifadəçi müvafiq vergi növü üzrə bəyannaməni işarələməklə bəyannamə hazırlanacaq dövrü qeyd etməli və “Hazırla” düyməsini sıxmalıdır.

avto_beyenneme2[1]

Vergi ödəyicisinin əvvəlki dövr üzrə bazada bəyannaməsi mövcud olmadıqda ekranda Şəkil 9-da qeyd olunan xəbərdarlıq ismarıcı əks olunur:

avto_beyenneme3[1]

Vergi ödəyicisinin bazada əvvəlki dövr üzrə bəyannaməsi mövcud olduğu halda isə sistem tərəfindən qeyd olunan dövrə Avtomatlaşdırılmış olaraq bəyannamə tərtib olunur və bəyannamə “təsdiq gözləyir” mərhələsində əks olunur.

Bu mərhələdə təsdiq gözləyən bəyannaməni “Təsdiq” və ya “Ləğv” etmək, eyni zamanda bəyannamə paketini endirərək BTP proqramı vasitəsilə bəyannaməyə lazımi dəyişikliklər etmək mümkündür.

Əlavə olaraq təsdiq gözləmə mərhələsində olan bəyannamə(lərin) sətirlərinə “Vergi məbləği” sütünu əlavə edilmişdir.

Bu xanada Avtomalaşdırılmış şəkildə tərtib edilmiş və təqdim olunma gözləyən bəyannamə üzrə hesablanmış vergi məbləğinin cəmi əks olunur.

avto_beyenneme4[1]

Vergi ödəyicisi Avtomalaşdırılmış şəkildə tərtib edilmiş və təqdim olunma gözləyən bəyannamə üzrə hesablanmış vergi məbləği ilə razı olduğu təqdirdə “Təsdiqlə” düyməsini sıxmaqla bəyannaməni vergi orqanına göndərir.

Avtomalaşdırılmış şəkildə tərtib edilmiş və təqdim olunma gözləyən bəyannamə hər hansı səbəbdən vergi ödəyicisini qane etmədikdə “Ləğv et” düyməsini sıxmaqla bəyannamə ləğv edilir.

Göndərilmiş bəyannamənin axtarışı

Bəyannamənin göndərilməsini yoxlamaq üçün bəyannamələr üzrə axtarış əməliyyatı aparılır. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusu icra olunur və aşağıdakı parametrlərə uyğun axtarış əməliyyatı yerinə yetirilir:

  • VÖEN üzrə
  • Bəyannamə növü üzrə (burada sadələşdirilmiş verginin bəyannaməsi seçilir)
  • Vergi dövrü üzrə
  • Vergi orqanı üzrə
  • Yaradılma tarixi intervalı üzrə
  • Bəyannamələrin vəziyyəti üzrə

Bu parametrlər tək-tək və ya qrup şəklində qeyd edilə bilər. Sonda  Axtar düyməsi basılır.

image019[1]

Nümunə: 1. “Bəyannamə növü”ndən Sadələşdirilmiş verginin bəyannaməsi seçilir . VÖEN qutusunu işarələyib VÖEN xanasına nömrəni yazıb Axtar düyməsini basdıqda, həmin VÖEN-ə aid yüklənən bütün bəyannamələr ekranda görünür.

Nümunə: 2. “Vəziyyət qutusunu işarələyib Səhv tapıldı kriteriyasını seçib Axtar düyməsini basdıqda ekrana təsdiqlənməyə göndərilmlş , lakin səhv tapılan bəyannamələr çıxır.

Göndərilmiş bəyannamənin bildirişinə baxış

Göndərilmiş bəyannamənin bildirişinə baxmaq üçün ilk öncə, həmin bəyannamə tapılmalıdır. Bunun üçün  e-Bəyannamə -> Bəyannamə axtar menyusu yerinə yetirilir.

image021[1]

Zərf işarəsini basdıqda həmin bəyannamənin bildiriş məlumatı ekranda əks olunur.

Etibarlı cıxış

İstifadəçi əməliyyatları başa çatdırdıqdan sonra Etibarlı çıxış menyusunu icra etməlidir. Əgər o, brouserin (İnternet Explorer və ya Mozilla Firefox) standart çıxış düyməsindən istifadə edərək sistemdən çıxarsa, o zaman 15 dəqiqə müddətində sistemə təkrar daxil ola bilməyəcək. Lakin Etibarlı çıxış ilə sistemdən çıxılarsa, istifadəçi qeyd edilən problemlə üzləşməyəcək.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması