Bütün brauzerlərdə işləyən 38 klaviatura qısayolları 6

browsersBrauzer (ing. Browser), daha dəqiq desək Veb brauzer – istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Microsoft Internet Explorer (IE), Mozilla Firefox və Safaridir.

Bu yazımızda tez-tez istifadə etdiyimiz brauzerlərdə bilmədiyimiz 38 klaviatura qısayollarının siyahısını sizə təqdim edirik.

Açıq səhifələrlə (Tabs) bağlı qısayollar :

Ctrl 1-8 – Açılmış səhifələr sırası üzrə bir-bir dəyişilməsi.
Ctrl 9 – Yerləşmə sayından asılı olmayaraq ən sonuncu açılmış səhifənin göstərilməsi.
Ctrl Tab – Özündən sağa istiqamətdə bir səhifə çevirilməsi.
Ctrl Shift Tab – Özündən sola istiqamətdə bir səhifə çevirilməsi.
Ctrl W və ya Ctrl F4 – Hal-hazırkı səhifənin bağlanması.
Ctrl Shift T – Sonuncu bağlanmış səhifənin yenidən açılması (bərpası).
Ctrl T – Yeni səhifənin açılması.
Ctrl N – Yeni brauzer səhifəsinin açılması.

Naviqasiya:

Alt Sola İşarə düyməsi və ya Backspace – Geriyə.
Alt Sağa İşarə düyməsi və ya Shift Backspace – Qabağı.
F5 – Səhifəni yeniləmək.
Ctrl F5 – Kəş yaddaşı iqnor edərək səhifənin yenilənməsi.
Escape – Yüklənməni dayandırmaq.
Alt Home – Ev səhifəsinin açılması.

Miqyaslama:

Ctrl »+» və ya Ctrl Siçanın təkərciyinin yuxarı fırladaraq – Səhifənin böyüdülməsi.
Ctrl »-» və ya Ctrl Siçanın təkərciyinin aşağı fırladaraq — Səhifənin kişildilməsi.
Ctrl 0 – İlkin vəziyyətinə gətirilməsi.
F11 – Tam ekranlı rejim.

Skrollinq:

Space və ya Page Down – Bir ekran aşağı.
Shift Space və ya Page Up – Bir ekran yuxarı.
Home – Səhifənin əvvəlinə qalxmaq.
End – Səhifənin sonuna düşmək.

Ünvan sətri:

Ctrl L və ya Alt D və ya F6 – Ünvan sətrində linkin seçilməsi.
Ctrl Enter – Avtomatik olaraq ünvan sətrinə daxil etdiyiniz yazının önünə www. və sonuna .com əlavə edilməsi.
Alt Enter – Daxil edilmiş linki yeni səhifədə açılması.

Axtarış:

Ctrl K və ya Ctrl E – Brauzerdə quraşdırılmış axtarış formasına fokuslaşdırma.
Alt Enter – Axtarış nəticəsinin yeni səhifədə açılması.
Ctrl F və ya F3 – Axtarış alətinin cari səhifədə açılması.
Ctrl G və ya F3 – Axtarış nəticələrinin növbəti dəyərinə keçmək.
Ctrl Shift G və ya Shift F3 – Axtarış nəticələrinin əvvəlki dəyərinə keçmək.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması