Şəbəkədə ping utiliti vasitəsilə yoxlamanın aparılması 1

Ping (Packet Internet Grouper) utiliti TCP/IP konsiqurasiyasının yoxlanılması və qoşulmalarda səhvlərin diaqnostikası üçün istifadə olunur. Konkret hostun əlyetərli və funksional (işə yararlı) olduğunu yoxlayır. Bu əmr local kompyuterlə şəbəkə hostu arasında F12xx02[1]əlaqənin və marşrutun olmasını yoxlayan ən səmərəli üsuldur. Host şəbəkənin digər qurğuları ilə informasiya mübadiləsi aparan istənilən şəbəkə qurğusu ola bilər (kompyuter, marşrutlayıcı, printer və s)

Ping İCMP protokolu vasitəsilə uzaqda olan hosta exo paketi göndərmək və exo-cavaba qulaq asmaq yolu ilə qoşulmanı yoxlayır. Ping göndərdiyi hər bir paketin cavabını gözləyir, göndərdiyi və aldığı paketlərin sayını çap edir. Hər bir paket uyğun olaraq göndərilən məlumatla yoxlanılır. Əgər hostla əlaqə zəifdirsə, onda ping məlumatından bəlli olacaq ki, neçə paket itkiyə gedib.

Susmaya (adətən) görə 32 baytdan ibarət 4 exo-paket göndərilir (susmaya görə olan sorgunun variantlarını dəyişmək də olar). Ping vasitəsilə paketin ölçüsünü və sayını dəyişmək, istifadə etdiyi marşrutun yazılmasının lazımlığını göstərmək, paketin yaşama müddətini müəyyən etmək (ttl), lazım olduqda paketi fraqmentlərə bölmək və s. olur.

Cavabın alınması zamanı time sahəsində göndərilən paketin uzaqda olan hosta çatdırılma və qayıtma müddətini (millisaniyə ilə) göstərilir. Belə ki, susma ilə cavabın qaytarılması müddəti 1 saniyəyə bərabərdir, onda bu sahənin bütünlüklə dəyəri 1000 millisaniyədən kiçik olacaq. Əgər siz «Request time out» (sorğu gözləmə intervalını aşıb) sorğusunu alırsınızsa, onda mümkündür ki, cavabın qayıtması vaxtını artıraq və paket uzaq hosta çatsın. Bunu w – parametri vasitəsilə etmək mümkündür.

Ping əmrini həm hostun adı üçün (DNS və ya NetBIOS), həm də hostun IP ünvanını test olunması üçün istifadə etmək olar. Əgər ping əmri IP ünvan üçün uğurla baş tutursa, adlar üçün uğursuz olursa, onda bu o deməkdir ki, uyğun ad və ünvanın tanınmasında problem var. Bu heç də şəbəkə qoşulması problemi deyil.

Ping utility aşağıdakı esullarla istifadə olunur:

1) TCP/IP -nin lokal kompyuterdə qurulmasını və düzgün işləməsini yoxlamaq üçün əks əlaqə ünvanına (loopback address) ping əmri ilə paket göndərilir:

ping 127.0.0.1

Əgər test uğurla keçirsə, onda siz aşağıdakı məlumatı alacaqsınız:

  • Reply from 127.0.0.1: bytes=32 time<1ms TTL=128
  • Reply from 127.0.0.1: bytes=32 time<1ms TTL=128
  • Reply from 127.0.0.1: bytes=32 time<1ms TTL=128
  • Reply from 127.0.0.1: bytes=32 time<1ms TTL=128

ping[1]

2) Əmin olmaq istəyirsiniz ki, kompyuter şəbəkəyə qoşulub və onun ünvanı təkrarlanmayır, onda lokal kompyuterin ünvanına ping göndərirsiniz:

ping lokal_hostun_IP-ünvanı

3) Əgər yoxlamaq istəyirsiniz ki, susma ilə verilən əsas şlüz (default gateway) işləyir və lokal kompyuter şəbəkənin istənilən hostu ilə əlaqə saxlaya bilsin, onda susma ilə olan əsas şlüzün ünvanına ping göndərmək lazımdır.:

ping əsas_şlüzün_IP-ünvanı

4) Marşrutlayıcı vasitəsilə qoşulmanın mümkünlüyünü yoxlamaq üçün ping əmrində uzaqda olan hostun ünvanını yazırıq:

ping uzaqdakı_hostun_IP-ünvanı

Yazılış qaydası:

ping [-t] [-a] [-n count] [-l length] [-f] [-i ttl] [-v tos] [-r count] [-s count] [ [-j host-list] |
[-k host-list] ] [-w timeout] destination-list

Parametrləri:

  • -t ping əmrini qırılmaya qədər aparır. Control-Break – statistikaya baxmaq və davam etmək üçün istifadə olunur. Control-C – əmrin yerinə yetirməsini dayandırır;
  • -a uzaqda olan kompyuterin IP ünvanına görə onun domen adını müəyyən edir;
  • n count count parametrin ilə verilmiş sayda ECHO paketlərini göndərir;
  • -l length length bayt uzunluğu qədər paket göndərir (maksimal uzunluq 8192 bayt);
  • -f qoşulmuş bayraqla paket göndərir «fraqmentləşdirməmək». Bu paket özünün izlənməsi yolunda marşrutlayıcılarda fraqmentləşdirməni aparmayacaq;
  • -i ttl ttl kəmiyyəti ilə paketin yaşama müddətini müəyyən edir (hər bir marşrutlayıcı ttl kəmiyyətini bir vahid azaldır);
  • -v tos tos ilə «service» sahə tipini yükləyir;
  • -r count yolun yazılması sahəsində paketin çıxış və qayıdış yolunu yazır. Count – 1-dən 9-a qədər host;
  • -s count bir alt şəbəkədən digərinə keçidlərin sayını (hop count – son hosta qədər olan şəbəkə avadanlıqları) məhdudlaşdırır. Count hopların mümkün maksimal sayını verir;
  • -j host-list host-list parametri ilə müəyyən olunmuş hostların siyahısı vasitəsilə paketləri istiqamətləndirir. Ardıcıl hostlar aralıq marşrutlayıcılar tərəfindən bölünə bilər. (sıx statık marşrutlama). Siyahıda olan maksimal ünvan sayı 9-a bərabərdir;
  • -k host-list host-list parametri ilə müəyyən olunmuş hostların siyahısı vasitəsilə paketləri istiqamətləndirir. Ardıcıl hostlar aralıq marşrutlayıcılar tərəfindən bölünə bilinmir (sərt statık marşrutlama). Hostların maksimal sayı – 9;
  • -w timeout millisaniyə ilə (susma ilə 1 saniyə) uzaq hostdan cavabın gözlənilməsi vaxtını (timeout) müəyyən;

destination-list ping paketlərini istiqamətləndirəcəyimiz uzaqda olan hostu göstərir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması