Şəbəkə kabeli hazırlamaq 0

Salam, Əziz Dostlar! Bu məqaləmiz şəbəkə kabeli hazırlamaq, yəni cat5 və ya cat6 kabel növünə RJ45 konnektoru (jack) birləşdirmək haqqında olacaq!

Bu qoşulmada iki standart təyin olunmuşdur:T- 568A və T- 568B. Bu standartlar kabel daxilindəki rəng ardıcıllığına görə fərqlənməkdədirlər. İstədiyiniz ardıcıllığa uyğun bir şəbəkə kabeli hazırlaya bilərsiniz. Və bu kabel xətasız işləyəcəkdir. Lakin daha sonra yaranacaq xətaları daha asan aradan qaldırmaq üçün göstərilmiş bu standartlardan istifadə etməyiniz daha məqsədə uyğundur.

568-A standartında rəng ardıcılllığı “Ağ/yaşıl, Yaşıl, Ağ/sarı, Göy, Ağ/göy, Sarı, Ağ/qəhvəyi, Qəhvəyi” kimidir

568-B standartında isə “Ağ/sarı, Sarı, Ağ/yaşıl, Göy, Ağ/göy, Yaşıl, Ağ/qəhvəyi, Qəhvəyi” şəklindədir.

Əgər şəbəkə modem, switch, hub vasitəsilə qurulursa o zaman hazırlayacağınız kabelin hər iki tərəfi eyni standarta uyğun olmalıdır. Yəni hər iki ucda ya 568A, ya da 568B standartı istifadə olunmalıdır. Ancaq iki kompüter arasında bir başa əlaqə yaratmaq istəyirsinizsə (əlavə bir qurğu olmadan) bu zaman kabelin bir ucu 568A, digər ucu isə 568B standartına uyğun ola bilər (crossover cable-çarpaz qoşulma).

İndi isə şəbəkə kabelinin hazırlanması ardıcıllığına baxaq:

Əvvəlcə cat5 və ya cat6 kabelin uc hissəsindən bir miqdar soyulur. (stripping tool – soyma aləti)

Daha sonra bir yerdə olan kabellər açılır və standartlardan birinə uyğun olaraq ardıcıl şəkildə düzülür.

Sıra ilə düzülmüş bu kabelin artıq hissəsi kəsilir.

Kəsildikdən sonra Rj45 jack alt tərəfi bizə doğru olmaq şərtilə çevrilir.

Şəklə diqqət yetirsəniz jack-in alt hissəsi bizə doğru tutulduqda pinləri şərti olaraq nömrələsək soldan “1″ nömrəli boşluğa sizin ayırmış olduğunuz soldan birinci kabel yerləşdirilməlidir. Yəni, əgər sizin kabel “A” standartına uyğun hazırlanıbsa onda AĞ/Yaşıl rəngli kabel, “B” standartına uyğun hazırlanıbsa Ağ/Sarı rəngli kabel “1″ nömrəli pin olan hissəyə düşməlidir. Və kabelin jack daxilinə tam oturduğundan əmin olmalıyıq.

Kabeli Rj45 jack-ə düzdün olaraq yerləşdirdikdən sonra “crimper“(sıxma aləti) vasitəsilə jack sıxılır.

Kabelin hər iki ucunu bu ardıcıllıqla birləşdirdikdən sonra artıq kabelimizi test edə bilərik.
Bunun üçün “Network Cable Tester” adlanan test cihazını istifadə edirik.

Əgər qoşulmamız düzgündürsə və heç bir xətaya yol verməmişiksə test cihazı üzərindəki işıqlar ardıcıl olaraq yanıb sönəcəkdir. Bundan sonra artıq hazırladığımız kabel istifadəyə yararlı hesab oluna bilər.

Bu günlük də bu qədər, Əziz Dostlar! Görüşmə ümidi ilə!

Müəllif: Royal Əmrahov
Resurs: Technet.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması