Windows Server 2008 R2 üzərində DHCP Serveri 0

Bu məqaləmizdə Windows Server 2008 R2 üzərində DHCP xidmətinin qısa olaraq necə sazlanmasına göz atacağıq.

Yenliklər.

1. DHCP Failover (Split Scope 80/20) – Bu özəllik əvvəlcədən bizə tanışdır. Lakin Server 2008 r2 ilə artıq böyük şəbəkələr üçün nəzərdə tutulan bu özəlliyi mərkəzdən idarə edərək, icarə müddəti kimi məlumatları iki DHCP serverlər arasında paylaşaraq, DHCP serverlərin çökmə anında işin davamlılığını təmin etmiş oluruq.

2. MAC Address based filtering – Windows Server R2 ilə birlikdə ip istəklərinin cavablanması artıq Link Layer vasitəsi ilə dəstəklənməkdədir. İPv4 üçün keçərli olan bu yenilik DHCP protokolunda yer alan DISCOVER, RENEW ve INFORM kimi sorğuları əsas alaraq filtirləmə gerçəkləşdirir. Lakin burda DHCP serverlər tərəfindən Rogue DHCP serverləri təyin etmək üçün istifadə olunan DHCPINFORM paketləri bu filtirləməyə daxil olunmur.

3. Service Hardening – Windows Server 2008 R2 DHCP xidmətinin istifadəsi zamanı daha az hüquqlara malik olan “Network Service” hesabından istifadə edir.

4.Name Squatting – bu anlayış Windows ƏS-dən başqa olan sistemlərin DNS üzərində Windows ƏS-i tərəfindən yaradılmış qeydiyyat tiplərinin üzərinə öz datalarını yazmasıdır. Windows Server 2008 R2 ilə Dynamic host configuration Identifier (DHCPID) dəstəyi ilə bu əməliyyatı əngəlləmiş olur.

5.Prevention of Exhaustion of IP Addresses – İp adres sahəsinin tükənməsinin qarşısını almaq üçün Windows Server 2008 R2 ilə gələn yenilikdir. İpv4 üçün nəzərdə tutulub. Bundan başqa NAP dəstəyi davam etməkdədir. Bundan başqa İPv6 üçün StatefulStateless modeli, Activity Logging, DHCPv6 Option15 ve Option32 (R2,Windows7) kimi yeniliklər əlavə olunmuşdur.

1. Server 2008 R2 üzərində DHCP xidmətini aktivləşdirmək üçün Server Manager üzərindən Roles – Add Roles deyərək davam edək.

2. Server Roles bölməsindən DHCP Server bölməsini seçdikdən sonra Next düyməsi ilə davam edirik.

3. Burda DHCP Server haqqında qısa məlumat aldıqdan sonra Next-lə davam edirik.

4. Bu bölümdə DHCP serverin hansı ip və şəbəkə kartı üzərindən xidmət göstərəcəyini seçdikdən sonra Next-lə davam edirik.

5. Domain adını DNS serverin ip adresini daxil edərək Next…

6. Əgər şəbəkənizdə WINS xidmətindən istifadə edirsinizsə ip adresini əlavə edin. Qeyd edim ki, artıq Microsoft Winslə vidalaşır.

7. Bu bölmədə DHCP Server tərəfindən paylanılacaq ip və s. məlumatları daxil edirik. Server 2003 -dən fərqli olaraq Server 2008 -də Scopları DHCP-ni yükləyən zaman aktiv etmək şansımız var. Bir yenilik isə Subnet type bölməsindən İp aralığı sazlanarkən Simsiz (Wireless) və yaxud adi şəbəkə üçün seçim etmək imkanımız var. Əslində bu tam bir yenilik sayılmaz. Çünki Server 2003 də Class vasitəsilə bu əməliyyatı yerinə yetirə bilirdik. Sadəcə asanlaşdırılıbdır. Yəni Next next….

8. Disable DHCPv6 stateless mode seçərək davam edirik. Bunu seçməkdə məqsədimiz klientlərin İPv6 adreslərini DHCP serverdən almasını təmin etməkdir.

9. Bilidiriş pəncərəsində yükləmədən sonra serverin restart olunması bildirilir. Son olaraq apardığımız əməliyyatlar haqqında ümumi məlumat aldıqdan sonra İnstall deyərək davam edirik.

10. DHCP Server yükləndikdən sonra Close deyərək əməliyyatı sonlandırırıq. Artıq DHCP server xidmət göstərməyə hazırdır.

DHCP haqqında ikinci məqaləmizin sonuna gəlmiş olduq. İnanıram ki hər kəs üçün yararlı bir məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək diləyilə.

Mənbə: Technet.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması