TP-Link routerində Wi-Fi-ya şifrə təyin edilməsi 2

Bu məqaləmizdə TP-Link routerində Wi-Fi şəbəkəsinə şifrənin təyin olunmasını öyrənəcəksiniz. Məqalədə quraşdırma qaydaları bu modelin TL-WR740N, WR741NDWR841ND routerlində də istifadə etmək olar.

Wi-Fi -nızı həmiş şifrə ilə qoruyun. Əgər siz həmin şəbəkədə daima işləyirsinizsə və şəxsi əlumatlarınız olan noutbukunuzu həmən şəbəkəyə qoşursunuzsa, Wi-Fi əhatənizi qoruyun.

TP-Link routerinə şifrə təyin edilməsi

Misalda mən TP-Link TL-WR740NВ modelindən istifadə edəcəm.

tp-link-default-access[1]

İlk öncə routerin ayarlarına daxil olmalıyıq. Bunun üçündə brouzerinizdən 192.168.0.1 və ya tplinklogin.net ünvanına daxil oluruq və standart olaraq loqinə admin və şifrəyə admin yazaraq daxil oluruq. Router üçün giriş məlumatları adətən aparatın arxa tərəfində yazılır. Onuda qeyd edim ki, ikinci adreslə daxil olmanız üçün routerin internet xətdindən ayırmalısınız.

Məlumatları daxil etdikdən sonra siz TP-Linkin ayarlar səhifəsinə daxil olacaqsınız. Solda menyu keçidində «Беспроводный режим» (Wireless mode) bəndini klikləyin.

wireless-settings-tp-link-router[1]

İlkin olaraq «Настройки беспроводного режима» səhifəsində Wi-Fi-ya ad verə bilərsiniz və o cumlədən işləmə rejimini və kanalını tənzimləyə bilərsiniz. Susmuş halda yuxarıdakı şəkildəki kimi olur.

İndi isə mövzumuzun əsas məzmunu olan şifrənin təyin edilməsidir. Bunun üçündə yenədə sol tərəfdəki menyudan «Защита беспроводного режима» bəndinin üzərinə klik edirik.

set-wifi-password-tp-link[1]

Açılmış bu ayarlarda sizə Wi-Fi-yın təhlükəsizliyi üçün iki variant təklif olunacaqdır. Bizim məsləhət gördüyümüz WPA-Personal/WPA2-Personal variantı olacaq ki, bu da ən təhlükəsiz şifrə təyin etmə sayılır. Bu bəndi seçdikdən «Пароль PSK» xanasına seçdiyiniz şifrəni daxil edin. Şifrədə kiril əlifbasından istifadə olunmamalıdır. Çalışın latın hərflərindən istifadə edin. Şifrənin uzunluğu 8 simvoldan az ola bilməz. Misal üçün kiminsə tam doğum tarixi: 19920807

Sonda ayarları aşağıdakı yaddaşa vermə düyməsi ilə saxlayarıq. İndi siz Wi-Fi şəbəkəsini dəstəkləyən bütün növ cihazlarınızı rahatlıqla şəbəkəyə qoşub işlədə bilərsiniz.

Şərhlərinizi gözləyirəm 🙂

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

6 şərh

  1. Elcin

    Men her iki versiyadan istifade etdim ancaq hec ne alinmir,parol-login yazilasi seife acilmir komp. Axtara –axtara qalir

    1. Elçin, bəzi TP-Link modemlərdə sistem URL-sı 192.168.1.1 kimi olur. Bu İp-ni yoxla.

  2. Huseyn

    Cox sag olun
    deyishiklik alindi

  3. Gülnur

    Salam.modemin URLsi 192.168.1.1 dir.ama axtarışa verirem sehife açılmır sebebi nedi bunun

  4. Gülnur

    Parolu ayarlarda deyişdim evvelki parolu da unutdum bunla da komputer wifiye bağlanmır telde internet var ama neynemeliyem kömek elyerdizde çox xaiş

    1. Gülnür xanım, zəhmət olmasa bu problemlə bağlı bugün dərc olunmuş məqaləmizə göz gəzdirərdiniz: http://compboard.org/network/6143

Şərh forması