Wi-Fi şəbəkənizə kimlər qoşulub 1

Bu gün sizlərə çox maraqlı bir məlumatla tanış edəcəm. Bir çox insanlardan eşidirəm ki, internter sürətinin zəif olması “qonşuların” onların Wi-Fi şəbəkələrınə “qanunsuz” daxil olması səbəbindən yaranırmış. Belədir mi? Məqaləmizdə istifadə olunan D-Link (DIR-300, DIR-320, DIR-615 və s.), ASUS (RT-G32, RT-N10, RT-N12 və s.), TP-Link modemləri yetərincə çox yayıldığına görə misal kimi istifadə etmişik.

Əvvəlcədən onuda deyim ki, əgər evinizdə bir çox cihazlar bir modemə qoşulubsa, “qonşunun” cihazını sizin şəbəkədə yalnız İP və MAC adresini görə biləcəksiniz. Ən azından bunada min bərəkət.

Qoşulu olan bütün cihazların siyahısına necə baxaq?

Ondan başlamaq istərdim ki, qoşulan cihazlara baxmaq üçün bizə ilk növbədə modemin veb interfeysinə daxil olmamız gərəkdir. Bu çox sadə prosesdir. Hər hansı bir internet brauzerinizdən 192.168.0.1 və ya 192.168.1.1 ünvanına daxil olursuz sonra isə login və şifrəni daxil edirsiniz – əksər cihazlarda login və şifrə eyni olur — admin.

D-Link modemində (ruterində)

Yuxarıda dediyimiz interfeysə daxil olduqdan sonra D-Link ayarlarında aşağıda «Расширенные настройки» düyməsinə klik edək. Sonra «Статус» və oxa iki dəfə klik edin. «Клиенты» yazısını görsəniz üzərinə klik edin.

view-d-link-wifi-clients[1]

Bu zaman siz, modeminizə qoşulu olan bütün cihazların siyahısını görə biləcəksiniz. Çox güman ki, siz sadəcə siyahıya baxaraq hansı sizin cihazlarınız olub olmamasını ayırd edilməsində çətinlik çəkəcəksiniz. Bu zaman ilk öncə sizin bildiyiniz qanuni nə qədər cihaz qoşulu olduğunu təyin edin və siyahı ilə müqayisə edin. Əgər anlaya bilmədiyiniz hər hansı əlavə cihazlar internetinizi sovururlarsa o zaman mütləq Wi-Fi şifrənizi dəyişdirin.

Asus modemində (ruterində)

Asus simsiz marşrutlaşdırıcılarında siyahını ekrana çıxartmaq üçün həmişə kimi cihazın ayarlarına brauzerlə daxil oluruq, sonra menyudan «Карта сети» bəndinə klik edirik. Sonra isə «Клиенты» bəndini seçirik (əgər aşağıdakı şəkil sizin modelinizdəki görünüşdən fərqlidirsə, proses və əməliyyatlar demək olar ki eynidir).

asus-wi-fi-clients[1]

Siyahıda siz qoşulu olan cihazların tək İP adresini deyil, həmdə onları təyin edən şəbəkə adlarınıda tapa biləcəksiniz. Bu sizə “oğrunun” daha tez zərərlişdirilməsinə kömək edəcəkdir.

Xüsusi qeyd: Asus modellərində sözügedən siyahıda siz tək hal-hazırda qoşulu olan cihazlardan başqa sizə qonaq gələn dostunuzun telefonuda olacaqdır. Modem ancaq söndürülüb yenidən yandırıldıqda klient siyahısını təzələyir.  Odur ki əgər siyahıda ancaq real qoşulmuş cihazları görmək istəyirsinizsə o zaman aşağıdakı «Обновить» düyməsinə bir dəfə sıxırıq.

TP-Link-də qoşulu olan cihazların siyahısı

Əksər evlərdə demək olar ki TP-Link modemləri və routerləri quraşdırılmışdır. Sonuncu qəhrəmanımızda sözügedən siyahıya çatmaq üçün «Беспроводный режим» menusuna klik edirik, açılmış siyahıda «Статистика беспроводного режима» bəndini klikləyirik. Sağ tərəfdəki məlumat lövhəsində siz modemə qoşulu olan cihazlar haqqında geniş məlumat ala biləcəksiniz.

wifi-connections-tp-link[1]

Nə edim, əgər Wi-Fi-yımda kimisə tutmuşamsa?

Əgər siyahıda hər hansı bir şübhəli bir cihaz aşkar etdinizsə, o zaman ən doğru seçiminiz Wi-Fi şəbəkənizin mövcud şifərnisini yenisi ilə əvəz etmənizdir. Lakin yeni şifrə təyin edərkən, çalışın bu şifrə uzun və müxtəlif simvollardan ibarət olsun – axı siz cihazlarınıza şifrəni bir dəfə daxil edəcəksiniz – unutacağınıza görə qorxmayın – necə deyərlər, qoy unudum – lakin sürətim düşməsin 🙂

P.S. Əgər mövzuya hər hansı bir məlumat, şikayət, təklif və ya fikir bildirmək istəyirsinizsə, şərh formamız sizin istifadənizdədir. 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Elsen

    Yukleme linki Yoxdu Zehmet olmasa Yukleme Linki Qoyunda

Şərh forması