Komputerin İP ünvanını necə öyrənmək olar 1

İlk öncə bildirmək istərdim ki, bu məqalə hər hansısa bir şəxsin və ya serverin İp ünvanının öyrənilməsinə həsr olunmayıb. Burada siz yalnız şəxsi komputerinizin İP ünvanının öyrənilməsi qaydalı haqqındandır. Odur ki başlayaq. İlk öncə ən sadə üsulla başlayaq.

Windows-da İP ünvanın öyrənilməsinin sadə üsuslu

İP ünvanın Windows 7 və Windows 8.1 sistemlərində sadə istifadəçiləri üçün ən asan üsul şəbəkə və internet bağlantısı xassəlirinə daxil olmaqla etmək olar. Bunu aşağıdakı kimi etmək lazımdır:

  1. Saatın yanında, aşağı sağ paneldə yerləşən şəbəkə bağlantısı işarəsinin üzərində siçanın sağ düyməsi ilə klik edin. Açılmış kontekst menu seçimində «Центр управления сетями и общим доступом» bəndini seçin.
  2. Açılmış şəbəkənin idarəetmə mərkəzi pəncərəsində sol sütünda olan siyahıdan «Изменение параметров адаптера» bəndini seçin. network-connections-windows
  3. Siyahıdan hal-hazırda qoşulu olan internet bağlantısına siçanın sağ düyməsi ilə üzərinə klik edin. Klik zamanı açılmış kontekts menyudan «Состояние» bəndinə klik edək. Müvafiq bağlantı haqqında ümumi məlumat pəncərəsi açılacaqdır. Burdadn «Сведения…» düyməsinə klik edirik.
  4. Kiçik bir pəncərə açılacaqdır. Bu pəncərədə komputerin qoşulduğu İp ünvan haqqında məlumat olacaqdır. İPv4 sətrinə diqqət yetiririk.

ip-address-windows-8-view

Bu üsulun sadə olmasına baxmayaraq əsas çaıtışmayan cəhəti dur ki, Wi-Fi ilə qoşularkən burada yalnız routerin komputerə payladığı İp ünvanını görə bilirik. Əgər bizə internet provayderin təqdim etdiyi İP ünvanını bəs necə öyrənək? Cavabı növbəti başlıqda.

Komputerimizin xarici İp-ünvanın öyrənilməsi – Yandex

İnternetdə Google-dan sonra Yandex-də çox güclü axtarış bazasına malikdir. 3-4 il bundan qabaq hələm bu Rusya İnternet nəhəngin Fenerbahçe Futbol Klubu ilə bağladığı bir-neçə milyonluq müqaviləni demirəm. 🙂 Nəisə, Yandex haqqında çox danışmaq olar. Demali, Yandexə daxil olub axtarış stərinə ip yazıb öz İP ünvanınızı dərhal öyrənə bilərsiniz.

Axtarış nəticələrin ilk sətrində sizin bağlantı haqqında məlumat olacaqdır.

view-ip-yandex

Onu da deyim ki, əlbətdə Yandexdən də başqa İP ünvanların öyrənilməsi məşqul olan saytlar mövcuddur. Və onlardan birinidə siz növbəti başlıqda tanış olacaqsınız.

2ip.ru – İp və online şəbəkə və sair

2ip.ru daxil olmaqla siz tək öz İp ünvanınızı deyil, həm də provayderiniz haqqnda (əgər bazada varsa), haradan qoşulduğunuzu, istifadə etdiyiniz brauzer və onun versiyası, əməliyyat sisteminiz, proksi və sair. Bir sözlə geniş məlumat təqdim edən pulsuz sayt. Yeri gəlmişkən ip-ping.ru saytına daxil olub eyni məlumatlarıda əldə etmək olar.

external-ip-address-2ip

Lokal və ya provayder şəbəkələrində daxili ünvanın öyrənilməsi

Komputerin daxil ünvanını birinci başlıqdakı kimi və Əmrlər Sətri adlanan proqramın köməyi ilə də öyrənmək mümkündür. Lokal şəbəkədə komputerin və bir neçə komputerlərin İP ünvanlarını öyrənmək asandırsa, bəs bizim evdə və ya ofisdə qurduğumuz şəbəkə provayderə hansı ip ilə tanınır.

Bunu öyrənmək üçün bəzi müasir ADSL + tipli modemlərdə və Routerlərin interfeysindən istifadə etməklə öyrənmək mümkündür.

vnutrenniy-ip-adres-router

Əmrlər Sətrindən istifadə etmək üçün isə Win+R düymələrini sıxıb, cmd sözünü daxil edib proqramı açırıq.

Açılmış pəncərədə ipconfig /all  əmrini daxil edib Enter düyməsini sıxırıq. Təqdim olunan nəticələrdə IPv4-адрес sətrinə fikir veririk. Bununlada biz komputerin lokal şəbəkədə aldığı İP ünvanın öyrənilməsini üsulunu öyrəndik.

local-ip-address

Ubuntu Linux və Mac OS X sistemlərində İP ünvanın öyrənilməsi.

Ubuntu Linux-unda digər linuks distributivləri kimi terminala ifconfig -a əmrini daxil etməklə aktiv bağlantılar haqqında məlumat almaq olar. Mən Linux Mint istifadə etdiyim üçün üzürlü hesab edin ki şəkli Ubuntu ilə göstərə bilmədim.

elvin_Komp

Əlavə olaraq Ubuntuda bağlantı işarəsi üzərində klik edib «Сведения о соединении» bəndini seçib İp haqqında əlavə məlumatları əldə etmək olar.

Mac OS X sistemində İnternetə bağlantı ünvanın siz ilk öncə «Системные настройки» sonra «Сеть» kimi keçərək öyrənə bilərsiniz. Buradan siz İP ünvanı və digər məlumatları əziyyətsiz əldə edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Eldeniz

    Komputerin İP ünvanını necə öyrənmək olar

Şərh forması