IP ünvan konflikti – Həlli yolları 0

Salam dostlar. Sistem administrator və sistem mütəxəsisləri bu məqaləni gülməli anekdot kimi qəbul edəcəklər. Lakin adı istifadəçilər üçün isə bu məqalə çox vacib ola bilər.

Uzun müddətdir ki belə bir problemlə rastlaşırdım:

1

Bu sistem səhvin yaranma səbəbi, sistemdə eyni İP ünvan və ya MAC ünvanlı qurğunun qoşulu olmasıdır. Belə halda yalnız bir qurğu çalışa bildiyindən, mənim komputerim avtomatik olaraq modemlə əlaqəni kəsirdi.

Yeganə əlacım hər dəfə belə problem yarananda Şəbəkə işarəsi üzərində siçanın sağ düyməsini klikləyib Исправить bəndini sıxmaq qalırdı.

2

Bu prosesdə müvəqqəti olaraq problemi həll edirdi.

Rus dilli saytların birində çox maraqlı bir məlumat öyrəndim. İlk öncə öyrənmək lazımdır ki, bu “düşman” qurğu hansıdır ki, mənim komputerimlə bir İP-ni və MAC ünvanı paylaşır. Bunu öyrənmək üçün ilk öncə Пуск menusuna daxil olub Панель управления bölməsinə keçirik. Buradan Администрирование sonra isə Просмотр событий bəndini seçirik.

(Mənim XP sistemim fərqli olduundan sizə bir şəkildə göstərirəm.)

2

Açılmış pəncərədə siz sistemdə baş verən bütün proseslərin səhflərin qeydiyyat jurnalını görəcəkəsiniz. Buradan sol sütünda Система bəndinə klik edib sağ sütünda siyahıda aşağıdakı kimi axtarırıq:

3

Üzərinə iki dəfə klik edin. Təqribən aşağıdakı kimi bir pəncərə açılacaqdır:

4

Xananın içərisində yazılan “В системе обнаружен конфликт IP-адреса 192.168.1.6 с системой, имеющей  адрес сетевого устройства 78:FD:94:A6:A1:13. В результате могут быть нарушены  сетевые операции на этих системах.” bizim dildə təqribən belə tərcümə olunur: “Sistemdə 78:FD:94:A6:A1:13 ünvanlı qurğu 192.168.1.6 İP ünvanı ilə konflikt yaradır. Bunun nəticəsində sistemlərdə şəbəkə əməliyyatı problemləri yaşana bilər.”

Mən avtomatik komputerin İP ünvanını yoxladım – düzdü 192.168.1.6 bu mənim komputerimindi, lakin 78:FD:94:A6:A1:13 MAC ünvan mənim komputerimin deyil. Bunu yoxlamaq üçün, brauzerin səhifəsini açıb modemə qoşulmaq üçün 192.168.1.1 ünvan sətrə daxil edib Enter-i sıxdım.

6

Modemin ayarlarında ilk öncə DHCP server seçib hal-hazırda modemə qoşulu olan bütün qurğuların bir-bir MAC ünvanlarını yuxarıdakı MAC ünvanla yoxladım. Heç-bir uyğunluq tapa bilmədim.

Yeri gəlmişkən hələm problemi həll etməmişəm və həqiqətin arxasınca internetin bir ucunu tuta-tuta sağda çıxan İP-Konflikti öz işindədir 🙂

Və nəhayət problemin həlli. Mən Modemin statik İP deyil DHCP üzətindən İP paylamasını təyin etmişəm. Bu ona görə yaxşıdır ki, dinamik İP paylayaraq bir komputerin tək bir şəbəkədə deyil, müxtəlif şəbəkələrdə istiadə edilməsidir.

DHCP evdə istifadə edən digər şəxslər üçün üz tutdum modemin Static address assignment (Statik ünvanın təyinatı) menusuna keçib oraya modem tərəfindən icazə verilən İp diapazonundan bir İP təyin edirik. Məndə olan modemdə 192.168.1.2-dən 192.168.1.199-a kimi ip ünvanı təyin edə bilərəm. Mən 192.168.1.100 İp-sini seçdim. Sonra komputerimdə olan şəbəkə adaptorumun MAC ünvanını öyrənib daxil edib Yaddaşda saxladım. Nəticədə aşağıdakı şəkildəki kimi alındı. Qeyd etmək istərdim ki, proses Modemin modelinə görə dəyişir. Misal Tp-Link modemindədir:

8

Şəbəkə adaptorun MAC ünvanını öyrənmək üçün şəbəkə işarəsi üzərində siçanın sağ düyməsi ilə klik edib, açılmış kontekst menusunda Состояние bəndini klikləyirik:

9

Açılmış pəncərədə Поддержка tab-ına keçirik və Подробности… düyməsini sıxırıq.

10

Balaca bir pəncərə açılacaqdır. Burada Физический адрес sətrinə diqqət yetiririk. Bu bizə lazım olan MAC ünvandır. Komputer ayarlarıda bu ünvan “” işarəsi ilə bir biri ilə ayrılıblar. Modemin ayarlarına daxil edərkən “-” işarəsi əvəzinə “:” işarəsini dəyişdirməyi unutmuruq.

11

12

Birinci etapı uğurla tamamlamış olduq! Modem sazlandı!

İkinci etap – Komputerin Sazlanması

Yenə şəbəkə işarəsi üzərində siçanın sağ düyməsini klikləyib açılmış kontekst menusunda Состояние bəndini seçirik:

9

Bizə tanış olan pəncərədə bu dəfə Свойства düyməsini klikləyirik:

13

Yeni pəncərədə Протокол Интернета (TCP/IP) bəndini qaralayıb Свойства düyməsini klikləyirik:

14

Açılmış pəncərədə aşağıdakı kimi doldururuq. Diqqət: Aşağıdakı İP ünvanları o zaman seçilir ki, əgər:

  1. Birinci İp ünvan modemdəki ayarlarda təyin etdiyiniz ünvanla eynidirsə;
  2. Başlanğıc İp ünvanı əgər 192.168.1.1 ilə başlayırsa.

15

Artıq İP konfliktin yaranması qeyri-mümkündür 🙂 Sualınız, təklifiniz və ya düzəlişiniz olsa aşağıdakı formadan istifadə edərək bizə yazın.

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması