Smartfonun router kimi istifadə edilməsi (android, iOs və windows) 1

Ela anlar olur ki, internetdə hər hansısa işi çox təcili görməli oluruq. Əlimizin altında noutbuk, datacard (lakin limiti bitmiş) və android, iphone və ya windows phone əməliyyat sistemlərinin biri ilə işləyən smartfon. Məcbur olub telefonun balaca ekranı ilə kifayətlənəq… stop stop… axı telefonuda modem kimi işlətmək olur! ura! Daşına bilinən Wi-Fi modem! Məqaləmiz bu mövzu haqqındadır.

Onuda deyim ki, əgər siz 3G-siz planşet almısınızsa və bu modulun olmamasına heyfslənirsinizsə ozaman yenədə bu məqaləni qaçırmayın. İki nömrə işlədib xərc edincə, bir nömrəndə həm danışıq üçün istifadə et, həmdə daşına bilinən wi-fi router kimi.

Android cihazları ilə Wi-Fi paylamaq

Android smartfonlarında modem funksiyasını aktivləşdirmə üçün, ilk öncə daxil oluruq cihazın ayarlarına. Sonra Беспроводные сети menusundan Ещё… yazısının üzərinə toxunuruq.

android-wireless-settings[1]

Növbəti səhifədə «Режим модема» funksiyasına toxunuruq.

android-wi-fi-hotspot[1]

«Точка доступа Wi-Fi» bəndini aktivləşdiririk. Sonra aşağıdakı «Настройка точки доступа Wi-Fi» bəndini klikləyib açılmış səhifədə “wi-fi“ya ad və şifrə təyin edirik ki, bizdən başqa heç kəs bizim şəbəkəyə daxil ola bilməsin.

android-router-settings[1]

Bütün yuxarıdakı əməliyatları uğurla yerin yetirib yaddaşa verdikdən sonra, qoşulmaq istədiyiniz digər cihazda smartfonunuzda təyin etdiyiniz wi-fi adını tapıb qoşulun. Məsləhətimiz smartfonu 10 metrdən cox uzaqlıqdan istifadə etməyəsiniz.

iPhone ilə wi-fi şəbəkəsinin paylanması

Bu misal iOS 7 versiyasından gətirilir. Bu cihazlarda wi-fi siqnalarını paylamaq üçün ilk öncə telefonun ayarlarına daxil oluruq «Настройки» və buradan «Сотовая связь» menusun keçirik. «Режим модема» bəndini tapıb daxil oluruq.

iphone-wifi-hotspot[1]

Növbəti səhifədə, android telefonlarında olduğu kimi, wi-fi şəbəkəsinə ad və şifrə təyi edirik. Susmuş halda bu cihazlarda wi-fi adı iPhone kimi olacaqdır.

Windows Phone 8 -də internetin wi-fi ilə paylanması

Ümumiyyətlə bu tip ayarlar əksər ağıllı telefonlarında aktivləşdirmə prosesi oxşardır. Sonuncu əməliyyat sistemi olan Windows Phone 8-də də simsiz bağlantını aşağıdakı qayda üzrə paylamaq mümkündür:

  1. Cihazın ayarlarına daxil oluruq və «Общий интернет» bəndini seçirik.
  2. «Общий доступ» funksiyasını aktivləşdiririk.
  3. Əgər stadart  Wi-Fi adını dəyişdirmək istəsəniz, o zaman aşağıda yerləşən  «Установка» düyməsinə toxunub, «Широковещательное имя» bəndində Wi-Fi şəbəkənizə ad təyin edin və şifrə xanasında bağlantınızı qorumaq üçün 8 simvoldan az olmayaraq şifrə təyin edib yaddaşa verin.

windows-phone-wifi-hotspot[1]

Əlavə Məlumatlar

Aşağıda təqdim etdiyimiz bəzi məlumatları oxumanızı məsləhət görürəm:

  • Şəbəkə adını və ya şifrə təyin edərkən Kiril şrifti və ya xüsusi simvollardan istifadə etməyin. Bağlantı zamanı bəzi problemlər yaşana bilər.
  • Qoşacağınız cihazlarda yenilənmə və ya digər çox yüklü internet tələb edən funksiaların söndürülmüş olmasına əmin olun. Belə ki, windows sistemi tez-tez yeniləndiyi üçün mobil internet paketinizi 2 dəqiqə ərzində sıfırlaya bilər.
  • Windows Phone 8 smartfonlarına maksimum 8 cihaz qoşmaq olar. Düşünürəm ki, Android və iOS sstemlərində də maksimum qoşulma kvotasi 8 cihazdan cox olmaz.

Vəssalam! Sualınız olsa aşağıdakı şərh formasından, probleminiz olsa isə yenicə istifadəyə verdiyimiz CompBoard Dəstək Servisimizdən istifadə edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması