TP-Link modemində Wi-Fi şəbəkəsini necə gizlədək? 11

Çox güman ki çoxlarımızın Wi-Fi şəbəkəsənin gizlətmək olduğu haqqında məlumatı yoxdur. Hesab edin ki, sizin evdəki Wi-Fi adı yalnız sizin qoşduğunuz qurğularda işləyəcəkdir və nə Wi-Fi şifrəsi sındırmaq problemi nə də “Ay brat bir dene Wi-Fi parolun deyərdin telefonla girim” söhbəti ilə rastlaşmayacaqsınız. 🙂 Belə bir Wi-Fi şəbəkəsini yaratmaq istərdinizmi?

Əgər suala müsbət cavab verdinisə, o zaman məqaləni axıra kimi oxuyun. Düzdü Wi-Fi şəbəkəsinə sonra qoşulmaq bir az fərqli olacaqdır, lakin siz gizli və super təhlükəsiz bir Wi-Fi şəbəkəsinə sahib olacaqsınız. Bu prosesi ofislərdə etməyi məsləhət bilməzdim. Ən azından ofisdə işləyənlər və qonaqlar bunu neqativ hall kimi qarşılayarlar.

Wi-Fi adını əlbətdə müxtəlif müasir modem və routerlərdə gizlətmək mümkündür. Lakin bugünkü məqaləmizdə misal olaraq Tp-Link modeminin TL-WR941ND modelindən istifadə emişəm.

İlk öncə modemin (routerin) admin panelinə daxil oluruq. Açılmış veb panelin sol menu hissəsində WirelessWireless Settings kimi keçirik. Əgər cihaz rus dilindədirsə o zaman «Беспроводная сеть» kimi olacaqdır.

Sağ tərəfdə Enable SSID Broadcast (разрешить вещание SSID) bəndinin önündəki işarəni götürük və Save düyməsini sıxaraq yaddaşa veririk. Modemi (routeri) söndürüb yenidən çalışdırırıq.

01-04-2014-17-57-14[1]

Modemi restart etdikdən sonra hal-hazırda qoşulu olan bütün qurğular Wi-Fi şəbəkənizdən ayrılacaqdır. Onları yenidən bir-bir Wi-Fi şəbəkəsinə qoşmaq lazım gələcəkdir. Lakin bu proses əvvəllər qoşulduğunuz kimi olmayacaqdır. Əgər komputerin Wi-Fi qoşulma işarəsinə klik etsəniz o zaman sizin Wi-Fi adını tapmayacaqsınız.

Gizli Wi-Fi şəbəkəsinə qoşulmaq üçün ilk öncə noutbukda mövcud şəbəkə siyahısını açırıq və “Другие сети” bəndinə klik edirik. Əgər belə bir yazı varsa, bu o deməkdir ki, ətrafda gizli Wi-Fi  şəbəkəsi vardır. Üzərinə klik edirik və Подключится seçirik.

01-04-2014-18-00-56[1]

Açılmış pəncərədə öz Wi-Fi şəbəkə adını daxil edin. Əvvəllər məsələn siz hazır siyahıda öz Wi-Fi şəbəkə adını klikləyib sadə şifrəni daxil edirdiniz, indi isə həm Wi-Fi adını həmdə şifrəni daxil etməli olacaqsınız. Ümüd edirə şəbəkə adını unutmamısınız. 🙂 Yazıb Ok düyməsini sıxırıq.

01-04-2014-18-01-20[1]

Növbəti pəncərədə isə əbətdə ki Wi-Fi şəbəkəmizin şifrəsini daxil edirik.

01-04-2014-18-01-47[1]

Android əməliyyat sisyemində işləyən smartfonda gizli WI-FI şəbəkəsinə qoşulmaq üçün ayarlardan saxil oluruq WI-FI tənzimləmələrinə və orada Меню düyməsini sıxırıq. Açılmış siyahıdan Добавить сеть bəndini seçirik.

2014-04-01_18-02-59[1]

Noutbookda olduğu kimi smartfonda da gizli WI-FI şəbəkəmizin adını və şifrəsini daxil edirik. Сохранить düyməsini sıxdıqdan sonra smartfon şəbəkəyə qoşulacaqdır.

2014-04-01_18-03-35[1]

Planşetlərdə proses smartonlardaki kimi təqribən eynidir. Qoşulmaq üçün ilk öncə planşetdə WI-FI-yı aktiv edirik sonra isə yuxarı sağ küncdə “+” işarəsini sıxırıq Açılmış pəncərədə tələ olunan xanaları smartfondakı kimi doldurub Сохранить düyməsini sıxırıq.

Screenshot_2014-04-01-18-05-27[1]

Gördüyünüz çox asan bir usulla siz evdə üstün təhlükəsiz bir WI-FI şəbəkəsinə sahib oldunuz. Əgər proses zamanı hər hansısa çətinliklə üzləşsəniz, o zaman CompBoard sizə dəstək olmağa hazırdır. Şərhlərinizi gözləyirik. 🙄

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

3 şərh

  1. Gulnar

    Salam. Bes gizledilmiw wifi adin tapmaq mumkundurmu? Adin bilmesen her hansi bir programla acmaq olurmu gizlenmir adi? Cunki kompda other network kimi gorunur yeni bilmek olur ki gizlenmiw wifi var. Meselcun parolu dumpper programi ile qirmaq olur bes adi nece?

  2. Vusal

    Salam. Menim modemim tp linkdir. Wifi gorsenmir. Mac adresle qorunur—- arzuladiqim sexslerin mac adresi. Wps baqli. Yenede girirler. Kod gozel. Men ne edim?

  3. ferid

    modemin admin paneli harda olur.mende gizlidi.indi acmaq istiyirem.acilmir.

Şərh forması