Subnet 0

Subnet ünvanı alt şəbəkələrə verilən ünvandır. Public ünvaları məqsəd üçün istifadə edilir. Daha aydın olması üçün misal çəkmək istəyirəm. Londondan Vilvan kəndinin 1 nömrəli məktəbinə məktub göndərmək istəyirəm. Məktubun üzərinə Vilvan kəndinin məlumatlarını yazıram. Azərbaycan(NetID), Lənkəran rayonu(NetIDSubnet), Vilvan kəndi(NetID, Subnet), 1 nömrəli məktəb(HostID). Bu mətub İngiltərənin(NetID), London şəhərinin(NetID, Subnet) Hackney rayonundan(NetID, Subnet), ev 418 Kingsland(Host) göndərilirsə ilk öncə məktub ən üst şəbəkəyə(İngiltərə) qədər daxildən çıxır sonra dünya ölkələri arasından Azərbaycan NetID-sini tapır və məktubu göndərir.

Azərbaycan şəbəkəsidə öz alt şəbəkələri arasından Lənkəran alt şəbəkəsini tapır. Sonra Lənkəran öz alt şəbəkələrindən Vilvan kəndini tapır. Vilvan kəndi sadəcə 1 məktəbi olduğu üçün ona məktəb şəbəkəsi ayırmır. Bir başa Host olaraq məktəbi görür. Əgər Lənkəran 1 nömrəli məktəbinə göndərilsəydi o zaman Lənkəran şəbəkəsi məktubu daxilindəki  məktəb alt şəbəkəsinə sonra məktəb alt şəbəkəsi məktəblər arasında 1nömrəli(HostID) tapıb məktubu çatdırardı. Bu izahı dahada genişləndirmək olar. Çatdırmaq istədiyim informasiya tam məkanına çatana qədər hansı məkan hansı alt şəbəkədə daxilində olduğu bildirilir. Daxilində olan şəbəkə ona görə üst şəbəkə olsada o şəbəkədə müəyyən şəbəkə daxilində yer alır və alt şəbəkədir. Qısası “Dəvədən böyük fil var” 🙂

Əgər bir kompüter şəbəkəyə qoşulursa o PC(personal computer) ətrafındakı PC-lərlə eyni vaxtda bir vasitə ilə böyük şəbəkəyə çıxa bilir. Vilvan kəndinin Lənkərana çıxış yolu bir yol var. Amma öz şəbəkəsindən çıxdığı zaman digər kəndlərin şəbəkəsindən keçir və sonunda Lənkəran şəbəkəsinə çatır.

Aşağıdada şəbəkənin böyüklüyündən asılı olaraq onun NetID və HostID üçün verilən ünvan yeri ölçüsüdə fərqlənir. Böyük şəbəkələrdə host-a kiçik şənəkələrdə net-ə daha böyük hissə ayırırlar.

 

CLASS

Hissə

Mask və ya NetID yerinin ölçü biti

HostID

Subnet

A

N.H.H.H

8 bit

24 bit

 

255.255.255.0

B

N.N.H.H

16 bit

16 bit

C

N.N.N.H

24 bit

8 bit

 

NetID: Kompüterin bağlı olduğu şəbəkənin IP adresi bilinən bölümə NetID(Network Identification-şəbəkə tanıma) deyilir. Bu hissə hər Class(sinif) üzrə fərqli ölçüyə sahibdir.

HostID: Şəbəkə daxilində müəyyən bir kompüterin tapılmasını təmin edən IP ünvandır və eyni zamanda son ünvandır.

 

Class A

0.0.0.1     ——— 126.255.255.254

Hər 127 şəbəkədə 16 milyon komp. təmin edir

Class B

128.1.0.1 ——— 191.255.255.254

Hər 16000 şəbəkədə 65000 komp. təmin edir

Class C

192.0.1.1 ——— 223.255.254.254

2 milion şəbəkədə 254 komp. təmin edir

Class D

224.0.0.0 ——— 239.255.255.255

Multicast

Class E

240.0.0.0 ——— 255.255.255.254

Research

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması