HUB (XAB) 0

Fiziki star istifadə etdiyinə görə bütün kompüterlərdən ortadakı bir qutuya ayrı-ayrı kabellər getməsi lazımdır. Bu qutuya “toplanma mərkəzi” mənasını verən HUB deyilir. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik. Hub-lar eyni repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar.

Hub-lar 4, 8, 12, 16, 24, 32 və ya daha çox porta sahib ola bilərlər. Əslində bir hub nəzəri olaraq 1024-ə qədər porta sahib ola bilir. Amma belə hub-lar yerinə çox daha az porta sahib hub-lar istehsal olunur. Siz öncə ehtiyacınız olan qədər porta sahib hub alırsınız, daha sonra ehtiyac artdıqca başqa hub-lar alıb bir-birinə bağlaya bilərsiniz. Ancaq hub-ları bağlayarkən 5-4-3 qaydasına diqqət etməlisiniz. Əlavə olaraq bir-birinə bağlı hub-lar (repeater-dən yada salın) eyni toqquşma sahəsinə sahib olurlar. Siz hub-ları bir-birinə bağladıqca əslində toqquşma sahəsini böyütməkdə davam edirsiniz və şəbəkənin kompüter sayına görə məlumat ötürmə qabiliyyətinin də düşməsinə səbəb olursunuz. 10BaseT hublar və ya əsasən deyildiyi kimi 10Mbit hublar çox vaxt bir də BNC konnektoruna sahibdir. Beləcə 10Base2 şəbəkənizi 10BaseT şəbəkəsinə bağlaya bilərsiniz. Bu portu iki hub-ı bir-birinə bağlamaq üçün də istifadə etməniz də mümkündür.

Yuxarıdakı şəkildə hub-ın arxadan görünüşü göstərilir. Ən solda adapter girişini görürsünüz. Sonra 4 UTP girişi var, buna 4 girişli (portlu) hub deyilir, o birisində 8 girişli olduğunu görürsünüz. Bir dənə giriş digər hub-lara UTP kabel ilə bağlanmaq üçün istifadə olunan uplink portu var. Ən sağda isə 10Base2 şəbəkəsinə bağlamaq üçün və ya digər bir hub-la bağlantı üçün istifadə olunmaq üçün yerləşdirilən BNC konnektorudur. Altda bir hub-ın öndən görünüşü var.

Gördüyünüz kimi sağ tərəfdə taxılan UTP kabellər  hub-a taxılan kimi sol tərəfdəki işıqlar  öz sıralarına taxılan kabellərdən xəbər verirlər. Onlar kabelin işlədiyini göstərirlər və bu o deməkdir ki, artıq əlaqə yaranmışdır. Ancaq kabelin digər ucundakı PC işlək vəziyyətdə olmalıdır. Yəni qarşıdakı PC-nin açıq olduğunu və kompüterin kabellə siqnal göndərməsinin canlandırılmasını görürük. Bu işığın yanması kabelin tamamən sağlam olduğuna zəmanət vermir, buna hər zaman diqqət edin. Bu işıq bu portda məlumat ötürmə olduğunda yanıb-sönür. Alt sıradakı işıqlar Collision, yəni bu portda toqquşma olduğunu göstərir. Bildiyiniz kimi toqquşma ethernet şəbəkələrində normal bir vəziyyətdədir. Amma çox tez-tez baş verirsə şəbəkəyə çox yük düşdüyünü və ya başqa bir problem olmasını göstərir.

İşıqlar hub modelinə görə dəyişsə də, kabelin taxılı və PC-nin açıq olduğunu, portun istifadə olunduğunu və toqquşma göstərən işıqlar hər hub-da vardır. Toqquşma/collison işığının yanması normaldır, amma çox müddət yanırsa, eyni anda bütün portlar istifadə olunur deməkdir. Şəbəkənin performansı çox düşmüş vəziyyətdədir, amma hələ yaşayır. Əgər bağlı kompüterlər şəbəkəni istifadə etdiyində hələ də toqquşma işığı anlaşılmaz bir şəkildə yanırsa, kabellərdə və ya şəbəkə kartlarından birində bir problem ola bilər və mənasız bir trafik yaradaraq şəbəkəni boğur da ola bilər. 10BaseT şəbəkələrində istifadə edə biləcəyimiz digər bir cihaz switch-dir, onu da öyrənəcəyik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması