Göy ekran (Blue Screen of Death) 0

Salam.Bu günkü mövzuda ən aktual olan problem haqqında danışmaq istəyirəm. Bu mövzunu “göy ekran yəni Blue Screen of Death” dediyimiz əməliyyat sisteminin sözun həqiqi mənasında ölüm xəbərdarlığıdır. Zaman zaman bu problemlərlə qarılaşmışıq. Amma mütəxəssislər belə bəzən bu ekranı görəndə,heç nə oxumadan artıq ən azından koputeri format etməyə qərar verir. Halbuki,əyər bu problem yaranıbsa,və Ə.S bu vəziyyətə gətiribsə,deməli bu problemi yaradan səbəblər var,və o səbəblər formatdan sonra belə bu problemi təkrar yarada bilər.

Biz isə bu göy ekrandakı səbəbi oxusaq,əslində nə baş verdiyindən agah olarıq.Mən özüm də bir vaxt təsadüfən,maraq üçün ekrandakı yazı ilə internetdə ipucu axtardığımda yararlı olacaq xeyli məlumatlar əldə etmişdim. Onda əmin olmuşdum ki,bu problemi yaradan tək səbəb deyil,onlarla səbəb var,və Ə.S “ölüm ayağında” öz qatilinin adını bizə deyir. Göy ekrandakı böyük hərflərlə yazılan səbəblərin açmasını sizə təqdim edirəm.

0×00000001: APC_INDEX_MISMATCH – Bu nüvədə (kernel) baş verən daxili səhvdən qaynaqlanır. KeEnterCricticalRegion və KeLeaveCriticalRegion-un fay l sistemindəbir biri ilə konflikti zamanı baş verir.

0×00000002: DEVICE_QUEUE_NOT_BUSY
0×00000003: INVALID_AFFINITY_SET
0×00000004: INVALID_DATA_ACCESS_TRAP

0×00000005: INVALID_PROCESS_ATTACH_ATTEMPT – Əsasən Windows XP SP2 və Server 2003 –lərdə baş verir.

0×00000006: INVALID_PROCESS_DETACH_ATTEMPT
0×00000007: INVALID_SOFTWARE_INTERRUPT
0×00000008: IRQL_NOT_DISPATCH_LEVEL
0×00000009: IRQL_NOT_GREATER_OR_EQUAL

Əsasən Windows prossesləri düzgün sinxron edə bilməyəndə baş verir.Yani ardıcıllıq pozulur, baş verən prosseslər Ə.sisteminin nəzarətindən çıxır, və sistem özünü toparlamaq istəsə də,bu alınmır. Və nəticə göy ekran olur.Əsasən də driverlərin konflikti zamanı baş verir. (İRQ kodları üst üstə düşdüyü üçün). Çıxış yolu isə Start >> Run>> verifier.exe.

0×00000012: TRAP_CAUSE_UNKNOWN

Məlum olmayan istisna bir errordur. Özüm rast gəlməmişəm, ya da heç fikir verməmişəm. Ama bu qəbildən olan səhvlərlə tanışam. Məsələn:

0x0000001F: SHARED_RESOURCE_CONV_ERROR

Bu hansısa prosseslərin eyni sistem resurslarindan birlikdə istifadəsini göstərir.Və əlbətdə sistem də buna bəzən tab gətirmir.

0x0000001A: MEMORY_MANAGEMENT

Bu çox ciddi bir xəbərdarlıqdır. Çeşidli səbəblərdən yarana bilər.Ə.S və istehsalçı firmalara görə dəyişə bilir. Ümumi səbəblər isə bunlardır: Sistem keşinin sıradan çıxması,(və ya blokirovkaya düşməsi),Daxili yaddaş strukturunda yaranmış nasazlıq,Sistemin işlək fayllarında baş vermiş nasazlıq.

Cıxış yolu: Əməliyyat sistemində 931784 və ya KB929338 yeniləmələrinin (update) mövcud olmasıdır.

0×00000023: FAT_FILE_SYSTEM

Adından göründüyü kimi FAT 16 və FAT 32 fayl sistemində baş verən nasazlıqlardan yaranır. Yazma və oxuma zamanı interrupt Request Packet (İRP) paketində əmələ gələn səhvdir.Yaranma səbəbi əsasən disk defrqamentasiya olunmadıqda və hətta antivirusunuz səbəb ola bilər.

0×00000024: NTFS_FILE_SYSTEM

NTFS fayl sisteminin driverinin nasazlığıdır. FAT sisteminə aid olan səbəblər bu sistemə də aiddir. Bu vəziyyətə düşməmək üçün, komputerinizin hard diskini vaxtaşırı defraqmentasiya edin.

0×00000025: NPFS_FILE_SYSTEM
0×00000026: CDFS_FILE_SYSTEM
0×00000027: RDR_FILE_SYSTEM
0×00000028: CORRUPT_ACCESS_TOKEN
0×00000029: SECURITY_SYSTEM

0x0000002B: PANIC_STACK_SWITCH

Driverlərin çox yer tutuğu zaman baş verə bilər. Əsasən də nüvə problemidir. Bu səhv nüvədə ciddi konflikt olduğunu göstərir.

0x0000002C: PORT_DRIVER_INTERNAL

0x0000002E DATA_BUS_ERROR

Sistem yaddaşında baş verən problemdən əmələ gəlir. Bəzən də driver 0x8XXXXXXX yaddaşa müraciət edir ki, belə bir yaddaş da mövcud deyil. (Səbəbini hələ də öyrənmiş deyiləm.)

0x0000002F: INSTRUCTION_BUS_ERROR
0×00000030: SET_OF_INVALID_CONTEXT

0×00000036: DEVICE_REFERENCE_COUNT_NOT_ZERO

Hər hansı bir qurğu driver sistemdən özünə aid olan hır hansı bir obyekti silmək istəyərkən baş verir. Yani baş vermə səbəbi onun silmək istəyi deyil, silmək istədiyi obyektin iş statusunun sıfıra bərabər olmadığı andır. (yani həmin obyekt hal hazırda işini başa çatdırmamışdır.).

0×00000037: FLOPPY_INTERNAL_ERROR
0×00000038: SERIAL_DRIVER_INTERNAL
0×00000039: SYSTEM_EXIT_OWNED_MUTEX
0x0000003A: SYSTEM_UNWIND_PREVIOUS_USER
0x0000003B: SYSTEM_SERVICE_EXCEPTION
0x0000003C: INTERRUPT_UNWIND_ATTEMPTED

0x0000003E: MULTIPROCESSOR_CONFIGURATION_NOT_SUPPORTED

Multiprossesor sistemi bir biri ilə simmetrik əlaqədə deyil deməkdir. Onların simmetrik olması üçün isə eyni tip və səviyyədə olmalıdırlar. Əsasən də prosessoru Pentium səviyyəsində işlədəndə.

Əsasən, bütün problemlərdən çıxış yolu,Əməliyyat sisteminizi update etməyinizdir. Çünki Microsoft bu problemlərdən xəbərdar olur və yeni update lərlə,bu problemlərin qarşısını alır.Amma bəzi istisnalar da var.Məsələn köhnə avadanlıqlara servis göstərən cihazlar əksinə yeni update lərlə bu problemləri yarada bilərlər(məs: avtomobil,televizor,mobil telefonları proqramlaşdırmaq üçün nəzəzrdə tutulmuş cihazlar).
Onlara daha köhnə sistemlərlə işləmək məsləhət görülür. Bura yazdığım problemlər,görülənlərin sadəcə bir qismidir. Əyər hansısa problemlırlə qarşılaşsanız,göy ekranda böyük hərflərlə yazılan problemin adını yazın,biz sizə kömək edək.

Müəllif: Elmir Etibaroğlu @ technet.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması